Bakıda yol qəzası baş verib.
Report xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb. Belə ki, "Rənc Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən KamAZ su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.
Qeyd edək ki, sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb. Faktla bağlı araşdırmalara başlanılıb
Paylaş: