Xəbər lenti

 

QazaxdaQain dəfn ediləcəyi yer dəyişdirilib

Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib. Bu barədə yerli KİV-ə Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: “Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazaxa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.

***21:10

Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasiminin keçiriləcəyi yer dəqiqləşib.

Ovqat.com bildirir ki, bu barədə "Report"a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib.

O qeyd edib ki, mərhumla vida mərasimi sabah saat 12:00-da oğlunun evində baş tutacaq: "Aşıq Ədalət vida mərasimindən sonra Bakıdakı qəbiristanlıqlardan birində dəfn olunacaq. Hələlik dəfnin yeri ilə bağlı məsləhətləşmələr aparılır".

***16:30

Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Aşıq Ədalət (Nəsibov) dünyasını dəyişişib. Bu barədə Azərbaycan Aşıqlar Birliyi məlumat yayıb.

Bildirilir ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.

Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləyib: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı idi.




Ana səhifəyə qayıt        Baxış: 789          Tarix: 14-09-2017, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma