Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
"AzPolitika.info" xəbər verir ki, bu məsələ mayın 10-na təyin edilən prosesdə növbəti dəfə müzakirə olunub. Zərərçəkmiş şəxslərdən bir neçəsinin vəkili olan Osman Kazımov media nümayəndələrinin açıq məhkəmə prosesində iştiraklarına yaradılan maneələrin aradan qaldırılmasını istəyib.
Vəkil vəsatətində bildirib ki, hakim ötən 7 ay ərzində mətbuat nümayəndələrinin prosesdə iştiraklarının məhdudlaşdırılmasının pandemiya ilə əlaqəli olmasını qeyd edib: “Pandemiya artıq geridə qalıb. Məhkəmə binası önündə gözləyən jurnalistlərin məhkəməyə buraxılmaması qanunsuzdur və onların prosesdə iştiraklarına şərait yaradılmalıdır”.
Təqsirləndirilən Sahib Ələkbərov isə ifadəyə belə münasibət bildirib:“Mən müstəntiq idim, Mövlam Şıxəliyevə məruzə edirdim. O da birbaşa Zakir Qaralova, Rüstəm Usubova məruzə edirdi. Onların birbaşa yazılı və şifahi göstərişlərini icra edirdim. Deyirdilər ki, həbs et, edirdim, azad et, edirdim. Həbs edəndə hansı maddə ilə vəsatətin yazılmasını tapşırırdılar. Azad ediləndə də yenə də onlar deyirdi, mən də azad edirdim. MTN-in istintaq idarəsində yeganə namuslu, vicdanlı müstəntiqlərdən olmuşam, Allahımı tanımışam”.
Proses növbəti həftə davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar