Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Naxçıvan barədə silsilə yazılarımıza Muxtar Respublikadan müxtəlif təpkilər gəlir. Asəm Kazımov adlı polis mayorunun ancaq faşistlərin əsir düşərgələrində rast gəlinə biləcək qorxunc təhdidlərinə məruz qaldığımız kimi, məqalələrdə adı keçən bəzi vətəndaşların təkzib xarakterli yazıları ilə də qarşılaşırıq.
Həmin təkzib məktublarının müxtəlif səbəblərdən qələmə alındığını başa düşür və olduğu kimi dərc etməyi düşünürük. Əgər həqiqətən də yazılarımızda ədalətsizliyə yol vermişiksə, qoy o təkziblər bizim öz səhvimizi düzəltməyimiz kimi tarixə düşsün. Yox, əgər insanlar bu təkzibləri ilə özlərini məruz qaldıqları və ya qalacaqları repressiyalardan sığortalamaq istəyirlərsə, təbii ki, bu fürsəti də bizinsanlıq xətrinə heç kimdən əsirgəmərik.
Zənnimizcə, Facebook paylaşımlarımızın altında bizə öz iradını bildirən Şahbuz rayon sakini, vaxtilə Palitra və Çınqıllı MMC-nin təsisçisi olan Mənsur Əsgərlinin təkzib xarakterli rəy yazısındakı “Belə əsassız yazılarınızla kimlərisə narahat etməyin” cümləsi də haqqında danışdığımız sığortalanmaq ehtiyacından irəli gələ bilər. Ümidvarıq ki, müvafiq orqanlar vətəndaşların öz xeyrlərinə yazılmış məqalədən niyə narahat olduqlarını araşdıracaq və haqq öz yerini tapacaq. Bu umidlə də hörmətli Mənsur Əsgərlinin təkzib xarakterli rəy yazısını Ovqat.com oxucularının diqqətinə çatdırırıq:
“Heydər Oguz bəy, yazanda heç olmasa ag yalan yazmayın. Mən “Palitra” və “Çınqıllı”nın sahibkarı olmuşam. Muxtar Respublikada fəaliyyətim dövrü heç bir problemlə üzləşməmişəm. Muxtar Respublika rəhbərliyinin daim diqqət və qaygısını görmüşəm. “Çınqıllı”nı da öz qohumuma satmışam. Belə əsassız yazılarınızla kimlərisə narahat etməyin. Sizə yalan məlumatları verən kimdirsə, ona da çatdırın, əsası olmayan məlumatlarla heç nə qazanmaz.
Bu danılmaz həqiqətdir ki, Naxçıvanımız hörmətli Sədrimizin rəhbərliyi dövründə yenidən qurulub çiçəklənib öz inkişaf dövrünü layiqincə yaşayır.
Mənsur Əsgərli”.
Qeyd edək ki, hörmətli Mənsur Əsgərli saytımızın 05.01.2022 tarixli buraxılışında dərc olunan “Külü göyə sovrulan məmləkət: Naxçıvanda sahibkarlıq necə çökdürüldü?” sərlövhəli məqalədə işgüzar fəaliyyəti barədə qələmə alınmış bu iddiaya etiraz edir:
“Vaxtilə Naxçıvanda “Palitra” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərirmiş. Şirkət reklam, dizayn işləri ilə məşğul olurmuş. Həmin şirkətin sahibkarı sonralar Şahbuz rayonunun Keçili kəndində yerləşən “Çınqıllı” suyunun istehsalına da başlayıb, kənddə müasir tələblərə cavab verən bir zavod yaradıbmış. Vasif Talıbovun ailəsinə yaxın adamlar tərəfindən “Dizayn Holdinq” (Son vaxtlar həmin şirkəti də bağladılar) adlı şirkətlər qrupu yaradılandan sonra “Palitra”nın sifarişləri həmin şirkətə verilib, sahibkar isə incidilərək ciddi təzyiqlərə məruz qalıb. Təzyiqlərə dözə bilməyən sahibkar “Palitra”nı bağlamaq məcburiyyətində qalıb. Sahibkar hesab edib ki, Çınqıllı suyunun istehsalını genişləndirməklə həm aldığı kreditləri qaytara, həm də işlərini böyüdə bilər. Ancaq sən saydığını say gör Naxçıvan “xanlığı” nə sayır. Bir müddət sonra həmin müəssisəni də ondan alıb özlərinə yaxın adama veriblər. Keçmiş sahibkarın isə Naxçıvanı tərk etməkdən başqa çarəsi qalmayıb”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar