Xəbər lenti

Fevralın 16-da saat 3 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Xəsarət alanlardan biri 2020-ci il təvəllüdlü azyaşlıdır. Bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 711          Tarix: 16-02-2025, 15:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma