Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Gömrük Komitəsində "xeyir-şər generalı" kimi tanınan Ehtiram Xəlilovla bağlı elə məlumatlar gəlir ki, Naxçıvan "xan"ına hörmətim artır. Təsəvvür edin, Ehtiram Xəlilov da “xan” həzrətləri kimi, özü üçün "qudalar hakimiyyəti" qurubmuş.
Ovqat.com-un məlumatına görə, Mahmud Qubadov adlı qudasını əvvəl Qaradağ rayonuna icra başçısının müavini düzəldən “xeyir şər”gerenalı qudalıq münasibətləri pozulan kimi onun arxasına bir təpik vurub çölə atmağı bacarır. Təbii ki, ilk “xaç atası” Kəmaləddin Heydərovun sayəsində.
Məlum olduğu kimi, Qaradağ rayonu uzun illərdən bəridir Kəmaləddin Heydərovun adamı Süleyman Mikayılovun idarəçiliyindədir. Bir zamanlar Ehtiram Xəlilovun da Kəmaləddinin yaxın sırdaşı olduğunu, daha sonra isə onu indiki Baş gömrükçü Səfər Mehdiyevə 3 quruşa satdığını nəzərə alsaq, “xeyir-şər” generalının özünə necə qudalar hakimiyyəti qurduğunun sirri anlaşılır. Deyilənlərə görə, Kəmaləddin uzun illər “xeyir-şər” generalı ilə münasibətlərini isti saxlayıb. Hətta onun tək qızının “Buta” restoranında keçirilən toyunda ailəsi ilə birlikdə iştirak edib. Bununla da kifayətlənməyən “Kamal” müəllim dostu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi də özü ilə birlikdə həmin toya aparıb və bununla da bəzi düşmənlərinə “göz dağı” verib.
Taleyin cilvəsinə bax ki, Gömrüyün indiki sədri Səfər Mehdiyev “xaç atası” Kəmaləddin Heydərova üsyan bayrağı qaldırandan sonra “xeyir-şər” generalına gücü çatmayacağını anlayıb və onu köhnə dostundan ayırmağa çalışıb. Ehtiram Xəlilovu yanına çağıran Baş gömrükçü onun qarşısına “ya mənə biət edəcəksən, ya da ərizə yazıb Kəmaləddinin yanına gedəcəksən” şərti qoyub. Köhnə himayədarının artıq siyasi hakimiyyət qarşısında gözdən düşdüyünü bilən “xeyir-şər” generalı dərhal yeni fürsətlər sunan təkliflə razılaşıb. Beləcə, köhnə vəzifəsini yeni himayədarının rəhbərliyi altında davam etdirib.
Ehtiram Xəlilovun həm gömrükdə, həm də Kəmaləddin Heydərova bağlı icra hakimiyyətlərində istədiyi adamı işdən çıxarıb, istədiyi adamı onun yerinə təyin etmək qabiliyyəti göstərir ki, Azərbaycanda bir çox məmurlar öz vəzifələrinə dədələrindən qalma miras kimi baxırlar. Dədə demişkən, Ehtiram Xəlilovun AMEA-nın Coğrafiya İnstitutunda işləmiş atası Səyyaf müəllim üçün etdiyi “xeyriyyəçilik” işlərindən danışmamaq haqsızlıq olardı. Məlumata görə, Səyyaf rəhmətə gedəndə, oğlu ona elə bahalı yas məclisi təşkil edib ki, üzərindən bir neçə il keçməsinə baxmayaraq, bütün Gömrük Komitəsi bundan danışır. Deyilənlərə görə, Ehtiram Xəlilov yas mərasimi üçün Bakıdan Göyçayın Bığır kəndinə 100 min dollarlıq çadır apartdırıb. Çadırın içərisi qara güllərlə bəzədilib. Bundan əlavə, magirstral yoldan Bığır kəndindəki evlərinə qədər düzülən qara güllər gələnləri "qarşılayıb", gedənləri yola salıb.
Ən maraqlı hadisə isə Ehtiram Xəlilovun atasının elmi yaradıcılığı ilə bağlı keçirdiyi təntənəli anım gecəsi olub. AMEA-nın Coğrafiya İnstitutunda keçirilən toplantıda iştirak edən bir çox alimlər "xeyir-şər" generalından xüsusi hədiyyələr alıblar. Onlar arasında coğrafiyaşünaslıq elminə heç bir dəxli olmayan deputatlar var.
Soruşa bilərsiniz: "Xeyir-şər" generalı bu qədər xeyirxahlığı nəyin hesabına edirmiş?
Əlbəttə ki, uzun illər rəhbər kimi işlədiyi Gömrük Komitəsinin müxtəlif idarələrinin, o cümlədən “Azərterminalkompleks” birliyinin sayəsində.
Millətin pulunu mənimsəyərək özünün və ailəsinin rifahına xərcləyən "xeyir-şər" generalının dünən həbs olunduğuna dair məlumatlar var. Hələ rəsmi təsdiqini gözləyən bu məlumatın nə dərəcədə özünü doğruldacağını bəlli deyil. Amma o bəllidir ki, "xeyir-şər" generalının ətrafında həlqələrin bir neçə ildən bəri daralmağa başlayıb. Məlumata görə, 2020-ci ildə onun “broker” işləyən Rafael adlı kürəkəni (təəssüf ki, familiyasını dəqiqləşdirə bilmədim) həbsə atılıb. Amma o, həbsxanada çox yatmayıb. Kürəkəninə həbsxanada xüsusi şərait yaradan “xeyir-şər” generalı ötən il onun həbsdən azadlığa çıxarılmasına da nail olub.
“Xeyir-şər" generalının qoluna qandal vurulması xəbəri təsdiqlənərsə, bu, onun başı üzərində yenidən qara buludların dolaşmağa başlamasının ilk əlaməti ola bilər.
Ehtiram Xəlilov barədə mediada dərc olunan digər məlumatlar
Belə ki, dövri mətbuatda E.Xəlilovun DGK-nın “qara kassa”sı olduğu ilə bağlı iddialar mövcuddur. Bundan əlavə, saxlanılan generalın Aksiz Gömrük Baş İdarəsinə rəhbərlik etdiyi dövrlərdəki fəaliyyəti ilə bağlı şübhəli məqamlar daha çoxdur. Qeyd olunur ki, aksizsiz malları ölkəyə gətirən şəbəkəyə müvafiq dövrdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilov rəhbərlik edib.
Onun hətta özünəməxsus TIR-larının olduğu və həmin nəqliyyat vasitələrinin heç bir maneə ilə üzləşmədən aksizsiz malları gömrük-keçid məntəqələrindən keçirdiyi məlumatlar arasındadır.
Yerli KİV-lərin məlumatına görə, Ehtiram Xəlilovun bu cür fəaliyyətləri sayəsində böyük maliyyə resursları yaranıb.
İddia edilir ki, saxlanılan idarə rəisi hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib.
Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. Lakin tərəflər satışla bağlı qiymətlər məsələsində razılığa gələ bilməyiblər. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəni ələ keçirdiyi deyilir.
Qeyd olunan torpaq sahəsiysə "Çərəkə Turizm Mərkəzi"nin yerləşdiyi ərazidir. Hazırda da obyektə faktiki rəhbərlik edən Ehtiram Xəlilovun qudasıdır.
Generalla bağlı bir digər informasiyada isə qeyd olunub ki, general bir vaxtlar orta məktəb müəllimi olmuş atası Səyyaf Xəlilovun adını Göyçayın mərkəzində bir küçəyə qoydurmağa da nail olub. Ən maraqlı məqamlardan biri isə onun atasının məzarı üzərində hər gecə fəxri qaravulun dayanmasıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar