Xəbər lenti
Bu gün, 23:32
Bu gün, 23:14
Bu gün, 22:58
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
New Eastern Europe, Polşa 23.12.2020 Müəllif: Taras Kuzio Anna Barseqyanın məqaləsində Azərbaycan-Ermənistan münasibətləri haqda fikirlər qabaqcadan hasil olunmuş yalnış qənaətə əsaslanır. Belə fikirlərə Avropa və Şimali Amerika mətbuatında da çox rast gəlinir. Halbuki, onlar bunu balanslaşdırılmış mövqe kimi təsvir etməyə çalışır. Bu yanaşmanın 4 əsas səbəbi var. Birincisi, ABŞ və Fransa kimi ölkələrdə böyük, zəngin və nəticə etibarı ilə nüfuzlu erməni əhali, erməni lobbisi var. Barseqyan qeyd edir ki, “Avropa İttifaqının rəsmi bəyanatı ermənilərin xeyrinədir”. Amma unutmaq olmaz ki, dünyada ən böyük üçüncü erməni icması (600 min nəfər) məhz Fransadadır. Fransa Senatı noyabrın axırlarında Dağlıq Qarabağın tanınması leyhinə əbəs yerə səs verməyib. Azərbaycan təbii ki, Senatın bu addımını pisləyib. Dorudur, bu səsvermə rəmzi xarakter daşıyırdı. Lakin bu, Fransanın “dondurulmuş münaqişələr”lə bağlı xarici siyasətinin necə dolaşıq olduğunu göstərir. Həqiqətən də, Rusiyanın Krımı ilhaq, Ukrayna və Gürcüstan ərazilərinisə de-fakto işğal etməsinə qarşı çıxan Paris Qarabaa gəldikdə necə belə addım atır? Axı Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Bu azmış kimi, ermənilər Vaşinqtonda da uzun zamandır Azərbaycana qarşı sanksiyaların qəbuluna lobbiçilik edir. Azərbaycan hələ 1992-ci ildə qəbul edilmiş 907-ci düzəlişə görə ABŞ-ın postsovet ölkələri arasında yardım etmədiyi yeganə dövlət olub. Bakı bunu hər zaman ədalətsizlik kimi qiymətləndirib. Məsələ ondadır ki, bütün ötən illər ərzində Ermənistan Azərbaycan ərazilərinin beşdə birini işğal altında saxlayıb. Vaşinqton isə bu siyasətilə sanki Yerevanı mükafatlandırıb. ABŞ Senatı bir də 2001-ci ilin oktyabrında “Azadlığa dəstək” aktına düzəliş edb və ölkə başçıları yalnız bundan sonra 907-ci düzəlişin maddələrini rədd etmək hüququ qazanıb. Nəticədə Corc Buş və Barak Obamanın Azərbaycana yardım etmələrinə yol açılmışdı. Bu arada, Amerika Erməniləri Milli Komitəsi (ANCA) xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nüfuzlu nümayəndəsi Robert Menendez Vaşinqtonu Azərbaycan və Türkiyəyə sanksiyaların tətbiqinə çağırıb. Səbəb bu ölkələrin guya Ermənistana və “Dağlıq Qarabağ”a qarşı “təcavüzkar siyasəti”dir. Deyəsən Menendez anlamır ki, dövlətlər özlərinin beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazilərinə qarşı təcavüzkarlıq edə bilməz. İkincisi, Qərb dövlətlərinin qabaqcadan hasil olunmuş, yanlış qənaətə əsaslanan fikirləri məhz xristian ölkələrinə yardım göstərilməsinə istiqamətlənib. Bu məqam özünü Fransa prezidenti Emmanuel Makronun Türkiyəyə deyil, Yunanıstana, Azərbaycana deyil, Ermənistana dəstəyində də göstərir. Ankaranın on illər ərzində Aİ-yə üzv ola bilməməsinə də Avropada Türkiyə ilə bağlı uzun zamandır mövcudluğunu qoruyan streotiplər mane olub. Bu, avropalıların Azərbaycana münasibətinə də təsir göstərib. Üçüncü səbəb bəzi Avropa ölkələrindəki Rusiyapərəst qüvvələrdir. Bunu Fransada da görmək olar. Bu ölkədə qollistlər, radikal sağçılar və solçular Azərbaycan və Ukrayna kimi ölkələrə qarşı Kremlyönümlü mövqe sərgiləyir. Məsələn, Valeri Jiskar Desten kimi fransalı siyasətçilər Krımın hər zaman Rusiya ərazisi olduğunu deyir. Fransa Senatında bu yaxınlarda keçirilmiş səsvermə isə fransalı siyasətçilərin əksəriyyətinin Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu düşündüklərini göstərdi. Azərbaycanın lobbiçilik fəaliyyətə keçməzdən əvvəl isə gəlin, Bakı ilə Yerevanın hansı məsələləri təşviq etməyə çalışdıqlarına nəzər yetirək. Ermənistan tərəfi Birinci Dünya müharibəsi zamanı baş vermiş “erməni soyqırımı”nın (dırnaq işarəsi bizə aiddir - WM) tanıdılmasına çalışır. Onu indiyədək 32 dövlət tanısa da, Türkiyə tanımır. Erməni lobbisinin bu fəaliyyəti SSRİ-də belə, uğurlu nəticə verməmişdi. 15 postsovet respublikasından həmin kütləvi qətliamı soyqırım kimi yalnız Rusiya ilə Litva tanıyıb – Ermənistan öz yerində. Məsələn, Ukrayna həmin olayları rəsmi olaraq “apreldə baş vermiş faciəvi hadisələr” kimi ifadə edir. Postsovet ölkələrinin “soyqırım”ı tanımamasının da bir neçə səbəbi var. Qərbpərəst Gürcüstanla Ukrayna Rusiyapərəst Ermənistanla bir cərgədə olmaq istəmir. Rusiyapərəst Belarusla Qazaxıstana gəlincə, onların “soyqırım” ifadəsini işlətməməsinin də səbəbi var – bu, Sovet dövrünə aid cinayətlərlə bağlı “pandora qutusu”nun açılmasına səbəb ola bilər. İndi ermənilərin Aİ-nin Türkiyəyə sanksiyalar tətbiq etməsi istiqamətindəki lobbiçilik fəaliyyəti də çətin ki uğur qazansın. Bir çox ekspertlərə (həmçinin mənə) aydın deyil ki, Ankara suveren ərazisini bərpa etməyə çalışan Bakıya dəstək göstərdiyi üşün niyə sanksiyalara məruz qalmalıdır. Həqiqətən də, Qərb dövlətlərinin BMT Nizamnaməsinin 2-ci (4-cü) maddəsinə uyğun hərəkət edən, beynəlxalq hüquq normalarını pozmayan Azərbaycanla Türkiyəyə sanksiya tətbiq etməsi, ikili standartların növbəti təzahürü olardı. Barseqyan isə yazır ki, bu, “Dağlıq Qarabağ əhalisinin gələcəklərini özlərinin müəyyən etməsinə dəstək olacaq”. Amma sanksiyalar tətbiq olunarsa, ortaya sual çıxacaq: Aİ niyə yalnız “Dağlıq Qarabağ”ı dəstəkləməlidir? Eyni addım nədən postsovet məkanındakı digər “dondurulmuş münaqişələr”, Çeçenistan və Kuril adaları kimi Rusiya əraziləri, Belçika, Rumıniya, Slovakiya və İspaniyadakı etnik münaqişələrlə bağlı da atılmasın? Aİ, ATƏT, BMT və Qərb dövlətləri Dağlıq Qarabağ məsələsində ərazi bütövlüyü konsepsiyasına niyə məhəl qoymamalıdır? Bu, aydın deyil. Dördüncüsü, Aİ-nin Ermənistana dəstəyi göstərir ki, bu gün Yerevan geosiyasi mənada hər iki dünyada yaxşı mövqe tutmağa çalışır. Ermənistan Sovet İttifaqı dağıldıqdan, yəni 1990-cı illərin əvvəlindən bəri Rusiyanın ən yaxın müttəfiqidir. Doğrudur, siz Qərb mediasının hazırladığı reportajlarda bunu görməyəcəksiniz. Amma Yerevan öz seçimini hələ 2013-cü ildə edib – “Şərq Tərəfdaşlığı” proqramından çıxaraq, Rusiya prezidenti Vladimir Putinin yaratdığı Avrasiya İqtisadi İttifaqına qoşulub. 2018-ci ildə baş vermiş “məxməri inqilab” nəticəsində Nikol Paşinyanın hakimiyyətə gəlməsinədək Yerevan davamlı Avropadan uzaqlaşma siyasəti yürüdüb. Yeri gəlmişkən, Ukraynada eks-prezident Viktor Yanukoviçə qarşı xalq üsyanı başladığı dövrdə də Yerevan Avropadan üz döndərmişdi. Məlum olduğu kimi, Yanukoviç də ölkəsinin Avropaya inteqrasiyasına qarşı idi. Həmin vaxt Putin Ukraynada uğursuzluğa düçar olsa da, Ermənistanda uğur qazanmışdı. Ermənilər də həmin dövrdə ölkənin Avropaya inteqrasiyadan imtina etməsinə, Avrasiyaya inteqrasiyasına qarşı çıxmamışdı. Amma milyonlarla ukraynalı bu siyasətə etiraz etməkdə idi. O zaman baş vermiş Maydan hadisələri zamanı təxminən 100 ukraynalı həyatını itirmişdi. Onlar ölkələrinin Avropa seçimini qorumağa çalışırdılar... Ermənistandan fərqli olaraq, Azərbaycanın lobbiçilik fəaliyyətində mübahisəli məsələlər azdır. Barseqyanın da məqaləsində qeyd etdiyi 5 maddədən 4-ü danılmaz faktdır. Buraya Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Bakının dövlətlərin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı Qərb prinsiplərini dəstəkləməsi, Azərbaycanın dünyəvi müsəlman ölkəsi olması və onun etnik-dini azlıqlara münasibətdə tolerantlıq nümunəsi kimi tanınması daxildir. Azərbaycanla İsrail arasında təhlükəsizlik sahəsində inkişaf etmiş əlaqələr olduğunu qeyd etmək yerinə düşər. Barseqyanın Azərbaycandakı siyasi sistemlə bağlı qeyd etdiyi 5-ci maddə isə sizin nikbin və ya bədbin insan olmanızdan asılıdır. Qərb mediasındakı yazarların əksəriyyəti münaqişə tərəfləri arasında məhz Azərbaycanı “tolerant olmayan” ölkə kimi qələmə verir. Amma bu iddialar tamamilə yanlışdır. ABŞ və Avropanın da populist millətçilərlə bağlı problemləri var. Onlar etnik və dini azlıqlara qarşı qeyri-tolerant münasibət göstərir və bunu təbliğ edir. Saymon Ostrovskiy “PBS News Hour”a demişdi ki, Ermənistanın təxminən son 30 ildə Dağlıq Qarabağ və ona bitişik rayonları nəzarətdə saxlaması azərbaycanlılara məxsus dini-mədəni abidələrin məhv edilməsi ilə müşayiət olunub. Barseqyan son döyüşlərin başlamasında da Azərbaycanı ittiham edir. Guya Bakı buna “hərbi ritorika” və “müxtəlif addımlar”la yol açıb. Halbuki, son müharibə faktiki olaraq Nikol Paşinyanın millətçiliyi, xüsusilə Dağlıq Qarabağın ilhaqı ilə bağlı təhdidləri nəticəsində başlamışdı. Ermənistanın baş naziri münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini nəzərdə tutan, tərəflərin daha əvvəl qəbul etdiyi “Madrid prinsipləri”ndən də imtina etmişdi. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da son müharibədə ilk yaylım atəşini hələ iyulda Ermənistanın açdıını bildiriblər. Yəqin ki, Ermənistan rəhbərliyi Azərbaycanın hərbi gücdən heç bir halda istifadə etməyəcəyini düşünürmü. Yerevanda hesab edirdilər ki, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Rusiyanın məsələyə müdaxiləsilə nəticələnəcək, odur ki, Bakı müharibəyə getməyəcək. Amma Moskvanın təhlükəsiz zəmanəti Yerevanın işğal altında saxladığı Azərbaycan ərazilərinə deyil, Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazilərinə aiddir. Gələk Azərbaycanın lobbiçilik fəaliyyətinə. Barseqyan yazır ki, Azərbaycan Avropada “nüfuzunu genişləndirmək üçün neft pullarından istifadə edir”. Bu, əslində, təəccüblü deyil. Enerji resursları ilə zəngin bütün dövlətlər belə edir. Buna bariz nümunə Səudiyyə Ərəbistanı ilə Rusiyadır. Azərbaycan rəsmi və qeyri-rəsmi vasitələrdən istifadə edərək lobbiçilik fəaliyyəti göstərən yeganə ölkə deyil. Vaşinqtonda və Avropa ölkələrinin paytaxtlarında uzun illlərdir bu vasitələrdən istifadə edilir. ABŞ-ın “Xarici agentliklərin qeydiyyat Aktı” (FARA) və “Lobbiçilik fəaliyyəti ilə bağlı məlumatın açılması Aktı”nın (LDA) saytlarına nəzər yetirdikdə Vaşinqtonun bu siyasətinə xarici ölkələrdən il ərzində milyardlarla dollar vəsaitinin cəlb olunduğunu görürük. Bundan əvvəlki araşdırmalarımda qeyd etmişdim ki, Ukrayna hökuməti və ukraynalı oliqarxlar son 30 ildə Vaşinqtonda nüfuzlarını məhz bu yolla artırıblar. Pol Manafort məsələsi isə göstərir ki, ABŞ-da fəaliyyət göstərən konsultasiya şirkətlərinin vəsaitlərinin bəzi hissəsi ümumiyyətlə bəyan edilmir və Karib hövzəsindəki ofşorlara göndərilir. Sadəcə, Manafortun bəxti gətirməyib və o, həbs edilib. Xatırladaq ki, o, 10 il Ukraynanın Rusiyapərəst Regionlar Partiyasına işlədikdən sonra Donald Trampın seçkiqabağı təşviqat işlərinə başçılıq etmək istəyirdi. Amma bu sahədə çalışan digər şəxslərin bəxti gətirib və onlar gəlirlərini gizlədə biliblər. Barseqyan azərbaycanlı lobbiçilərin bəzi zərərsiz addımlarını da qeyd edir. Məsələn, tikililərin bərpası üçün vəsaitin ayrılması, beynəlxalq konfransların keçirilməsi və yeni təhlil mərkəzlərinin yaradılması. Yeri gəlmişkən, ABŞ və Avropada ayrı-ayrı ölkələrin hökumətləri də belə fəaliyyət göstərir. Vaşinqtonda FARA və LDA-nın qeydiyyatından yan keçməyin yollarından biri məhz araşdırmalar mərkəzinə birbaşa ianələrin bağışlanmasıdır. Məsələn, Qazaxıstan hökuməti məşhur Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinə ianə verib. Ukraynalı oliqarxlar da Vaşinqtonda fəaliyyət göstərən ən azı 3 araşdırmalar mərkəzinə ianə köçürüb: “Brookings Institution”, “Peterson Institute for International Economics” və “Atlantic Council”. Bir sözlə, Azərbaycanın lobbiçilik fəaliyyəti digər ölkələrin ABŞ və Avropadakı fəaliyyətilə müqayisədə heç də pis deyil. Bakı bununla Qərb dövlətlərindəki müxtəlif ermənipərəst hökumətlərin fəaliyyətinə və balanslaşdırılmamış məlumatlara sinə gərməyə çalışır. İstənilən halda, Azərbaycan təxminən 30 il ATƏT-in Minsk qrupu çərçivəsində istər Qərb dövlətləri, istərsə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməsini gözləyib. Amma onlar Avrasiyadakı münaqişələrə “dondurmaq və unutdurmaq” strategiyası ilə yanaşıblar. Parislə Vaşinqton artıq uzun illərdir ki, Cənubi Qafqaza ümumiyyətlə diqqət yetirmir. Bu isə yaranmış boşluğu Moskvanın doldurmasına imkan verib. Qaraba münaqişənin həll edilməməsinin digər səbəbi Minsk qrupu həmsədrləri – Fransa, ABŞ və Rusiyanın ermənipərəstliyi idi. Maraqlıdır ki, Paris həm Ukraynanın ərazi bütövlüyünü, həm də Cənubi Qafqazda separatçılığı dəstəkləyir. Bundan başqa, bütün ötən illər ərzində Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanla həmsərhəd olan Türkiyənin sülh danışıqlarına qoşulmasına mane olublar. Onu daqeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyandan fərqli olaraq, Azərbaycan prezidenti İlham Əliyev “Madrid prinsipləri”ni dəstəkləyirdi. Maraqlıdır ki, sonda məhz bu prinsiplər, lakin hərbi yolla həyata keçirildi. Maraq doğuran ikinci məsələ Cənubi Qafqazda Rusiya və İranla rəqabət aparan Türkiyənin bu gün regionda vacib geosiyasi oyunçuya çevrilməsidir. 44 günlük müharibədən sonra Azərbaycan-Türkiyə və Ermənistan-Rusiya əlaqələri daha da güclənib. Bundan başqa, artıq Ankara ilə Kiyev arasında da hərbi əməkdaşlıq genişlənir. Bir sözlə, Azərbaycanın hərbi uğuru Gürcüstan və Ukraynadakı “dondurulmuş münaqişələr” baxımından da mühüm nəticələr verə bilər. Artıq ATƏT-in Minsk qrupu kimi, Ukraynanın şərqindəki Donbas regionu ilə bağlı yaradılmış “Normand qrupu” da nüfuzdan düşüb. Odur ki, ABŞ-ın yeni prezidenti Co Baydeni gözləməli, onun fəaliyyətini izləməliyik. O, beynəlxalq təşkilatların fəallığına təsir göstərəcəkmi? Ermənistan və Azərbaycana qarşı daha balanslaşdırılmış siyasət quracaqmı? Yaxud Vaşinqtonun Avrasiya ilə bağlı daha fəal siyasət yürüdəcəkmi? (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar