Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı, Abbas Hüseynov və digərləri həbsxanaya etap ediliblər.
Publika.az-ın xəbərinə görə, Bakı istintaq təcridxanasında saxlanılan Taleh Bağırovla Abbas Hüseynov Qobustan həbsxanasına köçürülüb. Fuad Qəhrəmanlı isə 10 saylı cəzaçəkmə müəssisəsinə etap olunub. Digər 15 nəfər də başqa cəzaçəkmüə müəssisəsinə köçürülüb.
Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli bildirib ki, Taleh Bağırov və Abbas Hüseyov cəzalarının ilk 7 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəində çəkməli olacaqlar.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan “Müsəlman Birliy”i Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 üzvü, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum olunublar.
Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmü çxıarılmasını istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə mühakimə olunanların apelyasiya şikayətləri təmin edilməyib.
Paylaş: