Xəbər lenti
Bu gün, 19:25

Yanvarın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı altında DSX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.
DSX-nin Aparatında davam edən anım tədbirində iştirakçılar öncə faciənin ildönümü münasibəti ilə hazırlanan fotosərgiyə baxış keçiriblər.
Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 32 il əvvəl Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın nəticəsində xalqımızın azadlığı, suverenliyi uğrunda vətən fədailərinin canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, həmin müdhiş gecədən uzun illər keçməsinə baxmayaraq, şəhidlərin fədakarlığının hər zaman minnətdarlıqla və ehtiramla anıldığı, 20 Yanvar faciəsinin xalqımızın tarixinə, qan yaddaşına təkcə hüzn deyil, həm də cəsurluq, milli ruhun sarsılmazlığının təzahürü kimi daxil olduğu qeyd edilib.

Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı vurğulanıb. Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin də yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verildiyi, şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamların imzalandığı, 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü elan edildiyi vurğulanıb.

Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhunun şad olduğu, onların qanlarının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində 30 illik torpaq həsrətinə son qoyularaq erməni işğalından ərazilərimizin azad edildiyi, dəmir yumruğun düşməni darma­dağın etməsi qeyd olunub.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.


Ana səhifəyə qayıt        Baxış: 1 905          Tarix: 20-01-2022, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma