Xəbər lenti
Dünən, 19:25

L’Orient-Le Jour, Fransa
07.12.2021


Azərbaycan Ermənistanla ötən ay baş vermiş hərbi qarşıdurma zamanı əsir götürdüyü 10 erməni hərbçini Yerevana qaytarıldığını açıqlayıb.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur ki, Azərbaycan noyabrın 10-da saxlanılmış 10 erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Əvəzində, Ermənistan Azərbaycanın tərəflər arasında ötən il baş vermiş müharibə nəticəsində işğaldan azad etdiyi ərazilərin mina xəritələrini Bakıya təqdim edib.

Xatırladaq ki, tərəflər arasında mina xəritələrinin təhvili ilə bağlı razılığın əldə olunduğu danışıqlar Rusiya Müdafiə Nazirliyinin vasitəçiliyi ilə aparılıb.

Bakı tərəfindən açıqlaman bu mübadilə noyabrda 13 nəfərin ölümü ilə nəticələnmiş toqquşmalardan sonra Azərbaycan-Ermənistan münasibətlərindəki yumşalmanın ilk konkret göstəricisidir.

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinin vasitəçiliyi ilə ötən həftə Rusiyada bir araya gəlmişdilər. Üçtərəfli görüşdə gərginliyin azaldılması ilə bağlı razılıq əldə olunmuşdu. Bununla belə, ötən ay baş vermiş döyüşlər göstərib ki, Dağlıq Qarabağ üzündən 30 ilə yaxındır münaqişədə olan Azərbaycanla Ermənistan arasında münasibət hələ də çox həssasdır.

Bu iki ölkə arasında ötən il baş vermiş müharibədə 6500-dən çox insan həlak olub. Savaşda ağır məğlubiyyətə uğrayan Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana təhvil vermək məcburiyyətində qalıb.

Əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağ SSRİ-nin dağılmasından sonra Yerevanın dəstəyi ilə Azərbaycandan ayrılmağa çalışmış, bu isə 1990-cı illərdə 30 min insanın həyatına son qoymuş müharibəyə səbəb olmuşdu.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: L’Orient-Le Jour


Ana səhifəyə qayıt        Baxış: 4 302          Tarix: 7-12-2021, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma