Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
44 günlük II Qarabağ savaşında qələbəmizi rəsmiləşdirən 10 noyabr razılaşmasının 5 ayının tamam olmasına sayılı günlər qalır. Amma hələ də Ermənistan həmin anlaşmanın bəzi bəndlərini yerinə yetirmir.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış 10 noyabr sazişinin 6-cı bəndində deyilir: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”.
Bu, həm də Laçın şəhərinin tam olaraq Azərbaycanın nəzarətinə keçməsi üçün lazımdır. O zaman bir sual meydana çıxır: bəs alternativ dəhlizin inşası ilə bağlı hansısa müzakirə gedirmi? İnşa işləri nə vaxt başlayacaq?
Tofiq Zülfüqarov: “Azərbaycan bu dəhlizlə bağlı tələb qoymalıdır”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bununla bağlı “Yeni Müsavat”a açıqlamasında çox vacib məsələlərdən danışdı: “Konkret işlərlə bağlı məlumatım yoxdur. Amma hesab edirəm ki, Laçın dəhlizi deyilən istiqamət Azərbaycanın kontrolu altında olmalıdır. Birinci mərhələdə müştərək nəzarət olacaq. Amma ora Azərbaycan dövlətinin sərhədidir. Bu sərhəd də təbii ki, kontrolsuz ola bilməz. Rəsmi və qeyri-rəsmi səviyyədə hansısa təbliğat işləri aparılır. Hazırda bu məsələ aktualdır. Orada hər hansısa bir yol çəkiləcək ya yox, bu, ayrı məsələdir. Amma bir daha deyirəm ki, Laçın dəhlizi mütləq Azərbaycanın kontrolu altına keçməlidir”.
Əziz Əlibəyli: “Bu daha çox Zəngəzur dəhlizinin reallaşmasına bağlıdır”
Sabiq nazir Azərbaycanın bunun üçün nə etməlidir sualımıza belə cavab verdi: “Birincisi onu qeyd edək ki, beynəlxalq tələblərə görə, sülhməramlı qəbul edən ölkənin suverenliyi qalır. Amma indi bu məsələdə problem yaradan vəziyyət yaranıb. Burada ciddi olaraq, tələb qoymalıyıq ki, o sərhəddə müştərək nəzarət, Azərbaycanın orada dövlət qurumlarının nümayəndələri olmalıdır. Onlar qərar verib müəyyənləşdirməlidirlər ki, Azərbaycan ərazisinə kim müdaxilə edir, yaxud kim etmir”.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bu istiqamətdə işlərin getdiyini qeyd etdi: “Bu məsələ gündəmdədir. Azərbaycan Prezidentinin də bu barədə açıqlaması oldu, alternativ dəhlizlə bağlı. Həmin dəhlizi qısa zamanda həyata keçirmək istəyi ortadadır. İnşa işlərinin nə vaxt başlaya biləcəyi məsələsinə gəlincə, hesab edirəm ki, bu, daha çox Zəngəzur dəhlizinin reallaşmasına bağlıdır. Düşünürəm ki, Zəngəzur dəhlizi ətrafındakı müzakirələr tez zamanda bitməlidir. Bundan sonra bu işlərin həyata keçirilməsi üçün real addımlar atılmalıdır ki, paralel olaraq bu məsələ də öz həllini tapsın. Bu iki məsələnin həll edilməməsinin əsas səbəblərindən biri hazırda Qarabağda bizim nəzarətdən kənarda qalan, yəni rus sülhməramlılarının nəzarətində olan ərazilərdə baş verən separatçı hallar və bu cür siyasətdir. Onların hələ də orada qondarma hökumətləri, parlamentləri, hətta bəzi məlumata görə, ruslardan ibarət qruplaşmaları da var. Bu məsələlər həll edilmədiyi üçün inşa işləri ilə bağlı problemləri müzakirə etməli oluruq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar