Xəbər lenti

Zəlimxan Məmmədli: “Ölkəmizin üzərinə düşənlər də, ölkəmizdən umacaqlar da çoxdur”
İŞİD terrorçularından azad edilən İraqın Mosul şəhərinin bərpası üçün bir milyard dollar vəsait tələb olunur. Maraqlıdır, zaman-zaman dünyanın bir çox ölkələrində humanitar layihələrə qoşulan Azərbaycanın Mosulun yenidən quurlması prosesində də hansısa formada yer alması məqsədəuyğundurmu? Bu, dövlətimizin tarixi türk şəhəri, türk insanı, türk dünyası qarşısındakı xidməti kimi təqdirəlayiq bir addım olmazmı?
Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan  Məmmədli Azərbaycan tərəfindən belə bir addımın atılmasının aruzedilən olduğunu qeyd etdi:
“Mosuldakı türkmənlər əsasən Azrbaycan türkləridir. Kərkük, Ərbil, Mosul tarixən türklərin yaşadığı yerlər olub. Təbii ki, Azərbaycan öz dəyərlərinə sahib çıxmalıdır. Dövlət başçısı da zaman-zaman bildirmişdi ki, mən yalnız 9 milyonluq deyil, 50 milyonluq bir millətin prezidentiyəm və biz onu təqdir etmişik. Belə də olmalıdır. Müstəqil Azərbaycan dünyanın harasında yaşamasından asılı olmayaraq, türklərə sahiblik etməlidir. Onlar hiss etməlidirlər ki, arxalarında bir dövlət var və bu dövlət onların dayağıdır.
Kərkükdə dramatik proseslər bu gün də davam edir. Biz o insanlarımızın yanıında olmalı, onlara mənəvi dəstək verməliyik. Onlara humanitar yardım göstərməliyik. Dağılmış binaların təmiri, insanların çadırlardan normal mənzillərə çökməsi ilə bağlı da lazımi addımları atmalıdır. Azərbaycanın üzərinə düşənlər də, ölkəmizdən umacaqlar da çoxdur. Mən İraq türkmənlərini nəzərdə tuturam. 
Ictimaiyyət səviyyəsində bu problem həllini tapıb. Insanlarımız ordakı türklərə yardım etməyə hazırdırlar. Lakin onlar sadə vətəndaşdırlar. Bu məsələdə dövlətimiz beynəlxalq təşkilatlar vasitəsi ilə humanitar layihələrdə iştirak etməli, öz dəstəyini göstərməlidir”.

 




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 4-08-2017, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma