Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Aram Amatuni
“1in.am”, Ermənistan, 29 iyun 2020-ci il
Serj Sarkisyan və Robert Koçaryan Ermənistanın keçmiş hakim sistemini yeni hakimiyyətə qarşı birləşdirəcəkmi? Bu suala yalnız Serj Sarkisyanla Robert Koçaryan arasındakı münasibətlərin mexanikasını yaxşı bildiyimiz halda dəqiq cavab verə bilərik.
Bununla birlikdə, dəqiq cavab vermək üçün biz, eyni zamanda, “birləşmə” dedikdə nəyi nəzərdə tutduğumuzu qiymətləndirməyimiz çox vacibdir. Əgər söhbət yalnız fiziki birləşmədən və birgə hərəkətlərdən, toplantılardan və informasiya-təbliğat fəaliyyətlərindən gedirsə, mahiyyət etibarilə, belə bir birləşmənin olduğu artıq çoxdan bəllidir. Cəmiyyət, bu və ya digər şəxsin dəstəklənməsi üçün həm Ermənistan Respublikaçılar Partiyasının, həm də Robert Koçaryanın komandasının təmsilçilərinin birgə yığıldığı çoxsaylı aksiyaların şahidi olub.
Bu səbəblə, maraqlıdır, söhbət böyük məsələdən, yoxsa artıq mövcud olanın rəsmiləşdirilməsindən gedir? Ən azı, indiki halda, söhbətin böyük məsələdən getdiyini təsbit etmək mümkün deyil.
Eyni zamanda, hələlik mövcud olanın rəsmiləşdirilməsi haqqında Serj Sarkisyanla Robert Koçaryanın görüşü barədə olan informasiyadan başqa bir şey yoxdur. Bununla birlikdə, bu barədə Serj Sarkisyanın ofisinin belə bir reaksiyası oldu ki, görüş şəxsi xarakter daşıyıb və məqsəd sadəcə görüşmək olub.
Əlbəttə, Serj Sarkisyanın Robert Koçaryandan necə olduğunu soruşmasından sonra, onların sağlıqdan deyil, daha çox siyasətdən, keçmişdən, bu gündən və gələcəkdən danışdıqlarına heç bir şübhə yoxdur.
Lakin Serj Sarkisyanın ofisinin söhbət mövzuları arasında, mahiyyətcə, siyasətin olmamasını göstərməsini diqqətçəkən fakt adlandırmaq olar. Bu “yalançı göstəriş” kimin üçündür? Bu, hədəflər arasında siyasətin olmadığını pərdələməkdir, yoxsa onun real təsbitidir? Əgər söhbət pərdələməkdən gedirsə, II və III prezident öz siyasi hədəflərinin uyğunlaşdırılmasının mümkünlüyünü kimdən gizlədirlər? Özününkülərdən? Çətin ki… Cəmiyyətdən? Bu da mənasızdır, çünki bütün bunlardan asılı olmayaraq, cəmiyyətdə onların bir yerdə olması haqında olan qavrayış çoxdan üstünlük təşkil edir. Bunun ədalətli olub-olmaması başqa məsələdir.
Lakin cəmiyyətin əksər hissəsi Serj Sarkisyanla Robert Koçaryanın vahid siyasi məqsədlər dairəsində olduğunu qəbul edir. Bu səbəblə, sabiq prezidentlərin yaydıqları informasiyadan asılı olmayaraq, belə qavrayış – rəy, ən azı, yaxın gələcəkdə üstünlük təşkil etməyə davam edəcək. Və onlar bunu bilirlər.
Ona görə də sual yaranır: bu pərdələmə, əgər həqiqətən belədirsə, kimin üçündür? Yerdə yalnız hansısa xarici ünvan qalır.
İnqilabdan sonra Serj Sarkisyan daha çox Avropa, Robert Koçaryan isə Rusiya sahəsində fəaliyyət göstərir. Pərdələmə bu sahələr üçün ola bilərmi? Yoxsa burada görüşün məhz apolitik olmasına işarə edilir, Avropa və Rusiyaya ikitərfli siqnal verilməsinə cəhd edilir?! Birinin Sarkisyanla Koçaryanın, digərinin isə Koçaryanla Sarkisyanın qarşılıqlı əlaqəsindən xoşu gəlməyəcək.
Tərcümə Strateq.az-ındır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar