Xəbər lenti

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 19 nəfər dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Bu gün saat 16:05-dən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, üç kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan beş nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a bildirilib ki, məsələ qurumun Abşeron-Xızı regional böməsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

"Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıblar.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".




Ana səhifəyə qayıt        Baxış: 2 688          Tarix: 21-04-2025, 17:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma