Xəbər lenti

"Müharibə geniş miqyasda bədbəxtlikdir"
Ermənistan yenə, günahsız insanları qətlə yetirməklə güc nümayiş etdirdi. Körpə Zəhra və nənəsi qana bulandı...
Azərbaycan işğal olunmuş torpaqların azadlığı uğrunda prinsipal mövqe nümayiş etdirir. Bu, müqəddəs mövqedir. İşğalçılıq siyasəti isə lənətə layiqdir. Bu mənada Ermənistan tərəfinin qeyri-insani davranışı bəşəriyyətin sağlam qüvvələri tərəfindən kəskin bəyanatlar verilmişdir. İşğalçı tərəfin Beynəlxalq hüququn prinsiplərinə və dünya ictimaiyyətinə müstəsna hörmətsizlik nümayiş etdirməsi, TŞ-nın qətnamələrini qulaqardına vurması, həmin qətnamələrə səs verən dövlətləri tanımamasıdır. Onların insanlığa sığmayan bu hərəkətini azərbaycanlılara, dünya türklərinə qətliamın davamı kimi qiymətləndirmək olar.
Ermənistanın Azərbaycanla bağlı siyasəti əxlaqı pozulmuş insanın davranışı həddindədir. İnsanları öldürməkdən dəhşətli heç nə yoxdur. Onlar isə bundan zövq alırlar. Qədim Romalılardan başlayaraq bu günə qədər heç bir xalq müharibədən qalib çıxıbsa belə, zənginləşməyib.
Azərbaycan açıq müdafiə olunur. Özünü müdafiə edən xalq isə məğlub edilməzdir.
Ermənistanın Azərbaycana qarşı düşmənçilik idelogiyasının və müharibəsinin qurbanına çevrilmiş milyondan çox insanların hüquqlarının müdafiəsi, qarşı tərəfin ittihamı və dəyən maddi-mənəvi ziyanın ödənilməsi üçün beynəlxalq hərbi məhkəmə yaradılmalıdır. Təşkilatçılar Nyürenberq məhkəməsində olduğu kimi ittiham olunmalıdırlar. Erməni hərbi xuntası nasistlərə xas tərzdə lənətlənməlidir!
Şəhid olanların ruhu şad olsun!
 
Şəmsəddin Əliyev, (hüquqşünas)

 




Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 10-07-2017, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma