Xəbər lenti
Dünən, 19:25


ANAJ, İran
17.06.2021


Bu günlərdə 15 erməni əsirini azad etmiş Azərbaycan bir tərəfdən Qərbin, xüsusən də ABŞ-ın təzyiqlərini yüngülləşdirib, digər yandan isə minalanmış geniş ərazinin xəritəsini əldə edib. Bu, Azərbaycanın həmin ərazilər üzərində suverenliyinin göstəricisidir. Üstəlik, indi həmin ərazilərin minalardan təmizlənməsi və insanların oraya qaytarılması prosesi sürətlənəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin 15 erməni məhbusu sərbəst buraxdığını bəyan edib. O, tezliklə əsirlər haqqında daha geniş məlumat verəcəyini bildirib. Paşinyan hələ təhvil verilməmiş erməni əsirlərin ailələrindən üzr istəyib, onları səbrli olmağa çağırıb.
Rusiya mətbuatı iddia edib ki, iki azərbaycanlı jurnalistin Dağlıq Qarabağda mina partlayışı nəticəsində həlak olmasından sonra Azərbaycan 15 erməni həbrçisinin sərbəst buraxılması müqabilində Dağlıq Qarabağın minalanmış ərazilərinin xəritəsini alıb. Qeyd edək ki, bundan bir neçə gün əvvəl Ermənistan prezidenti Armen Sarqsyan Azərbaycanı erməni əsirləri azad etməyə çağırmış, bunun erməni xalqında müsbət təəssürat yaradacağına ümid etdiyini söyləmişdi.

Xatırladaq ki, sözügedən 15 nəfər Azərbaycan ərazisinə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyannamənin imzalanmasından sonra keçərək, orada terror aktı törətməyə cəhd göstərmiş şəxslərdir. Bu üzdən Bakı onları 44 günlük müharibədə əsir götürülən erməni hərbçilər kateqoriyasına aid etmir və digər əsirlərlə birlikdə sərbəst buraxılmasına razılıq vermirdi.

Beləliklə, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, 15 erməni Bakının nəzarəti altında Ermənistan rəsmilərinə təhvil verilib. Qarşılığında Ermənistan Ağdam rayonunda minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim edib. Məlum olub ki, həmin ərazilərdə erməni qüvvələri tərəfindən 97 mindən çox mina basdırılıb...

Azərbaycan Ordusunun azad etdiyi bölgələrdə geniş ərazilərin minalanmış olması Bakı üçün ciddi problemlər yaradır. Bu, həmin torpaqlarda infrastruktur işlərinin aparılmasını, əhalinin orada məskunlaşmasını ləngidir, üstəlik, təhlükəli vəziyyət yaradır.

Bununla yanaşı, Azərbaycan Türkiyənin hədiyyə etdiyi minatəmizləmə qurğularının da köməyi ilə bu günə qədər xeyli ərazini minalardan təmizləyib. Lakin azad edilmiş ərazilərin böyüklüyünü (1,1 milyon hektardan çox) nəzərə alsaq, proses ləng gedir.

Son mübadilə siyasi baxımdan İlham Əliyev üçün vacib qələbə sayıla bilər. Hər halda, Azərbaycan 15 erməni əsiri sərbəst buraxmaqla, bir tərəfdən Qərbin, xüsusilə də ABŞ-ın təzyiqlərini azaldıb, digər yandan minalanmış geniş ərazilərin xəritəsini əldə edib. Bu, Azərbaycanın həmin ərazilər üzərində suverenliyinin göstəricisidir. Üstəlik, indi həmin ərazilərin minalardan təmizlənməsi və insanların oraya qaytarılması prosesi sürətlənəcək.

Bu mübadilədə daha bir diplomatik məqam var: Azərbaycan tərəfi bu işdə Rusiyanın vasitəçiliyini rədd edib. Hər halda, ermənilərin təhvili Gürcüstanın vasitəçiliyi ilə baş tutub ki, bu da regional balans baxımından vacib məqamdır. Bu, bir yandan Rusiyanın Cənubi Qafqazdakı hakimiyyəti və təsiri ilə bağlı iddialarına kölgə salır, digər tərəfdən isə Rusiya sülhməramlılarının missiyasının daha beş il uzadılmayacağı ilə bağlı şayiələrə yol açır. Artıq bu müddətin uzadılmayacağı haqda danışılır. Səbəb bu mübadiləyə cəhd edən Rusiya diplomatiyasının, həmçinin bunun üçün səfərlər gerçəkləşdirmiş sülhməramlıların komandadı Rüstəm Muradovun səylərinin nəticəsiz qalmasıdır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ANAJ


Ana səhifəyə qayıt        Baxış: 4 223          Tarix: 17-06-2021, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma