Xəbər lenti
Bu gün, 23:32
Bu gün, 23:14
Bu gün, 22:58
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Sərdar Turqut
“Habertürk”, Türkiyə, 21 dekabr 2020-cil
Xarici siyasəti izləyən şərhçilər, mən də daxil olmaqla, son günlərdə diqqətlərini xüsusilə Atlantik müttəfiqliyi vektorunda yaşanmaqda olan əlaqələrə cəmləmiş durumdadırlar.
Son AB sammitində Avropanın Türkiyə ilə əlaqələrini ABŞ-la tam koordinasiya edərək aparacağı aydın şəkildə ortaya çıxdıqdan sonra diqqətlərin o vektora cəmlənməsi normal qarşılanmalıdır.
Əsas önəmli hadisə sərhədlərimizdə oldu
Ancaq bizim diqqətimiz Qərbə cəlb olunmuşkən, sərhədimizin dibində terrorla mübarizə baxımından o qədər önəmli hadisələr baş verdi ki, bunları da anlatmalı və ölkəmizin regional siyasəti baxımından bunları da düşünməliyik.
Önəmli diplomatik hərəkətlilik
İraq baş naziri Mustafa əl-Kazımi, 17 dekabrda Ankaraya rəsmi səfərə gəldi. Onun səfərindən öncə isə İraqın xarici işlər naziri Ankaraya gələrək, bir sıra təmaslarda olmuşdu və daha sonra alınacaq qərarlar üçün hazırlıq görmüşdü.
Türkiyə ilə İraq arasında bütün iqtisadi və təhlükəsizlik problemlərinin masaya yatırıldığı bir sıra görüşlər keçirildi. Prezident Ərdoğanla əl-Kazımi arasında keçirilən görüşdə təhlükəsizlik problemlərinin xüsusi müzakirə mövzusu olduğu təxmin edilir. Yekunda terror təşkilatı PKK ilə bağlı elə bir sərt nəticəyə gəlindi ki, bu tonun Vaşinqtonda sürpriz olaraq qarşılandığı anlaşılır.
İraq Regional Kürd Administrasiyası (İRKA) ilə mərkəzi İraq hökuməti arasındakı təmaslardan və onların hər ikisinin Türkiyə ilə keçirdiyi görüşlərdən sonra bu üçlük arasında PKK-nın regiondakı fəaliyyətlərinin məhdudlaşdırılması və varlığına son verilməsilə bağlı fikir birliyi əldə edildi.
“Sincar təmizliyi”
Belə görünür ki, bu üçlü fikir birliyi PKK-nın Sincar bölgəsindəki varlığına müəyyən müddət ərzində son verilməsini, bu bölgənin terror təşkilatından təmizlənməsini də hədəfləyir.
Sincar, terror təşkilatı PKK və onun Suriyadakı qolu olan YPG üçün strateji önəm kəsb edir. Çünki PKK, Suriya daxilində həyata keçirdiyi əməliyyatları Sincardan göndərdiyi milislər vasitəsilə idarə etməyə çalışır.
İraq Regional Kürd Administrasiyası (İRKA) Daxili işlər naziri Rebivar Əhməd, İraq Milli Təhlükəsizlik Direktoru Kazım Aracı və BMT Baş katibinin İraqdakı xüsusi təmsilçisi Janin Hennis 09 oktyabrda Ərbil və Bağdad rəhbərliyinin nəzarəti altında bir toplantı keçirmiş və nəticədə terror təşkilatı PKK-nın Sincardakı varlığına son verəcək bir anlaşma əldə etmişlər.
Bölgədə PYD ünsürlərilə koordinasiya içində çalışan ABŞ, Suriyadakı PYD gücləri üçün Sincarın strateji önəm daşıdığını bildiyinə görə, bu anlaşmanın həyata keçirilməsinə və Sincarın PKK-dan təmizlənməsinin yol xəritəsinin çıxarılmasına bəzi manevrlərlə mane olmağa çalışırdı.
ABŞ-ın həyati xətası
Ancaq bölgədə ABŞ-dan müstəqil hərəkət etməsi mümkün olmayan terror təşkilatı YPG, həm özü, həm də Vaşinqton üçün nəticələri ağır ola biləcək strateji xətaya yol verdi. Böyük ehtimalla, İraq Regional Kürd Administrasiyası içində olan PKK ünsürlərinə güvənərək, Suriya daxilindən İraqın kürd bölgəsinə hücuma cəhd etdi. İKRA-nın peşmərgələri bu hücumu dəf etdi. Sonra isə bizi bugünkü duruma gətirən diplomatik proseslər yaşanmağa başladı.
YPG-nin davranışına həm İKRA, həm də İraq dövləti çox sərt reaksiya verdi. İKRA Baş naziri Mesrur Bərzani, YPG-nin peşmərgəyə hücum etməsini sərt bir dillə qınayaraq, təkrarlanması halında bu cür hücumların bölgənin təhlükəsizliyinə böyük zərər verəcəyini söylədi. İŞİD əleyhinə koalisiyaya da səslənən Bərzani “Ortaq dost və müttəfiqimiz olan beynəlxalq koalisiya YPG-nin bu cür hücumlar etməyəcəyinə dair təminat verməlidir. Xarici ölkələrin etdiyi yardımlardan İKRA torpaqlarına hücum məqsədilə istifadə edilməsinə də izin verilməməlidir. Bu cür hücumların təkrarlanması, şübhəsiz, bölgə təhlükəsizliyinə böyük zərər verəcəkdir” dedi.
Bərzani, 14 dekabrda ABŞ XİN-in Suriya üzrə xüsusi təmsilçisi Coel Reybernə də zəng edərək, PKK-nın Suriyada təsir əldə etmək cəhdlərinin əngəllənməsi və ABŞ tərəfindən bölgəyə göndərilən yardımların bu terror təşkilatının əlinə keçməsinə son verilməsi üçün çağırış da etdi.
Türkiyənin əli çox gücləndi
ABŞ və YPG-nin bu strateji xətası nəticəsində başladılan diplomatik hərəkətlilik sonunda Türkiyə, İKRA və İraq arasında anlayış birliyinin əldə edilməsilə terror təşkilatı PKK-nın bölgədəki varlığına qarşı çox önəmli bir addım atılmış oldu. Türkiyə “Sincar anlaşması” ilə bölgənin PKK-dan təmizlənməsi üçün cızılan yol xəritəsinin işə salınmasını koordinasiya edəcək duruma gəldi.
Bu yöndə inkişaf edən hadisələrlə bağlı ABŞ-ın yeni bir həmləsinin olub-olmayacağı, hələ ki, aydın deyil. Türkiyənin atdığı addımlara bir az hazırlıqsız yaxalandığı görünən Vaşinqtonun müvafiq qurumlarında intensiv dəyərləndirmələrin aparıldığı söylənilir.
Tərcümə Strateq.az-ındır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar