İsa Bəhlul
Başlıq, ötən əsrin 60-cı illərində irqiayrı seçkiliyə , qanunsuzluğa və zorakılığa qarşı məşhur dirənişçi Martin Lüter Kinqə* aid fikrin l yarısıdlr. Digər hissəsi və tamı ilə , mövzunun ruhuna uyğun qismən yazıboyu və sonda qarşılaşacaqsınız.
Korrupsiyanın təzahürünü təkzib etməyə imkanı tükənən hökumətlər ona rəhbərlik edir. Avtoritar idarəçilikdə korrupsiya məcburiyyətdir, əsası belə qurulur, yönətim mexanizmdir və tam vertikallaşması şərtdir. İerarxiyanın hər hansı pilləsində ani ləngimə (tormoz) olarsa , idarəçilikdə tıxac meydana gələr və sistem iflic olar, qısa zamanda hak-t dəyişikliyi zərurətə çevrilər . Sistemli korrupsiya bütün yönlər (sosial, iqtisadi, siyasi, hərbi-müdafiə, ərazi, etibar, demoqrafiya...) üzrə dövləti-xalqı hər vaxt güvənsizlik perspektivi ilə üz-üzə qoyub. Bu tip rejimlərdə Məhkəmələr müstəqil və tərəfsiz olmamaqla, deputatlar "seçki" tamaşası ilə "seçildiklərindən" ictimai məzmun daşımırlar, təmsilçilik etimadını itirirlər, Parlament parodiyaya çevrilir. Hak-tin bu qolları felən İH-nə bağlanır və PA-n sifarişlərini həyata keçirməklə mövcudluqlarını büruzə verirlər. Beynəlxalq hüquqa, o c."K"-a əsasən, hak-tin bu üç budağından heç birinin əlavə üstünlüyü yoxdur və ierarxik deyil. Monteskyünün (XVləsr) dövlətdə "güclər ayrılığı" formulası AR-n son 100 ilində (3 illik pauza istisnadır) kommunist və "y.a" -lıların xarakterik görüş dairələrinə rəğmən populyarlaşa bilmədi. Rejim daşıyıcılarının vətən, torpaq, vətəndaş, respublika, qanun, hüquq , ədalət, dem-ya və s. kimi sosial dəyərlərdən, "K"-dan nə anladıqları da 27 illik əməllərindən bəllidir. Burada korrupsiya da, demokratiya, suverenlik də "yerli"dir, yAp-sayaqdır - eksklyuzivdir! Hüquq - tətbiq olunduğu kimliyə müvafiqdir, çox çeşidlidir,yəni asanlıqla differensiallaşa, qanunlar da interpretasiyaya uğraya bilir. Metod spesifikdir, beynəlxalq sertifikasiyası olmadığından,digər ölkələrdə "işə" yaramır, milli valyutamız kimi konversiya olunmur.
SNQ-də cüzi istisnalarla yönətim oxşardır, xüsusi ilə də məmur-vətəndaş-mülkiyyət münasibətləri neqativ yöndən eynidir,mənəviyyatın deqradasiya ölçüsü də. Fiziki-kimyəvi, sosioloji, sxolostik-rasional aspektdən məntiqi izahı və qarşılığı olmayan, cəlbediciliyi heyranlıq doğuran içiboş Kommunizm adlı mifoloji ideologiyaya söykənən təlim, tədris və tərbiyənin məhsuludur bu oxşar maddi-mənəvi-psixoloji durum (böhran). Problemin qəti həlli, əsasən ötən əsrin 70 -ci ilindən sonra doğulan , o cəfənğ ideologiyaya yoluxmayan nəslə aiddir. Saysız-hesabsız sorunların qaynağı idarəedənlərin acgözlük və səriştəsizlikləridir. O həddə yıprıxıb, o ölçüdə amortizasiya ediblər ki, onların varlığı nəhəng problemə,özləri üçün də həyati təhlükəyə çevrilib və hakimiyyətdə qalma səbəbləri tam ortadan qalxıb.Problemin felən yox,hüquqən həllinə- sistem dəyişikliyinin labüdləşməsinə aparan yolun yapısını (heç olmazsa etibarımızın perspektiv sığortası naminə ) fərd olaraq hər birimiz gücümüz yetdiyi qədər döşəyək ki,həm ehtimal olunan ictimai sarsıntılara mane olaq , həm də nəvələrimiz ruhumuzu incidəcək mesajlar göndərmək zorunda qalmasınlar.
P.S. * Papaz və Nobelçi M.L.Kinqin mücadiləsi , qətlindən 35-40 il sonra qaradərili Kondaliza Raysı D/K və Hüseynoğlu Barakı Pr-t olaraq dünyanın ən qüdrətli ABŞ dövlətinin zirvəsinə gətirdi, "xəyalları" gerçəkləşdi. Hakimiyyət dəyişikliyi zərurətə dönüb və labüdləşməsi, dəyişikliyi istəyən hər kəsin fəallığı ilə baş verə bilər! İqtidar səbəblə nəticə rabitəsini bilmədiyindən,içərilərində determinist olmadığından, dəyişikliyin qaçılmazlığını, sadəcə fərq edə bilmir. Nədəni qurumlara yox, dövlət adına strukturları yönəldənlərin "qabiliyyət"inə aiddir.
Paylaş: