Xəbər lenti
 
 
Belə  bir stereotip var  ki, məhşur, nüfuzlu, tanınmış bir şəxs haqqında nəsə bir layiq olduğu xoş söz yazanda, həmən biriləri, hətta deyərdim bir çoxu bu reallıq arxasında hansısa şəxsi maraqlar axtarmağa başlayır! O da ola, həmin şəxs geniş imkanlı və nüfuz sahibi, ziyalı, alım bir insan   olsun! Təəssüf ki, bu və bənzər mental əksikliklər bizim gundəmi zəbt edən sıradan, rastgələ bir reallıq olsa da, 70 illik yubileyi dövrundə İLHAM RƏHİMOV şəxsiyəti haqda bəzi fikirlərimi qısa da olsa  paylaşmaq istədim.
 
İlham Rəhimovu yaxından tanıyan bir dostumla onun haqqında kifayət qədər söhbətimiz olub. Onun mərdliyi, vətən sevdalısı, görunən ciddiyəti arxasında həssas mərhəməti, səxavəti və ən vacibi, kübar ərkanı haqda çox  məlumatlıyam. Lakin bütün bu xarakterik özəlliklər üzərində detallı dayanmağı etik saymadığım üçün fikirlərimi qısa ifadə etməyə çalışacağam. Həm də ona görə ki, əcdadlarımız demiş "dəryaya atılan balıq mərhəmət nədi bilməsə də XALİQ kimin kim olduğunu zatən bilir!"
 
Qısası, Professorun son musahibəsini oxuduqdan sonra bir həssas məsələyə munasibət bildirmək istədim .
 
Əvvəla, bu səmimi müsahibə mənə həmyerli kimi həm bir qürur hissi yaşatdı, həm də  çılpaq səmimiyətiylə heyrətləndirdi. Nəzərə alsaq ki, 1805-ci ildən uzu bəri, yani Kurəkcay muqaviləsi səbəbi, rus dövlət kimliyi ilə qaçılmaz birgə yaşayışa qədəm qoyduğumuz gundən, artıq mustəqil də olsaq bu gunədək həmyerlilərimizdən kimsə bu böyuk hegemon dövlətin başındakı zatı-aliləri ilə bu qədər səmimi dostluq munasibətində olmamışdı. Məmləkətimizin geopolitik reallığını və məlun qonşularımızla olan muşkul munasibətlərimiz fonunda Rusiya dövlətinin ara buluculuq inisativini təsadüf hesab edəcək qədər sadəlövh olmadığım üçün Putin kimi muasir dünyada söz sahibi olan  bir siyasi xadimlə İLHAM RƏHİMOV şəxsiyətinin səmimi dostluğu məni bir azərbaycanlı kimi çox məmnun edir. Daha doğrusu,  gözdən-nəzərdən uzaq olsun deyib, İLHAM RƏHİMOV şəxsiyətini həm də Rusiyadaki en böyuk erməni diasporuna bir GÖZ DAĞI kimi də görurəm. Və Professorun son musahibəsində bu səmimi dostluq munasibəti, eləcə də regional siyasi baxışdakı Rusiya roluna edilən eyhamın sətiraltı mənasını anlamaqda da zorluq cəkmirəm. Sadəcə bir xüsusatı xususi qeyd edim ki, həqiqətən bizlər Rusiya siyasətini bəyənməyə, tənqid edə bilərik, lakin bunu rus milləti adına şəxsiləşdirməməliyik .
 
Dovlətimiz tərəfindən 70 illik yubiley dönəmində İLHAM RƏHİMOV şəxsiyətinə verilən  dəyər çox xoşdu və hesab edirəm ki, daha böyük mükafatlara layiq olan,ləyaqətli həmyerlimizlə fəxr etməyə her birimizin  haqqı var. 
 
Müsahibənin digər detalları uzərində dayanmadan deyim ki, 70 yaş kifayət qədər əlamətdar bir yaşam tarixı olsa da, inanmıram ki, hər insan öz kamil kimliyinin hesabatını bunca təvəzökar üslub və həssas kübarlıqla ifadə edə bilsin.
 
Sonda mən də bir hüquqşünas kimi bu camiyədə Sizin kimi ziyalımızın muasiri olmaqdan duyduğum məmnuniyyət hissi ilə yanaşı , özümün və dostum İlham Çingiz oglunun adından SİZİ təbrik edirəm.
 
Var olun .
 
Vüqar Adıgözəlov
 
P.S. Məqalədəki Rusiya ilə bağlı bəzi fikirlər Ovqat.com saytının fikrini ifadə etmir. Bununla belə, İlham Rəhimovu yubileyi münasibətilə biz də təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.




Ana səhifəyə qayıt        Baxış: 5 547          Tarix: 19-03-2021, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma