Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Casusların qarşısına qoyulan əsas vəzifə Türkiyə, İran və Qətərdə iğtişaşlara şərait yaratmaq olub.
Türkiyə Milli Istihbarat(kəşfiyyat) Təşkilatının (MİT) əməkdaşları ölkə ərazisində Birləşmiş Ərəb Əmirliklərinin geniş casus şəbəkəsini aşkar edib. Məlum olub ki, həmin agentlər Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ-“CİA”) tərəfindən birbaşa dəstəklənib.
Moderator.az xəbər verir ki, bu haqda “Daily Sabah” nəşri məlumat yayıb. Gizli şəbəkənin açılmasında MİT tərəfindən Səudiyyə jurnalisti Camal Xaşoqqinin qətli ilə bağlı həbs edilmiş Samir Semih Şaban və Zəki Həsənin verdiyi məlumatlar həlledici rol oynayıb.
İstintaq göstərib ki, Türkiyədə aparılan xüsusi əməliyyatların təşkilinə və həyata keçirilməsinə İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən ABŞ MKİ agentlikləri dəstək verib.
MİT rəsmi nümayəndələrinin bildirdiyinə görə, casusların qarşısına qoyulan əsas vəzifə Türkiyə, İran və Qətərdəki vəziyyəti məcrasından çıxarmaq cəhdində istifadə edilə bilən lazımi şərtləri hazırlamaq olub. Türkiyə müstəntiqləri müəyyən edib ki, Fələstin Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Məhəmməd Dahlan da casus şəbəkəsi ilə yaxından əməkdaşlıq edib. İstintaq M.Dahlanın şəbəkənin Türkiyə bölməsində əlaqəçi olduğu, eyni zamanda maliyyə dəstəyi və bir sıra KİV-lə əməkdaşlığa məsul olduğunu təsdiqləyib.
Şaban və Həsənə gəldikdə, onlara Türkiyədəki “Həmas” və “Əl-Fəth” kimi Fələstin hərəkatları, habelə “Müsəlman Qardaşları” Birliyinin üzvləri barədə casusluq və məlumat toplamaq tapşırılıb.
Xatırladaq ki, 2010-cu ildə Yaxın Şərqin bir sıra ölkələrində siyasi böhranlar bir-birinin ardınca rejimlərin dəyişməsinə səbəb oldu. Dövlət qurumları qeyri-adekvat fəaliyyət göstərməyə başladılar. Mənfi proseslərin inkişafı müxtəlif döyüş və terror qrupları anklavlarının meydana gəlməsinə gətirib çıxardı ki, onlardan ən məşhuru “İŞİD”dir...
Aparıcı mütəxəssislər “WikiLeaks” saytının dərc etdiyi sənədlər əsasında 2011-ci ildə ABŞ hakimiyyət orqanlarının “Ərəb baharı” hadisələrinin birbaşa təşəbbüskarı olduğunu sübut edib.
Türkiyə kəşfiyyatının üzə çıxardığı son məlumatlar isə Ağ Evin və “CİA”-nın yeni “ərəb baharı” hazırlamaq cəhdində bulunduğunu və həmin cəhdlərin hazırda da davam etdiyini göstərir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar