Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimovun ehtiyatda və istefadakı hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarının pensiyalarının artımı problemi ilə əlaqədar müraciəti yayılıb. İctimai aktuallığını nəzərə alaraq həmin müraciəti hafta.az-a istinadla oxucuların nəzərinə çatdırırıq:
“Fevralın 8-də saytlardan birinə geniş açıqlamamda Azərbaycan Prezidentinin 23 dekabr 2021-ci il tarixli məlum Fərmanlarına öz münasibətimi bildirmiş və həmin Fərmanların müddəalarının hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarına edilmiş 20% miqdarında əlavənin ehtiyatda və istefada olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarına şamil edilməməsinə aydınlıq gətirmişdim. Və mənim mövqeyim belə olmuşdu ki, həmin Fərmanların təsir dairəsinə biz ehtiyatda və istefada olan əmək pensiyaçıları da düşməli idik. Lakin görünən odur ki, müəyyən qüvvələr bunu istəmirlər və məqsədləri də maraqlarına toxunulan həmin əmək pensiyaçılarının dövlətdən narazı salınması olub.
Mənim açıqlamamdan bir neçə gün əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02.02.2022-ci il tarixli Qərarı ilə “Əmək Pensiyaları Haqqında” Qanunun 9.6-cı maddəsinin AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə uyğunluğu yoxlanılıb.
Həmçinin, həmin günlərdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in direktoru Himalay Məmişovun sosial şəbəkələrdə jurnalistlərə verdiyi müsahibə geniş yayılıb.
Bir çox ehtiyatda və istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər mənə zəng vuraraq Konstitusiya Məhkəməsi Plenumunun Qərarına və DSMF-in direktorunun çıxışlarına istinad edərək hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının artımı ilə əlaqədar olan problemin artıq həll olunduğunu həvəslə və sevincli halda mənə bildirdilər.
Həqiqətənmi ehtiyatda və istefadakı hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarının pensiyalarının artımı ilə əlaqədar problem öz həllini artıq tapıb?
Təəssüf ki, hüquqşünas dostlarımızın dəstəyi ilə apardığımız araşdırmamızla onları məyus etməli olacağıq. Belə ki:
1.AR Konstitusiya Məhkəməsi Plenumunun 02.02.2022-ci il tarixli Qərarının və DSMF-in direktorunun məlum çıxışının hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının artımı ilə heç bir əlaqəsi yoxdur.
Çünki AR Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə “Əmək Pensiyaları Haqqında” Qanunun 9.6-cı maddəsilə əmək pensiyası təyin olunmuş hərbi qulluqçuların yenidən hərbi xidmətə daxil olduqdan sonra 2-ci dəfə ehtiyata buraxılmasından sonra onlara yenidən pensiya təyini məsələsinə aydınlıq gətirib.
Konstitusiya Məhkəməsi bir daha təsdiqləyib ki, hərbi qulluqçuya pensiya yalnız bir dəfə təyin oluna bilər. Pensiyada olarkən 2-ci dəfə hərbi xidmətə çağırılmış və ehtiyata buraxılmış hərbi qulluqçulara əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Zatən, bu hal “Əmək Pensiyaları Haqqında” Qanunun 01.07.2017-ci il tarixindən sonrakı redaksiyasında öz əksini tapıb.
Qeyd etmək lazımdır ki “Əmək Pensiyaları Haqqında” Qanunun 01.07.2017-ci il tarixədək olan redaksiyası həmin tarixədək (yəni 01.07.2017-ci il tarixədək) yenidən ehtiyata buraxılmış şəxslərə xidmətdə olarkən artıq əmək pensiyası alanlara sonuncu təminat xərcliyinə görə pensiyanın yenidən hesablanmasına icazə verirdi.
Lakin bu Qanuna 10.03.2017-ci il tarixdə 543-VQD №-li Qanunla mən deyərdim ki, edilmiş mürtəce dəyişikliklə 2-ci dəfə ehtiyata buraxılan hərbi qulluqçular bu hüquqlardan məhrum edilmişdilər. Çünki 2-ci dəfə ehtiyata buraxılan hərbi qulluqçulara təyin edilən əmək pensiyasının miqdarı əksər hallarda onlara 1-ci dəfə ehtiyata buraxılarkən təyin edilmiş pensiya miqdarından çox olurdu(xidmət illərindən görə faiz əlavəsi, məharət dərəcəsinə görə əlavə və sair əlavələr artırılırdı).
2. O ki qaldı DSMF direktorunun məlum müsahibəsinə, burada da ümumi ifadələrdən istifadə olunur. Və deyilənlərin heç bir hüquqi əsası yoxdur.
Belə ki, DSMF direktorunun dediklərindən belə nəticəyə gəlmək olur ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin əmək pensiyaları sığorta prinsipinə əsasən təyin olunmadığına görə hazırkı əmək pensiyalarının indeksasiyası və 200 manat miqdarında maddi yardım barədə qərar da onlara şamil olunmayacaq.
Onun dediklərindən belə çıxır ki, gələcəkdə hərbi qulluqçuların pensiyalarının indeksasiyası barədə qərar qəbul oluna bilər.
Hərbi qulluqçuların əmək pensiyası isə yalnız onların əmək haqqlarında artımlar baş verdikdə artırılır. Lakin görünən odur ki, AR Prezidentinin 23.12.2021-ci il tarixli Fərmanları ilə yanvar ayından hərbi qulluqçuların vəzifə maaşlarına tətbiq edilmiş 20 % miqdarında əlavələr də hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarına şamil olunmayacaq. Beləliklə, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçıları məlum xalq məsəlində deyildiyi kimi həm Əli aşından, həm də Vəli aşından məhrum olunurlar.
Belə hiss olunur ki, tezliklə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Milli Məclisə qanun layihəsi təqdim olunacaq və həmin qanun layihəsində Əmək Pensiyaları Haqqında qanunda hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının artmalarının onların əmək haqqlarının artması ilə əlaqədar olması haqqında müddəanın ləvğ olunması öz əksini tapacaqdır.
Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi şəxslərinin və sosial şəbəkələrdə özlərini hərbi ekspert kimi təqdim edənlərin məqsədləri ehtiyatda və istefada olan 99000, başqa sözlə 100 minə yaxın hərbi qulluqçunun, xüsusi rütbəli şəxslərin və onların ailə üzvlərinin sıralarında çaşqınlıq yaratmaq və onların dövlətə inamını və etimadını sarsıtmaqdır. Odur ki, həmin qurum rəhbərləri və aparıcı əməkdaşlarına gördükləri işləri, verdikləri qərarları yenidən nəzərdən keçirib mövcud qanunlarımıza uyğun, eləcə də dövlətçiliyimiz və xalqımız üçün faydalı nəticələrə gələrək bəhs edilən problem barədə yenidən doğru və düzgün qərarlar verməyi tövsiyə edirik.
Hörmətlə:
Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimov”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar