Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Ərgün Dilər
“Takvim”, Türkiyə, 23 dekabr 2020-ci il
Həyat elə sürətlə axır ki, bəzən yetişmək çətin olur. Qlobal oyunçular bəllidir. İki böyük, əsas mərkəz vardır. Bunlar Vaşinqton və Londondur. Onlar bir və bütöv deyillər, aralarında ciddi ayrılıq vardır. Bu ayrılıq hər yerdə, hər paytaxtda görünməkdədir. Çox detala girmədən gedək. Və Türkiyəyə duyulan ehtiyacı anlayaq.
Tarix 2015-ci ili göstərərkən, şahzadə Çarlz Türkiyəyə gəldi. Çanaqqalaya keçdi. Çanaqqala quru savaşlarının 100 illiyilə bağlı mərasimlər vardı. Kiçik oğlu da onunla birlikdə idi. Şahzadə Çarlz, dənizçi geyimilə mərasimlərdə hazır vəziyyət aldı. Saatlarla davam edən mərasim televiziyalarda gün boyunca yer almışdı. Saatlarla fasiləsiz yayın gedirdi. Mənə ən çox qəribə gələn yayınların bu qədər uzun müddət davam etməsi idi.
Proqramın aktyorlarından biri Birləşmiş Krallığın Qaller şahzadəsi Çarlz olduğu halda, digəri, şübhəsiz, Ərdoğan idi. Mərasimdə İlham Əliyevlə birlikdə Qurbanqulu Berdiməhəmmədov da iştirak edirdi. Qaller şahzadəsi Çarlz, Ərdoğanla Əliyevin arasında durmuşdu. Dünyaya bu fotoşəkil servis edildi. Bu, heç yadımdan çıxmadı.
Əslində yayılan bu fotoşəkil dünyanın mərkəzini təmsil edirdi. Türkiyə-Azərbaycan-Xəzər-Türkmənistan xətti hazırda barəsində söhbət gedən “İpək yolu” üçün vazkeçilməzdir. Çanaqqalada Birləşmiş Krallıq sanki yoluna Türkiyə ilə, türklərlə davam edəcəyini elan edirdi.
Doğrusu, Boris Conson “Mənim də AB-dən çıxmağı istəməyimin səbəblərindən biri Birləşmiş Krallığın, xarici siyasətimizin üfüqlərini genişləndirməsini və Türkiyə daxil olmaqla, bütün dünyadakı dostlarımızla əlaqələrini gücləndirməsini istəməyimdir. Bu, bizim ”Qlobal Britaniya” dediyimiz şeyin əsasını təşkil etməkdədir. Daha çox fəal və əlaqə içində olacağıq. Türkiyə Birləşmiş Krallığın vazkeçilməz ortağı olmağa davam edəcək. Qarşı-qarşıya olduğumuz ən ciddi problemlərin ön sıralarında siz varsınız…” deyirdi. Yəni, İngiltərə ilə Türkiyə arasındakı strateji əlaqəni elan edirdi.
Öncəsinə və sonrasına baxılarsa, İngiltərənin bir çox məsələdə Türkiyə ilə eyni tezlikdə olduğu görünər. İngiltərə ABŞ-ın qarşısında idi. Məsələn, ABŞ Gülənə sahib çıxır, “Müsəlman qardaşları”na “terrorçu” deyirdi. İngiltərə isə Gülənə qapılarını qapadır, “İhvan”a, yəni “Müsəlman qardaşları”na isti baxırdı. Əl-Qaidədən tutmuş İŞİD-ə qədər bu fərqli yanaşma mövcud idi. Regional məsələlərlə bağlı da dəyişən bir şey yox idi.
NATO və ya ABŞ-Almaniya ikiliyi problem çıxaran zaman yardıma tələsən London olurdu.
“Müsəlman qardaşları” üzərindən baxılan zaman belə, ərəb dünyasının iki mərkəz arasında bölündüyü görünürdü. “Müsəlman qardaşları”na isti baxanlar İngiltərənin, soyuq baxanlar ABŞ-ın payına düşürdü. Məsələn, Səudiyyə Ərəbistanı Vaşinqtonun, Qətər isə Londonun tərəfində idi.
15 iyuldan sonra ilk yardıma tələsən də İngiltərə oldu.
Doğrusu, Londonla Vaşinqton arasında gedən mübarizəni “İpək yolu”nda da görürük. Ərdoğan-şahzadə Çarlz-Əliyev üçlüyü, yəni, Türkiyə-İngiltərə-Azərbaycan üçlüyü Ermənistana qarşı fövqəladə bir həmlə etdi. Ankara Naxçıvan üzərindən Asiya-Sakit okean regionuna qədər uzandı… Türklərin daşıyıcı ünsür olduğu “İpək yolu” bu şəkildə şahlanır və yeni güc balansının formalaşmasına böyük töhfə verir. Daxildə bu balansa yalnız MHP dəstək verir, onu mənimsəyir. Müxalifətin hamısı bu balansa qarşıdır. Münaqişə və səs-küy bu nöqtədə çıxır.
İngiltərənin bütün ağlı ilə dəstəklədiyi Çin əmin addımlarla irəliləyirdi. Ötən il Si Cinpin Avropa turuna çıxdı. Buna reaksiya Berlindən gəldi. Almaniya xarici işlər naziri Maas “Bəzi ölkələr Çinlə ağıllıca iş görə biləcəklərini düşünürlərsə, bir səhər oyandıqları zaman özlərini Çindən asılı vəziyyətdə görə bilərlər…” dedi.
11 dekabrdakı AB sammiti öncəsi “Türkiyəyə sanksiya kartından istifadə etməliyik” deyərək kampaniya aparan Maas, dünən yenə səhnəyə çıxdı. Lakin geri addım atdı. “Türkiyəyə yönəlik silah embarqosu tələbini strateji baxımdan düz hesab etmirəm” deyərək hər kəsi təəccübləndirdi. Bundan öncə də Merkellə Ərdoğan arasında telefon danışığı olmuşdu.
Bu detalları ona görə yazıram ki, dünyanın alacağı şəkil Türkiyə ilə çox sıx bağlıdır. Yeni pulun da, ticarətin də, ittifaqın da, güc balansının da mərkəzində Türkiyə vardır. Bunların hamısının mərkəzində Türkiyə olduğuna görə, İngiltərənin oyun qurması, qura bilməsi üçün London türk kartına, müsəlman kartına ehtiyac duymaqdadır. Həm də sonsuz ehtiyac…
ABŞ-AB vektoru da Türkiyə olmadan Avrasiyada, Orta Şərqdə, hətta Afrikada ola bilməyəcəyini bilməkdədir. Yəni, qovşaq Türkiyədir.
Bütün bu şərtlər Türkiyəni vazkeçilməz edir. Ankara Londonla yürüməkdən, Pekinə yanaşmaqdan vaz keçmiş deyil.
“Oslo sızıntısı” ilə başlayan, 17-25 dekabr hadisələrilə davam edən proses, yəni, yaxınlaşma davam etməkdədir. Məhz bu səbəblə, Vaşinqtonla Berlin müxtəlif yollarla Ankaranı razı salmaq üçün çabalamaqdadır. Unutmamaq lazımdır ki, Vaşinqtonun bir qolu da Londonun içindədir.
Ankaranın mövqeyi matçın taleyini dəyişdirəcəyi üçün, ötən gün də yazdığım kimi, iki oyunçuya – Osman Kavala və Səlahəddin Dəmirtaşa baxacağıq.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM), dünən 2 səsə qarşı 15 səslə Dəmirtaşla bağlı ağır hüquq pozuntularının olduğuna hökm etdi. AİHM “Dərhal sərbəst buraxılmalıdır” çağırışı etdi.
Türkiyə sahənin tam mərkəzində olan oyunqurucu kimidir. Bir yandan ABŞ-la AB çəkişdirir, digər yandan London “Sənsiz olmaz” deyir…
Şahzadə Endryunun “Epşteyn dosyesi”lə küncə sıxışdırılması da, Londonun çətin vəziyyətə düşməsi də, şahzadə Çarlzın İsraildə Mayk Pensə əlini uzatmaması da, Putinə gülümsəməsi də, Pensin Ankaraya gəldiyi zaman soyuq davranması da, Pompeonun İstanbula gələrək heç kimlə görüşməməsi də, elə sanksiya kartı da eyni hesabın detallarıdır.
İngiltərə və Çinlə yürümə meyli göstərdiyi üçün Türkiyəyə təzyiq etmək istəyirlər. Ankara əks reaksiya verincə də vaz keçirlər. Mövcud durumda baş verənlər bunlardır. Ancaq bəllidir ki, son sözlər hələ deyilməyib. İzləyək, baxaq.
Qeyd: HDP üzərindən təhlil aparılsa belə, iki güc mərkəzinin, yəni, ABŞ-la İngiltərənin regiona çox fərqli baxdığı görünür. Münaqişə kürdlərin yaşadığı bölgələrdədir…
Tərcümə Strateq.az-ındır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar