Xəbər lenti

 ABŞ hökuməti məşhur hüquq müdafiəçisi, Nobel sülh mükafatının sahibi Martin Lüter Kinqi kommunistlərlə əlaqə qurmaqda şübhəli bilib.

Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ Federal Təhqiqatlar Bürosunun üzərindən məxfilik qrifi götürülmüş yeni sənədlərində yer alıb. Yeni yayımlanan sənəd 12 mart 1968-ci ilə aid olub.

Sənəddə vurğulanıb ki, Kinqin ətrafında olan şəxslərdən ikisi əvvəllər Amerika Kommunist Partiyasının üzvləri olub. Üstəlik, daha 8 nəfər isə kommunist hərəkatları ilə əlaqəyə giriblər. FTB-nin iddiasına görə, məhz Kinqin rəhbərlik etdiyi hərəkat əslində kommunistlərin hədəflərinə tam uyğundur. FTB xüsusilə Kinqin köməkçisi Stenli Levisonu kommunistlərin xeyrinə təxribatçılıq edən şəxs hesab edib. Vaşinqton həmçinin Kinqin güc tətbiq etmədən qara dərililərin hüquqları uğrunda mübarizə aparacağına inanmayıb.

Kinq haqqında yayımlanan 20 səhifəlik sənədin böyük hissəsi onun intim həyatına aid olub. Belə ki, FTB onun orgiyada iştirak etdiyini və nikahdankənar övladının olduğunu, amma ictimaiyyət qarşısında özünü diniyönlü insanların mənəvi lideri kimi təqdim etdiyini bildirib.

Qeyd edək ki, Martin Lüter Kinq ABŞ-da qaradərililərin hüquqları uğrundan mübarizə aparan məşhur hüquqmüdafiəçisidir. O, 1968-ci ilin 4 aprelində qətlə yetirilib.




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 5-11-2017, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma