Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Hurriyyet.org xəbər verir ki, Şərqi Aralıq dənizində illərlə davam edən hidrokarbon axtarışı işləri son dövrlərdə daha da vüsət alıb. Xüsusilə də Türkiyənin öz gəmiləri və Liviya ilə əldə elədiyi dəniz sərhədlərinin müəyyənləşməsi razılaşması ilə təktərəfli oyunları pozmasından sonra Yunanıstan, Misir və Fransa dövlətləri tərəfindən müxtəlif həmlələr edilməkdədir.
Bölgədə ən çox haqq sahibi olan Türkiyənin enerji ehtiyatlarını əldə eləməsindən sonra xarici asılıqdan xilas ola bilməsi gözlənilir. Buna razı olmayan Yunanıstan Avropa İttifaqı və ABŞ-dan yardım tələb edir.
Oruç Rəis qazma-axtarış gəmisi ilə Yavuz gəmisi də bölgədə fəaliyyətə başlayıb. Yeni alınan qazma gəmisi Qanuninin də axtarış fəaliyyətinə başlaması gözlənilir.
Regionda bir çox ölkənin işə qarışmasının səbəbi isə milyardlarla kubmetrlik təbii qaz və neft ehtiyatlarıdır. Hazırda sadəcə İsrailin Levant hövzəsində orta hesabla 3,5 trilyon kubmetrlik təbii qaz və 1,7 milyard barrel neft olduğu güman edilir.
Həmin hövzənin 5% -ni əhatə edən bir sahə olduğu nəzərə alınsa, niyə görə bu hövzədə bir çox ölkənin ciddi maraqları olduğu anlaşılar.
Enerji İqtisadiyyatı Təşkilatının başçısı professor doktor Gürkan Kumbaroğlu “Akşam” qəzetinə açıqlamasında Türkiyənin Müstəsna İqtisadi Bölgə daxilində zəngin ehtiyatlar aşkar eləməsinin iqtisadiyyata çox müsbət təsir edəcəyini deyib: “Hər şeydən əvvəl enerjidə xaricdən asılılıq azalacaq, bəlkə də tamamilə aradan qalxacaq.
Şərqi Aralıq dənizinin 5%-də təxmin edilən ehtiyat belə təkbaşına Türkiyənin təqribən 70 illik təbii qaz ehtiyacını ödəyə biləcək miqdardadır”.
Türkiyənin daha ciddi bir mədən tapa biləcəyi təqdirdə, həmin mədənin iki ildə istifadəyə hazır hala gələ biləcəyini bildirən Kumbaroğlu deyib: “ Buna ən gözəl nümunə İsrail sahillərindəki Leviathan yatağıdır.
2017-ci ildə investisiya qərarı verildi, 2019-cu ildə İsrailə ilk qaz verilişi oldu”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar