Xəbər lenti

Ərgün Dilər
“Takvim”, Türkiyə, 31 mart 2020-ci i
Dünya evə qapandı. Fabriklər durdu, avtomobil yolları boşaldı, ofislər səssizliyə büründü, məktəblərdə dərslər durduruldu, idman yarışları təxirə salındı, əyləncə xəbərləri kəsildi, kino klubları boş qaldı, havanın çirklənməsi azaldı, ozon təbəqəsi nəfəs aldı, dünya özünə gəlməyə başladı…
Hər kəs haqlı olaraq, “Nələr olur, hara sürüklənirik?” sualının cavabı ilə maraqlanır. Bu, evə qapanan, işini itirən, sərvətinin əriməsini izləyən hər kəs üçün ən anlamlı sualdır. Həm yerli, həm də xarici şərhlərə baxıram. Hər kəs mümkün olduqca həqiqətləri söyləyir, söyləməyə cəhd edir. Mən də bir jurnalist kimi, öz pəncərəmdən baxaraq, gördüklərimi paylaşmağa səy göstərirəm. Məqsədim baş verənələrə fərqli baxmağı da təmin etmək, ən azı, stimullaşdırmaqdır.
ABŞ-ın son 30 ildə hansı hadisəyə necə reaksiya verdiyini yaxşıca qeydə aldım. Önəmli olanın dollar olduğunu bilirəm. Bu səbəblə, lap əvvəldən baş verən hadisələrə koronavirusla deyil, “ekonomikvirus”la bağlı olan hadisələr kimi baxıram. Bunu anlayınca, ABŞ daxilində, hər gün etdiyim kimi, ip ucları axtarmağa başladım. Və ABŞ-ın iqtisadi hazırlıq içində olduğunu gördüm.
Məqsədlərinə çata bilib-bilməyəcəklərini deyə bilmərəm, ancaq planları tamamilə iqtisadidir. Başqa dövlətlərin pulu ilə imperiya quran və idarə edən güc dəyişiklik üçün pulda dəyişikliyə getməyi planlaşdırır. Gördüyüm budur.
Koronavirusun təsiri nə qədər davam edəcək? Dünya bu sualın cavabı ilə maraqlanır. Ancaq anlaşılan odur ki, koronavirus ABŞ-da da təsirli olacaq. Ciddi sayda ölümlər baş verdikdən sonra geriləməyə başlayacaq. Ağıllara gələn digər sual isə budur: “Koronavirusa qarşı dərman yoxdurmu?”
ABŞ-da bəzi özəl informasiyalı şəxslər belə cavab verirlər: “İllər öncə Kubada əldə edilən “İnterferon Alfa 2b”-nin COVİD-19-u yox etməsi ABŞ Əczaçılıq İdarəsi tərəfindən də təsdiq edilib”.
“İnterferon Alfa 2b”-dən istifadə edən yaşlı xəstələr belə, yaxşılaşdılar. Ancaq bu virus epidemiyasını ssenariləşdirən qrup onun təsirlərinin hələ bir neçə ay da davam etməsini istəyir. Yəni, iddiaya görə, COVİD-19-u yox edən dərman var, lakin zamanı gözlənilir.
Dərmanın olub-olmamasından asılı olmayaraq, plan uğurlu şəkildə irəliləyir. Bir çox ölkə iqtisadi sahədə küncə sıxışdı. “Dərin Amerika” yeni sistemdə 150 ölkənin tamamilə özlərinə bağlı olmasını istəyir. Sistem yavaş-yavaş ora doğru inkişaf edir. ABŞ Xarici işlər naziri Mayk Pompeo koronavirusla bağlı olaraq dedi ki, “Bu iqtisadi müharibədə qələbə bizim olacaq”.
Ortada nə fal, nə də yumurta olmadığı halda, bu nə deməkdir? Məni həyəcanlandıran nöqtə də burasıdır.
ABŞ Xarici işlər naziri açıq şəkildə bu işin mərkəzində iqtisadiyyatın olduğunu söyləyir. Və bu cavaşın hədəfi olaraq bir gücə işarət edir. Mənim gördüyüm odur ki, ABŞ bir neçə il idi, gizlicə bu savaşa hazırlaşırdı. Tramp bunun işarətini artıqlaması ilə verdi.
Yanvar ayında Mayk Pompeonun ölkənin çox önəmli iqtisadçıları ilə keçirdiyi görüş gizli idi. O, iqtisadi çöküşdən sonra ən sürətlə toparlanacaq ölkənin ABŞ olacağını gördü. Həmin görüşün keçirildiyi günlərdə COVİD-19 haqqında kimsə bir şey bilmirdi. Çin də bu infeksiya haqqında açıqlama verməmişdi. Ancaq Pompeo iqtisadçılara “Bir neçə ay içində naməlum bir cisim iqtisadi böhrana sürükləyəcək. Hər ölkəyə, təbii, bizə də təsir edəcək. Ancaq ən sürətli şəkildə güclənəcək ölkə də biz olacağıq” dedi.
İndi kimsə çıxıb virusun ABŞ iqtisadiyyatına zərbə endirmədiyini söyləyə bilməz. ABŞ, iqtisadiyyatının dibə vurmasından sonra sürətlə yüksələcəyinə inanır. Bu, necə olacaq? Dollar basma səlahiyyəti olmayan ABŞ Maliyyə Nazirliyi də bu təminatı verir. Deməli, yaxınlarda yeni, mərkəzində ABŞ-ın olacağı, amma FES-in olmayacağı yeni bir sistemə keçiləcək. “Dərin Amerika” hamını özü ilə birlikdə aşağı çəkəcək, sonra isə özü ən üstə çıxacaq. Oyunun məqsədi budurMəqsəd pulun yenə ən böyük güc olacağı, amma FES-in olmayacağı bir sistem qurmaqdır.
Bəllidir ki, sistem qurulub, hazırdır. Hətta Pompeonu diqqətlə izləsəniz bunu anlarsınız. Əgər belə olarsa, FES ABŞ Maliyyə Nazirliyinə bağlanacaq və strukturu tamamilə dəyişəcək. Bir daha kimsə FES-in adını eşitməyəcək, açıqlama verərkən, görüş bəyan edərkən görməyəcək.
Son məqsəd bu olsa da, bəri başdan asan olmayacağını da əlavə edirəm. Çünki ABŞ-ın ən zəngin 500 iş adamından 490-ı buna etiraz edəcək. Onlar FES-in bugünkü strukturu hesabına zəngin olublar. Əks halda, hamısı sərvətlərini itirəcək. Bəlkə də bir çoxunun sərvəti bir gündə sıfırlanacaq. Bu səbəblə, yeni sistemə keçmək sancısız olmayacaq. “Dərin Amerika” bunu düşünərkən, Stiv Ballmer, Fil Nayt, Rey Dalio kimi adı zənginlər siyahısında olan, lakin daim arxa planda qalanlar indi bir-biriylə yeni sistem haqqında danışırlar. Özlərinə qarşı bir əməliyyat ehtimalını da dəyərləndirirlər. Əgər belə bir durum yaranarsa, ABŞ-dakı hər bir zəngin iş adamının dünyanın 150 ölkəsində təsirinin olacağı da nəzərə alınmalıdır.
2020-ci ilin prezident seçkilərinə o qədər də vaxt qalmadığı bir halda, kəskin qərarlar verilərmi? Əsl sual budur. Yaxşı bilirəm ki, koronavirusun yayılmasını təşkil edən komanda bunun ABŞ-da ictimai rəyə ciddi təsir edəcəyini bilirdi. Rəsmi şəxslərin “200 min amerikalı öləcək” dediyi halda, ölkədə gərginliyin nə qədər artdığı ortadadır. Bu müddət ərzində Trampın da zərər görəcəyini anlamaq çətin deyil.
İşi təsadüflərə buraxmadan irəliləyən bir ağılla qarşı-qarşıyayıq. Dünya evə qapandı, yeganə söz sahibi dövlətlərdir. Bossların hamısı evində, malikanəsində, qəsrində, sarayındadır. Komendant saatından tutmuş hansı şirkətin xilas ediləcəyinə, hərbçilərin küçəyə çıxmasından tutmuş hər bir ailəyə çatdırılacaq puladək, bütün  qərarları dövlətlər verir.
Hazırda onlarla ölkə dollar almaq üçün BVF-in qapısına dayanıb. “Dərin Amerika” FES-i ailələrin əlindən alarsa, nə olacaq? Ölkələr birbaşa kimə borclu olacaq? Rəhbərlik kimin əlində olacaq? Qərarları kim verəcək? Əsas məsələ budur. Koronavirus işin detalıdır. Təəssüf ki, adamların başı belə işləyir. Ssenari belədir.
Nələr olacağını isə zaman göstərəcək.
Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 2 729          Tarix: 31-03-2020, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma