Bu gün günorta saatlarında Balakəndə baş verən zəlzələ Zaqatala və ətraf ətazilərdə də hiss olunub.
Bu sözləri Publika.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, hazırda ərazidə aktivlik davam edir: “Zəlzələnin dərinliyi 4-8 km arasında dəyişir. Bu, ilkin məlumatdır, avtoşoklar başa çatandan sonra dolğun məlumat verə biləcəyik. Həmin ərazidə aktivlik var idi. Bu zəlzələnin son vaxtlar bəzi ölkələrdə qeydə alınan zəlzələlərlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə lokal xarakterli zəlzələdir, dağıdıcı hesab edilmir”.
***
Bu gün yerli vaxtla saat 13:06:11-də Balakən rayonu ərazisində zəlzələ olub.
Bu barədə Publika.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələnin maqnitudası 3.8, dərinliyi 5 km olub. Zəlzələ hiss olunub.
Paylaş: