Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Cəmşid Dərələyəzli
Tarixən xalqların var olduqları müddətlərdə, sahib olduqları dövlətlərın başına çox kişilər keçib. Tarixdə tək-tək şəxsiyyətlər, sərkərdələr istisna olmaqla, əksəriyyəti sonrakı nəsillərə buraxılacaq elə bir iz qoymadıqları üçün, tarixdə yer almamış, az bir hissəsi isə tarixə yalnızca fərsizliyi, manqurtluğu və kötü alışqanlıqlarından dolayı bir cümlə ilə düşmüşlər. Bir qismi isə tarixdə millətinin və qonşu xalqların başına gətirmiş olduqları zülüm, qan və fəlakətlərlə yadda qalmışlar.
Azərbaycan - bir çox yüzillər istilalara məruz qalmış, parçalanmış, milləti pərən-pərən düşmüş, qardaş-qardaşa əli uzanacaq qədər yaxın olub, lakin yüzillərlə bir-birilərinə həsrət qalan ölkə. Qədim tarixləri yazmaq tarixçilərimizin işidir. Son iki yüz ildə olanlar isə, sanki hər birimizin gözləri önündədir. Hey qopardılar, hey parçaladılar, millət olaraq da, torpaq olaraq da, bizi candan vurub, candan ayırdılar.
Nəhayət, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə 1991-ci il oktyabrın 18-də elan edərək 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi oldu. Nə yazıq ki, “həm əldən və həm də yardan doymayan” Rusiya keçmiş Qarabağ konfilikti ilə, bizə bu sevinci yaşamağa son 33 ildə həm əngəl oldu, həm də sinəmizə olmazın dağlarını çəkdi. Hələ də, öz oyunlarındadır.
Sonda uzun bir fasilədən sonra, 27 sentyabr 2020-ci il tarixdə, bu “konfliktdən” dolayı dünyanın haqq işimizə olan laqeyidliyindən və erməni həyasızlığından cana doymuş Azərbaycan qardaş ölkələrin, xüsusən də Türküyənin mənəvi dəstəyi, Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu Ermənistan qoşunlarını Qarabağdan çıxarıb, işğalda olan ərazilərimizi geri qaytarmaq üçün hərəkətə keçdi. Cəmi 44 gün. 44 günə Azərbaycanın Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin sahədə və masadakı qətiyyəti, əzmi və başarısı sayəsində Şanlı Azərbaycan Ordusu Qarabağda zəfər salnaməsini yazmiş oldu. Bununla da Ali Baş Komandan Azərbaycanın igid oğulları ilə sonda işğalda olan ərazilərimizi geri qaytarmaqla, şəhidlərimizin qisasını alıb, millətini böyük bir utancdan qurtarmış oldu.
Bəli, itkilərimiz də çox oldu. Neçə-neçə oğullarımız vətən naminə şəadət şərbətini içib, şəhidlik zirvəsinə ucaldılar. Onlar öz şəhidlikləri ilə bu gün 106-cı il dönümünü qeyd etdiyimiz Türkün Çanaqqala zəfərini təkirarlamış oldular. Bu baxımdan da Azərbaycan xalqı, bütün Türk milləti bütün şəhidlərimizin qarşısında baş əyir və əbədiyyən onların ruhunu etiramla başlarının üzərində daşıyacaqlarına söz verirlər. Allahdan şəhidlərimizə rəhmət diləyir, ruhları şad olsun deyirik!
Onu da unutmayaq ki, “torpaq uğurunda ölən varsa, o vətəndir”. Məhz ona görə də bu yolda ölənlər, əbədiyyən yaşarlar!
Təbii ki, tarixən bütün zəfərlərin açarı, ordunu irəli aparan sərkərdələrin, baş komandanların əlində olub. Bu baxımdan Azərbaycanın Dövlət Başçısına, Ali Baş Komandan, cənab İlham Əliyevə alqış deyirik. Hakimiyyətdə olduğu müddətdə bu yöndə yürütmüş olduğu siyasət və əzmkarlıq sonda öz bəhrəsini vermiş oldu. 44 günlük müharibə ərzində Azərbaycan xalqı onun malik olduğu bir çox keyfiyyətlərə məhz Vətən Müharibəsində şahid oldu. Ən çox da ilk olaraq Cəbrayılın işğaldan azad olunması ilə bağlı 4 oktyabrda xalqa etdiyi müraciətində. Nələr deyilmədi o çıxışda. İllərdir milli düşüncə sahiblərini düşündrən sualların hər biri çılpaqlığı ilə ortaya töküldü. Hətta Ermənistan Baş Nazirin Şuşanın Cıdır düzündə yallı oynamsını, hədyanlıq etməsini necə acıqla dilə gətirdiyinin də şahidi olduq. Rəsmi vəzifəsi imkan vermədiyi üçün son 17 ildə susan ölkə başçısı nə qədər ağır olsa da ürəyində gəzdirdiyi bu ağır yükü, sonunda məhz 4 oktyabrda püskürmüş oldu. Məhz bütün xalq, o gün o çıxışa kilidləndi. Artıq o gün, 7-dən 70-ə və hətta bu illər ərzində ona haq verməyənlər belə, onunla razılaşdılar ki, doğurdan da O da onların hər biri kimi erməni məsələsinə nə qədər həssaslıqla, çılğınlıqla, qeyrətlə yanaşırmış. Deyərdim ki, o, həmin günkü çıxışı ilə millətin bir nömrəli vətənpərvəri simvoluna çevrilmiş oldu. Hətta deyərdim ki, həmin gün O, rəsmi mövqeyini unudaraq vətən sevdalılarından biri və birincisi oldu.
Müharibə dövründə 44 gün yatmadan, dincəlmədən sahədə orduya rəhbərlik etməklə paralel, həm də masada oldu. Bütün dünyanın aparıcı KİV-lərinə vermiş olduğu müsahibələrdə dünyanı qarşısına belə almış oldu. Heç nədən çəkinmədən, qorxmadan, cəsarətlə illərdir Azərbaycana etdikləri haqsızlıqları üzlərinə söylədi. Əslində bu cəbhədə ölümü gözə alan, şəhadət şərbətini hər an içməyə hazır olan bir əsgər qədər döyüş ruhunun onun qəlbinə hakim kəsilməsindən qaynaqlanırdı. 10 noyabrda atəşkəs elan olunduqdan dərhal sonra, demək olar ki, müharibə hələ tam bitmədən, ərazilər minadan təmizlənmədən və erməni terroristləri bölgədən tam çıxarılmadan işğaldan azad olunmuş ərazilərə dalbadal səfərlər etməsi, dünyaya məhz oradan mesajlar verməsi, erməni vəhşiliyini birbaşa özü tərəfindən dünyaya çatdırılması, onun artıq daha böyük keyfiyyətlərini, ən əsası da torpağına və millətinə nə qədər bağlı olduğunu və hətta bu yolda canını belə, əsirgəmədiyini gözlər önünə sərmiş oldu. Biz millət olaraq, bütün bunları dəyərləndirməyə bilmərik.
Bəli, deyərdim ki, bütün bu əməlləri Onu qəhrəmanlıq zirvəsinə ucaltmış oldu. Bu baxımdan da millətimin bir fərdi olaraq, Ali Baş Komandana Milli Qəhrəman adının verilməsi təşəbbüsündə bulunur və bu barədə başda Milli Məclis olmaqla, aidiyyatı qurumlara müraciət ünvanlayıram. Cənab Ali Baş Komandan bütün kriteriyalarla buna layiqdir.
Son vətən müharibsəindən əvvəl də yazılarımda həmişə demişdim, Qarabağın azadlıq dastanını İlham Əliyev yazacaq. Şadam ki, mən bir vətəndaş olaraq bunun şahidi oldum.
Qaldı bu cəsarətin, bu fədəkarlığın qarşılığında xalqın Sizə verəcəyi qiymətə, siz hər şeyin alisinə layiqsiniz, cənab Prezident! Azərbaycan xalqı onun da fərqindədir ki, son iki yüz ildə Sizdən öncəkilərin heç biri, itirilmiş vətən torpaqlarının bir qarışını belə geri almamışdır. Bu baxımdan Siz artıq Ali Baş Komandan olaraq həm səngərdə, həm də diplomatiyada Milli Qəhramansınız!
Siz ölkəmizin ən ali ordenunə layiqsiniz. Lakin, bizlər onun da fərqindəyik ki, siz bütün etdiklərinizi bunun üçün etməmisiniz.
Sizin ən böyük mükafatınız Şuşanın azad olunması ilə ULU Öndərə vermiş olduğunuz sözü tutmanız və məzarı önünə gedib bu xəbəri bir oğul olaraq ona anladıb, ruhunu şad etməniz, Qarabağın xilası ilə Azərbaycan xalqının qəlbində dikdiyiniz yenilməz heykəliniz və onun ən yeni tarixinə adınızın qızıl həriflərlə yazmanız oldu. O tarix ki, Azərbaycan xalqı var olduqca, Siz də onlarla əbədiyyən yaşayacaqsınız.
Bəli, sayənizdə indi Qarabağ Azərbaycandır! Azərbaycan da öz övladına onun layiq olduğunu verməlidir.
Yaşasın Azərbaycan, yaşasın Azərbaycanın Milli Qəhrəmanı, Ali Baş Komandan cənab İlham Əliyev!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar