Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Doğrusu, bir neçə il bundan əvvələ qədər Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yeganə müsbət keyfiyyətinin fahişəliyə qarşı amansız mübarizə aparması olduğu barədə çox eşidirdik. Bir çoxları kimi biz də onun “Naxçıvanın ətini yesə də, sümüyünü atmadığına” sevinir və “Cənab Sədr”ə daxilən rəğbət bəsləyirdik.
Amma şərti olaraq “Qara pişik” adlandırdığımiz informasiya mənbəyimizin Ovqat.com-a açıqladığı bəzi məlumatlar bizdə sözün həqiqi mənasında şok yaratdı. Hətta bu məlumatın səhihliyinə şübhəmiz onun dərcini bir neçə gün yubatdı da. Naxçıvandakı alternativ qaynaqlardan aldığımız məlumatlar, nə yazıq ki, bu iddiaları təsdiqlədi və biz də onu olduğu kimi yayımlamağa qərar verdik.
Alternativ qaynağımızın məlumatına görə, bir neçə il bundan əvvələ qədər Naxçıvanda əxlaqsızlığa qarşı aparılan amansız mübarizə turizm sektorunu tamamilə çökdürmüşdü. Nəticədə xüsusilə otelçilik sahəsinin dirçəldilməsi üçün Naxçıvan hakimiyyəti öz ənənəvi siyasətində 180 dərəcəlik dəyişikliklər etdi. “Qara pişiy”ə inansaq, bu “U” dönüşü elə sürətli oldu ki, Naxçıvan MR DİN-də struktur dəyişikliklərinə belə, yol açdı. Başqa sözlə, qədim peşə sahibləri Naxçıvan polisi üzərində tarixi qələbə qazandı. Necə? Gəlin, əsas mövzuya keçməmişdən əvvəl yaddaşımızı qurcalayaq.
Xəbər veridiyimiz kimi, Naxçıvan MR Daxili İşlər Nazirliyində bir sıra strukturlar ümumiyyətlə ləğv edilib və bunlardan biri də İnsan Alverinə Qarşı Mübarizə İdarəsidir. Sual oluna bilər: Naxçıvan MR DİN-nin bu struktur dəyişikliyi hansı zərurətdən yaranıb?
Ovqat.com-un bu sualına adına şərti olaraq “Qara pişik” dediyimiz mənbəmiz belə aydınlıq gətirdi:
“Keçən dəfə Naxçıvan MR-in Hərbi Prokurorluğunda baş verən insan alveri cinayətlərindən məhs etmişdik. Nəzərə alsaq ki, Rəşad İsmayılov cənabları uzun müddət Naxçıvan Hərbi Prokurorluğunda yüksək vəzifələrdə işləyib, həqiqətən də belə bir sual ortaya çıxır: Naxçıvan MR DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi niyə məhz R.İsmayılovun bu nazirliyə müavin təyin olunandan sonra ləğv olundu?
Rəşad İsmayılov (nazir əvəzi)
Gəlin, ilk olaraq Azərbaycan Respublikasının cinayət qanunvericliyindəki insan alveri cinayətlərinin dairəsinə nəzər salaq:
CM-in 106-cı maddəsi – (Köləlik);
CM-in 144-1-ci maddəsi – (İnsan alveri);
CM-in 144-2-ci maddəsi – (Məcburi əmək);
CM-in 144-3-cü maddəsi – (İnsan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər);
CM-in 137-ci maddəsi – (İnsan orqanlarının və ya toxumaların alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcburetmə);
CM-in 151-ci maddəsi – (Seksual xarakterli hərəkətlərə məcburetmə);
CM-in 171-ci maddəsi – (Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlbetmə);
CM-in 171-1-ci maddəsi – (Uşaq pornoqrafiyasının dövriyyəsi);
CM-in 172-ci maddəsi – (Özgənin uşağını dəyişdirmə);
CM-in 174-cü maddəsi – (Qanunsuz olaraq övladlığa götürmə);
CM-in 242-ci maddəsi – (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma);
CM-in 243-cü maddəsi – (Fahişəliyə cəlbetmə);
CM-in 244-cü maddəsi – (Əxlaqsızlıq yuvaları saxlama);
CM-in 316-1-ci maddəsi – (İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları yayma) və s. (Yeri gəlmişkən, “Qara pişiyin hüquqi savadı da bizi xeyli təəccübləndirdi – Ovqat.com).
Siyahıya diqqət yetirəndə haqlı sual yaranır: Necə olur ki, rəsmi mənbələrə görə 462.000 nəfərdən çox əhalisi olan Naxçıvan MR-də insan alveri cinayəti qeydə alınmır? Axı bu, absurddur.
Naxçıvanda otelçilik sektoru tamamilə yerli hakim ailənin nəzarətindədir. “Təbriz Hotel”, “Grand Hotel”, “Duzdağ Hotel”, “Saat meydanı Hotel”, “Ağbulaq Hotel”, “Nəqşicahan Motel” kimi müəssisələrə Muxtar Respublikada “müəllim” ləqəbi ilə tanınan Seymur Talıbov nəzarət edir. Naxçıvanda gedən söz-söhbətə görə, bu otellərdən bəziləri artıq satılıb. Mövzumuz bu deyil. Mövzumuz Naxçıvandakı otellərin əxlaqsızlıq yuvasına çevrilməsidir. Keçmişlə müqayisədə günümüzdə Naxçıvanda əxlaqsızlıq biznesi günü-gündən vüsət alaraq böyüyür. Bu gün “Grand Otel”in qarşısından ailə ilə keçmək olmur. “Təbriz Otel”də İrandan gələn farslar min hoqqadan çıxır. “Duzdağ Otel”in kotejlerinin qarşısından bir dəfə keçmək kifayətdir ki, orada nələrin baş verdiyini anlayasan. Bu otellərə isə polis müdaxilə edə bilməz. Çünki buna cənab “müəllim” icazə vermir. Axı otellərə polis tərəfindən müdaxilə olsa, müştəri inamsızlığı yaranacaq və “müəllim” həzrətləri yaxşı qazana bilməyəcək.
Keçən yazılarımızda bildirmişdik ki, Naxçıvanda da klanlar mövcuddur. Seymur-Azər-Cəlil üçlüyü eyni klandadır. Məhz Cəlil Rüstəmovun təklifi ilə kirvəsi Rəşad İsmayılov Naxçıvan DİN-ə müavin təyin olunub. Rəşad İsmayılov da yeni vəzifəyə gələn kimi “struktur islahatları” apardı. Çünki İnsan Alverinə Qarşı Mübarizə İdarəsi “müəllim”in alverinə istər-istəməz maneçilik törədə, ən azı onun “biznes sirri” kimlərinsə əlinə keçə bilərdi. Hərbi Prokurorluqdan gəlmiş və orada baş verən insan alveri cinayətlərindən kifayət qədər məlumatlı olan Rəşad İsmayılov İnsan Alverinə Qarşı Mübarizə İdarəsini ləğv edərək bazarın fəaliyyətini daha da genişləndirdi”.
“Qara pişiy”in iddiasına görə, “Rəşad İsmayılov-Azər Zeynalov-Cəlil Rüstəmov üçlüyü”nün, eləcə də dolayısı ilə “xan” həzrətlərinin yeni otelçilik siyasəti nəticə etibarilə Prezident İlham Əliyevin bu sahə ilə bağlı siyasətinə qarşı yönəlib : “Bilirsiniz ki, Cənab Prezident İnsan Alverinə qarşı bir neçə Milli Fəaliyyət Planları qəbul edib.
- Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2004-2008-ci illər üçün Milli Fəaliyyət Planı. 06.05.2004 tarixli 208 saylı sərəncam;
- Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2009-2013-ci illər üçün Milli Fəaliyyət Planı. 06.02.2009 tarixli 133 saylı Sərəncam;
- Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı. 24.07.2014 tarixli 667 saylı Sərəncam;
- Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı. 22.07.2020 tarixli 2173 saylı Sərəncam.
Digər tərəfdən, Naxçıvan MR DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin ləğv edilməsinin 2-ci bir səbəbi də var. İdarənin rəisi, polis kapitanı Şahin Qasımov idi. O, Fazil Ələkbərovun kadrı sayılırdı və “gedər-gəlməz” məzuniyyətinə göndərilən nazirin oğlunun sinif yoldaşı idi. Bunu bilən, Rəşad İsmayılov hətta Şahin Qasımovu “Sən ikibaşlı işləyirsən” deyərək müşavirədən qovmuşdu. Hazırda Şahin Qasımov sərəncamdadır və Bakıdan gələcək ədalətli qərarı gözləyir”.
İnformasiya mənbəmiz nazir əvəzi Rəşad İsmayılovun kadr siyasəti ilə bağlı məqamlara da toxundu və ona bəzi suallar unvanladı: “Rəşad müəllim hər dəfə vurğulayır ki, artıq qohumçuluq və tanışçılıqla vəzifəyə təyin edilmək dövrü bitib. Mən buradan Rəşad İsmayılova səslənirəm və bildirirəm əgər elədirsə,
(Şəkildə: "Torbası tikilərək" həbs olunan Asim Hüseynov. Aşağıdakı şəkildə isə "torbasını tikdiyi" adamın kreslosunda əyləşən Zaur Talıbov. Qara pişik söz verib ki, axşam bu barədə bizə maraqlı əhvalatlar danışacaq. Gözləyək, görək, "Qara pişik" bu dəfə bizi təəccübləndirə biləcəkmi?)
- Nazirlyin xüsusi səlahiyyətli şöbəsinə rəis olaraq niyə qayınatası deputat və Cəlil Rüstəmovun dostu olmuş, Tofiq Qarayevi;
- Babək RPİ-yə Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalovun xalası oğlu Elgün Əliyev kimi polis əməkdaşlarını cəza verməklə hədələyən, idarəçilik qabiliyyəti olmayan şəxsi;
- Nazirliyin xüsusi səlahiyyətli şöbəsinə Sedat Kərimli adlı əmisi Naxçıvan MR FHN-in müavini olan birini;
- Naxçıvan MR- DİN-in Kadrlar Şöbəsinə Nofəl Məmmədov adlı Naxçıvan MR Baş Nazirinin qardaşı oğlunu;
- Şahbuz RPŞ-yə Bahadur Əhmədov adlı, (Naxçıvan MR DİN-in sabiq rəisi, Asim Hüseynovun torbasını tikib həbs etdirəni) polis mayorunu və s. təyin etdiniz”.
Şahbuz Rayon Polis Şöbəsinin təzə rəisi Bahadur Əhmədov
“Qara pişik” söz verdi ki, bu gün axşama bizə Şahbuz Rayon Polis Şöbəsinin təzə rəisi Bahadur Əhmədovun həmkarı Asim Hüseynova necə torba tikməsindən danışacaq.
Deyəsən, bizi daha maraqlı əhvalatlar gözləyir. Siz siz olun, gözünüzü Ovqat.com-dan ayırmayın.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar