Xəbər lenti
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Ermənistanın keçmiş Müdafiə naziri David Tonoyan il yarım əvvəl işlətdiyi məşhur "Yeni müharibə - yeni ərazilər" ifadəsi ilə bağlı üzləşdiyi ittihamlara cavab verib.
Xatırladaq ki, erməni müxalifətinin liderləri, habelə Rusiyanın Xaric İşlər naziri Sergey Lavrov bu ifadəyə diqqət çəkərək onu "müharibəyə aparan lazımsız ritorika" adlandırıblar.
Tonoyan bu bəyanatı ABŞ-dakı erməni icması ilə görüşdə səsləndirmişdi. Bəzi müşahidəçilərə görə müdafiə nazirinin bu yersiz ifadəsi 44 günlük müharibəni tətikləyən amillərdən biri olub. Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələməsi Bakının səbr kasasını daşırıb, habelə Ermənistanın təcavüzkar mahiyyətini ifşa etmək üçün rəqibin əlinə güclü fürsət verib.
D.Tonoyan "Mediamax" agentliyinə müsahibəsində ittihamları qəbul etmədiyini deyib. Bildirib ki, bu açıqlamanı Azərbaycan rəhbərliyinin “gündəlik aqressiv ritorikasına, təhdidlərinə” cavab olaraq səsləndirib. "Azərbaycanda və Ermənistandakı bəzi siyasi dairələr necə iddia etsələr də, bu açıqlama müharibənin yenidən başlamasının əsl səbəbi ola bilməzdi. Ona qalsa, Azərbaycan liderləri davamlı olaraq hərbi yoldan danışırdılar".
Tonoyan Bakıdan tez-tez verilən "İrəvan qədim Azərbaycan torpağıdır" bəyanatlarına da diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, Azərbaycan münaqişənin siyasi həllindən imtina edib: "Danışıqlar prosesinin pozulmasının təşəbbüskarı İlham Əliyev olub, ona yardım göstərən də Türkiyədir. Bunu açıq şəkildə bildirmək lazımdır".
Sabiq nazir bildirib ki, 1994-cü ildən sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mühəndis istehkamları və müdafiə xətlərinin qurulması, ordunun müasir silahlarla təchiz olunması və s. tədbirlər müharibədə uzun müddət tab gtirmək üçün yetərli deyildi. Onun sözlərinə görə, Qarabağın təhlükəsizliyini və iqtisadi inkişafını təmin etmək üçün əsas vəzifələri həll etmək lazım idi. Tonoyanın fikrincə, danışıqların dayandırılması hazırki konfiqurasiyada və geosiyasi vəziyyətdə gec-tez müharibəyə səbəb olmalı idi. "Bu səbəbdən Ermənistan mövcud sosial və demoqrafik imkanlarını nəzərə alaraq, xarici siyasətini münaqişənin sərfəli həlli istiqamətinə uyğun qurmuşdu", - keçmiş nazir qeyd edib.
Müharibə dövründəki üzləşdikləri ən böyük çətinliklərdən danışan Tonoyan, Müdafiə Nazirliyi və Baş Qərargahla ordu korpusları arasında əlaqə zamanı yaranan əngəlləri heç vaxt düzəldə bilmədiklərini söyləyib.
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar