Dmitri Lekux
RİA Novosti, 23.07.2018
ABŞ prezidenti Donald Tramp ötən həftənin sonunda CNBS teleşirkətinə müsahibədə bildirib ki, Çindən tədarük edilən bütün (təkrar edirik, bütün) mallara ixdalat rüsumları tətbiqini istisna etmir. Ağ Ev başçısının sözlərinə görə, bu həcm 505 milyard $ – gerçək kosmik məbləğ təşkil edir. Bu, Çin tərəfinin rüsumların artırılması üzrə Amerika təşəbbüslərinə qarşı “cavab tədbirləri görməyi davam etdirəcəyi” halda baş verə bilər.
Əlbəttə, bütün bunlar suveren Çin dövlətçiliyi baxımından əndazəsiz sırtıqlıq kimi görünür. Və, şübhəsiz, bu cür ultimatumun qəbul edilməsi Çinin indiki rəhbərliyi üçün hətta texniki cəhətdən də mümkünsüzdür. Amma ümumiyyətlə isə Trampı da başa düşmək olar. Heç olmasa, ona görə ki, son onillikdə dünya ticarətində durum təkcə anormal deyil. Bu, hələ lap bu yaxınlarda sənaye inqilablarını bir-birinin ardınca etmiş ölkənin qurucusu və pionerlərinin işgüzar siyasəti baxımından ABŞ üçün trenddə aşkar fəlakətdir.
Və hər şey olduğu kimi qalarsa, iqtisadi – və ola bilsin, təkcə iqtisadi deyil – fəlakət riyazi baxımdan qaçılmazdır. Əgər qısamüddətli olmasa da, ortamüddətli perspektivdə, sadəcə, şübhəsizdir.
Ölkə Ticarət Nazirliyinin iqtisadi analiz Bürosunun məlumatına əsasən, 2016-cı ildəkiylə müqayisədə 2017-ci ildə ABŞ-ın ticari balansındakı kəsir 12,1%, yaxud 61,2 milyard $ çoxalıb – 566 milyard $-a qədər. Bu, 2008-dən bəri ən yuxarı göstəricidir.
Bununla yanaşı – Bloomberg-ə isnad edirik – ilin yekunlarına əsasən, Çinlə ticari kəsir balansı 375,2 milyard $ dollar, AB ilə 151,4 milyard $, Meksika ilə 71,1 milyard $, Yaponiya ilə 68,8 milyard $, Kanada ilə 17,6 milyard $ təşkil edib.
Amma hələ bu da hamısı deyil.
ABŞ iqtisadiyyatının son on ildə biçimlənmiş olduqca özəl strukturu nəzərə alınsa, bu, ümumiyyətlə, dəhşətlidir. Sadəcə, xatırladaq ki, Amerika ÜDM-nin böyük bölümü (ta 2004-dəki rekord 79,4%-ədək) hər şeydən qabaq maliyyə, habelə ticarət, nəqliyyat və rabitə xidmətlərinin aid edildiyi xidmət sahələrində yaradılır. Üstəgəl, dövlət müəssisələrinin xidməti. Maddi istehsalın (aqroprom, hasilat və emal sənayesi, inşaat) payına ÜDM-in 20%-dən bir az artıq qalır.
Donald Tramp siyasətdə, bu disbalansı faciəli sayan qüvvələri təmsil edir. Özü də Amerikada belələri getdikcə çoxalır. ABŞ-ın fəaliyyətdəki prezidentinin həyata keçirdikləri əsla onun şəxsi “ekssentrik mövqeyi”nin ifadəsi deyil. Əksinə, bu, tamamilə bitkin və sistemli siyasətdir və məhz Birləşmiş Ştatların ən önəmli milli maraqlarının ifadəsini məqsəd qoyur.
Lakin iqtisadiyyatını bir çox baxımdan “kürəsəl elitalar”ın siyasi zəifliyi və tələsik satqınlığı hesabına quran Səmalar ölkəsi də geri çəkilmək niyyətində deyil. Çinlilərin uzunmüddətli perspektivdə gerçəkləşdirdikləri öz maraqları var və əsas bazarlardan birində qəflətən hakimiyyətə gələn “millətçi” onlar üçün aradan qaıdırmağa və keçməyə ümid etdikləri qəfil fluktuasiya və maneə kimi görünür.
Belə ki, böyük iqtisadi dövlətlərin tutuşması faktiki olaraq qaçılmazdır.Əlbəttə, Vaşinqtonda loyal kürəsəlçilər yenidən hakimiyyətə gəlməsələr, amma bu, Trampın daxili islahatlarından sonra çox da aktual görünmür. Onlar gəlsələr də, çox çəkməyəcək. Buna görə də bizə – RF-yə – burada bizim marağımızın nədən ibarət olduğunun dərki zəruridir.
“Kürəsəl liberal-maliyyə elitaları” ilə hər şey asandır. Bunlar ekzistensial düşmənlərdir. Orada bizi danışıqlar masasına yalnız bir qismdə – “əsas təam” kimi dəvət edə bilərlər. Ədalət naminə, burada heç bir “rusdanxof” yoxdur: onları bəsləmiş aerikalılar daxil olmaqla istədiyin adamı həzmi-rabedən keçirərlər.
“İki milli elitanın döyüşü”nün indiki tərtibində bizim işimiz yalnız öz maraqlarımızı güdməkdir.
Və deyək ki, Rusiya-Çin münasibətləri haqda düzgün məlumat kontekstində, məsələn, bu cür görünür: “Çin taxıl məhsullarının ÇXR-ə ixracatı nəzərdə tutulan Rusiya bölgələrinin siyahısının genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bu anlaşma Rusiya İqtisadi İnkişaf Nazirliyi və ÇXR Kommersiya Nazirliyinin məsləhətləşmələri gedişində əldə olunub. Söhbət əvvəllər olduğu kimi Rusiyanın bir-iki subyektinin deyil, bütün bölgələrin uyğunlaşdırılmasından gedir – Çinə buğda, düyü, qarğıdalı, soya və raps tumu tədarükü üçün”.
… Ayı qartalla əjdahanın tutuşmasında öz məntiqindən çıxış edir.
Tərcümə Strateq.az-ındır.
Paylaş: