Xəbər lenti

 

Cənubi Koreyanın "Korea Aerospace Industries" (KAI) hərbi sənaye şirkətinin vitse-prezidenti Kim İn Sikin meyiti cümə axşamı yaşadığı mənzildə tapılıb. 

Ovqat.com Report-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, o, intihar edib.

Yerli KİV yazır ki, xaricdə KAI-nin biznesinə nəzarət edən Hərbi Hava Qüvvələrinin sabiq generalı Kim İn Sik ölümündən əvvəl məktub yazıb. Məktubda o, şirkətin problemlərini həll edə bilmədiyi üçün üzr istəyir.

KAI şirkətinın adı yayda böyük bir korrupsiya qalmaqalında hallandırılıb, lakin Kim İn Sik prokurorluğun diqqətində olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 355          Tarix: 21-09-2017, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma