Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ayrı-ayrı təxribat cəhdləri bir neçə ay davam edə bilər. Lakin onlar yatırılacaq. Adətən, münaqişənin hərbi mərhələsi bitdikdən sonra qayda yaratmaqla xüsusi strukturlar və təhlükəsizlik qüvvələri məşğul olur”.
Bu barədə müdafiə və təhlükəsizlik sahəsində tanınmış ukraynalı mütəxəssis Oleq Starikov Media.Az-a erməni silahlılarının Xocavənd rayonuna 27 dekabrdakı hücumunu şərh edərkən deyib.
Xatırladaq ki, orada azərbaycanlı hərbçi Elmir Qənbərov şəhid olub, altı erməni təxribatçı məhv edilib.
Mütəxəssisin sözlərinə görə, indi münaqişə sonrası nizamlama mərhələsidir, bu, bir həftəyə, bir aya və ya bir günə həll edilmir:
“Nəzərə alınmalıdır ki, çox güman ki, Ermənistan silahlı birləşmələrinin bütün nümayəndələri bu ərazini tərk etməyiblər. İndi buna qarşı mübarizə aparmaq, sərt əks-kəşfiyyat tədbirləri təşkil etmək lazımdır. Əlbətdə, qayıdanları müəyyənləşdirmək lazımdır”.
O, ermənilərin kompakt şəkildə Dağlıq Qarabağ ərazisinin bir hissəsində yaşaması ilə bağlı da danışıb:
“Azərbaycanın mərkəzi orqanları siyasi və humanitar məsələləri həll etməyə hazır olduqlarını göstərməlidirlər. Əlbəttə ki, əsas məsələ regional iqtisadiyyatın bərpasıdır. Bu, yerli əhalinin gündəlik qazanc əldə etməsinə imkan verəcək. Onda təxribat hücumları dayanacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar