Xəbər lenti
“Şübhəsiz ki, Qarabağı Azərbaycanın özü  inkişaf etdirməlidir. Rusiya hazırda yalnız sülhməramlı missiya çərçivəsində müharibənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur”.

Virtualaz.org bildirir ki, bunu “Vestnik Qafqaza” nəşrinə məşhur rusiyalı iqtisadçı, "İzborsk klubu"nun daimi üzvü Mixail Xazin deyib.

Xazinin fikrincə, "regiona qayğı, şübhəsiz, Azərbaycan hakimiyyətinin çiynindədir. Əmin olmaq olar ki, Rusiya Qarabağda yerli özünüidarəetmə ilə dəqiq məşğul olmayacaq".

Mixail Xazin
"Rusiya orada yalnız iki funksiyanı yerinə yetirir: yenidən müharibə olmamasına nəzarət... və keçmiş cəbhə bölgəsini yaşayış bölgəsinə çevirmək (yəni hər şeydən əvvəl minalardan təmizlənmə və təhlükəsizliyin təmin edilməsi). Ərazilərin inkişafı - infrastrukturun inşası və digər humanitar aspektlər isə, əlbəttə, onların aid olduqları ölkələrin işidir", - deyə iqtisadçı bildirib.

Öz növbəsində, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Artyom Pılin deyir ki, “Rusiyanın marağı nəqliyyat komponentinin inkişafında, Rusiyanı Ermənistanla Azərbaycan üzərindən birləşdirəcək marşrutların tikintisindədir. İndi belə layihələr artıq işlənir, söhbət, xüsusən Rusiya ilə Ermənistanı birləşdirmək üçün Azərbaycan ərazisindən dəmir yolunun işə salınmasından gedir".

“Əmin olmaq olar ki, Azərbaycan hazırda Rusiya tərəfindən aldığı humanitar yardım da daxil olmaqla, Qarabağın inkişafı ilə məşğul olacaq. Belə yardımın davamlılığına gəlincə, bu, müharibənin nəticələrinin nə qədər tez aradan qaldırılmasından asılı olacaq: torpaqları minalardan təmizləmək, əsas infrastrukturu və yaşayış binalarını təmir etmək...", - deyə Pılin vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 687          Tarix: 14-01-2021, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma