Xəbər lenti

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ədalət Nəsibov doğulduğu Qazax rayonunda torpağa tapşırılıb. Sənətkarla vida mərasimində ictimaiyyət nümayəndələri, aşığın sənət dostları və doğmaları iştirak ediblər. Aşıq torpağa tapşırılarkən vəsiyyətinə uyğun olaraq saz çalınıb.

Yanıq Kərəminin sədaları altında aşığın cənazəsi torpağa tapşırıldı. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan aşıq Ədalət Nəsibov doğulduğu Qazax rayonund

a son mənzilə yola salınıb. Sənətkarın nəşi əvvəlcə Qazax Rayon Mədəniyyət Mərkəzinə gətirilib. Vida mərasimində Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və aşığın ailə üzvləri iştirak ediblər. Mərasimdə sənətkarın ömür yolundan, maraqlı xatirələrindən, ölkənin aşıq sənətinə verdiyi töhfələrdən danışılıb. Bildirilib ki, Aşıq Ədalətin xatirəsi hələ sağlığındaykən əbədiləşdirilib. Qazaxın mərkəzindəki Fəxri Qazaxlılar parkında sənətkarın büstü qoyulub. Dövlətin də daim diqqətində və himayəsində olub. Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb və Azərbaycan Prezidentinin fərdi təqaüdü ilə təltif edilib.

Sənət dostları və şagirdləri də Aşıq Ədalətin ölümünü Azərbaycan Aşıq sənətinə ağır itki kimi qiymətləndiriblər.

Vida mərasimindən sonra Aşıq Ədalət torpağa tapşırılıb. O, vəsiyətinə uyğun olaraq saz havasının müşayəti ilə dəfn edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 046          Tarix: 15-09-2017, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma