Xəbər lenti
Bu gün, 19:25

Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub. "Report"un xəbərinə görə, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Qeyd edək ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".

Qeyd edək ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin ictimai təşkilat olan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunması ictimaiyyət tərəfindən də doğru hesab edilmir. Qurumun rəhbəri Allahşükür Paşazadə bundan öz maraqları üçün istifadə etdiyi bildirilir. 

Ölkədə ictimai rəyə müəyyən təsir gücünə malik olan din xadimlərinin təyinatının dövlətin nəzarətindən kənarda qalması, ayrı-ayrı şəxslərin ixtiyarına buraxılması həm də təhlükəlidir. Xüsusən də bu şəxslər Rusiya və İranla isti münasibətlərdədirsə...

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 929          Tarix: 26-01-2022, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma