Xəbər lenti
Dünən, 15:52

 

Abşeron rayonunda yol qəzası baş verib.

Ovqat.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib.

99 GP 739 dövlət nömrə nişanlı Chevrolet AVEO markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində Chevrolet AVEO markalı aşaraq yolun kənarına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.

Məqaləyə dair fotomateriallar:

 




Ana səhifəyə qayıt        Baxış: 569          Tarix: 21-08-2017, 22:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma