"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib.
Bu barədə "Report"a onun vəkili Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, işə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Paylaş: