Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
İkinci Dünya müharibəsi dünyanın bütün xalqlarına təsir edən bir hadisə idi. Savaşın mərkəzindəki Almaniya və öncəki dünya müharibəsindən sonra müstəqilliyini elan etmiş Türkiyə də bu savaşdan təsirlənmişdi.
Dünyanın ən yaxşı universitetlərinə sahib olan Almaniya Hitler diktaturasına görə ən parlaq dönəmlərindən qaranlıq günlərinə girərkən, Atatürkün rəhbərliyi altında olan Türkiyə çağdaş təhsil kampaniyası ilə müasir dünyanın tələblərinə uyğun olan layihələr həyata keçirirdi. Bu layihələr çərçivəsində Nasist “cəhənnəm”indən qaçaraq Türkiyəyə gələn elm adamı Kurt Kosviqin ölkəyə misilsiz xidmətləri olub.
7 aprel 1933-cü ildə Hitler yəhudilərə bütün qapıları bağlayan dövlət qulluğu ilə bağlı yeni bir qanun təsdiqləmişdi. Həmin ilin iyul ayında isə Türkiyə ilə immiqrant elm adamlarının qəbulu üçün anlaşma imzalamışdı.
Hitler tərəfindən qəbul edilən yeni qanuna görə, Almaniyadan Türkiyəyə gedən elm adamları ən qısa müddətdə türk dilini öyrənəcək və dərslərini türk dilində davam etdirəcəkdilər. Eyni zamanda, bu heyət özəl xidmətlərdə işləyə bilməyəcək və fövqəladə hallar zamanı, kömək lazım olduğunda pulsuz xidmət göstərmək üçün Almaniyaya geri dönməli idilər.
Kosviq nasistlər üçün çox vacib olan “Brauschweig” Texniki Universitetində Ümumi Biologiya və Zoologiya sahəsi üzrə çalışıb.
“Arya” irqi haqqında araşdırmalar aparan Hitler üçün biologiya hər zaman ən vacib sahələrdən biri olub. Kosviq həmkarlarının Hitlerin qeyri-insani fəaliyyətlərinə məruz qalmasına dözə bilməyib, ölkəni tərk edib.
Alman professor Kurt Kosviqin Atatürkün dəvəti ilə gəlməsi Türkiyə universitetlərinə "Außerordentlicher Professor", yəni ordinaryus professor anlayışını tanıtdı.
Kurt Kosviq özü də Ord.Professor idi. Almaniyada çalışdığı universitetin zoologiya sahəsindəki ən nüfuzlu adlarından biri olan Kosviq, həm genetik, həm də xərçəng xəstəliyi üzrə araşdırmaları ilə də tanınıb. Bu gün xərçəng xəstəliyi tədqiqatı üçün istifadə olunan onkogen konsepsiyası da Kosviqin tədqiqatları nəticəsində tibb dünyasına daxil olub. Əslində, Kosviq yəhudi deyil. Hətta məqsədlərinin nə olduğunu bilmədiyi halda nasistlərə könüllü olaraq xidmət də göstərib.
O, Türkiyədən gələn təklifi qəbul edərək, həyatını və ölkəsini dəyişdirməyə qərar verib.
1936-cı ildə Türkiyəyə gələn Kosviq İstanbul Universitetində çalışan dostu prof. dr. Navillenin qəfil ölümü ilə boşalmış Zoologiya kafedrasında işə başlayıb. Kosviq yalnız İstanbulda deyil, demək olar ki, Anadolunun hər qarışında işləyib. O dövrdə Fəratın şərqinə əcnəbilərə giriş qadağan edilmişdi, lakin Kosviq xüsusi icazələrlə oraya gedib.
Türkiyəyə gəldikdən cəmi iki il sonra türk dilini öyrənən Kurt Kosviq, həm türklərdən həm də Anadoludan çox təsirlənib. Gecə-gündüz özünü tədqiqatlarına və tələbələrinə həsr edib.
Kurt Kosviq və həyat yoldaşı Leona Kosiq 1952-ci ildə Türkiyənin Manyas bölgəsini ziyarət ediblər. Burada bir biologiya stansiyası qurub və ərazini qorumaq üçün stansiya gözətçisi təyin ediblər. Beləliklə Kurt Kosviq və həyat yoldaşının səyləri ilə 1959-cu ilə qədər bu qoruma davam edib. Bu təsirli qorunma sayəsində həmin bölgədə 7 il ərzində quşların sayı artıb. Kosviq bölgəni “Quşlar Cənnəti” adlandırıb və qorumaq üçün çox mübarizə aparıb. Kurt Kosviq "Türk Zoologiyasının atası" olaraq da bilinir.
O, 1982-ci ilin mart ayının 29-da Hamburqda vəfat edib.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar