Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
Ramazan SİRACOĞLU
ABŞ-ın 46-cı prezidenti ermənilərin 24 aprel yası münasibətilə çıxışında “Konstantinopol” və “genosid” sözlərini işlətməklə iki böyük səhvə yol verib. Birincisi, 1915-ci ilin aprelində Baydenin “Konstantinopol” adlandırdığı şəhər yox idi. Bayden unudur ki, 29 May 1453-cü ildən dünyanın siyasi xəritəsindən “Konstantinopol” sözü birdəfəlik silinib. Əvəzində əbədiyyən mövcud olacaq İstanbul adı yaranıb – (bu sözün “Konstantinin şəhəri” mənasından deyil, “islan bul” və ya “islam bol” sözlərindən yarandığı güman olunur).
İkincisi, I Dünya müharibəsi ərəfəsində Osmanlı imperatorluğunda yaşayan bütün ermənilərin ümumi sayı 1 milyon 229 min 9 nəfər ( 1.229.007 ) olub (Bax: NTV Tarih, 46. sayı. s. 41. ). Bayden isə iddia edir ki, Osmanlılar 1915-ci ildə 1 milyon 500 min ermənini qətlə yetiriblər. Bu necə mümkün ola bilər? Yəqin, Osmanlı dövləti Baydenin iddia etdiyi rəqəmə çatmaq üçün kəsirdə qalan 270 min 993 ermənini Amerikadan idxal eləyib. Digər tərəfdən, o qədər erməni qırılıbsa, Türkiyədə hal-hazırda on minlərlə yaşayan ermənilər haradan gəlmişlər?
Əgər, Baydenin sözləri həqiqət olsyadı, ermənilərin indi İstanbulda, Kayseridə, Malatyada, Hatayda, Diyarbakırda və Mardində nə kilsələri, nə 18 erməni məktəbi, nə də mərkəzləri fəaliyyət göstərərdi ( Bax: "Armenian Claims and Historical Facts: Questions and Answers" (PDF). Ankara: Turkish Ministry of Tourism, Center for Strategic Research. 2005. s. 44). ABŞ-ın özünün də qatıldığı I Dünya müharibəsində Osmanlı dövlətinin ərazisi qızğın döyüşlərin getdiyi geniş cəbhə bölgəsi idi. İstənilən dövlət cəbhə bölgəsindəki mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə onu müvəqqəti olaraq daha təhlükəsiz yerə köçürmə tədbirlərini həyata keçirir. Osmanlı dövləti də 1915-ci ildə “təhcir” adlanan köçürmə önləmləri gerçəkləşdirmişdir. Həmin əməliyyat nəticəsində müxtəlif səbəblərdən (infeksion xəstəliklərdən, aclıqdan, susuzluqdan, soyuqdan, bir sıra məhrumiyyətlərdən vs ) həyatlarını itirənlər olmuşdursa, bunu “genosid” adlandırmaq nə dərəcədə məntiqlidir? “Genosid”—müəyyən bir etnik qrupa mənsub insanların kütləvi şəkildə məqsədyönlü olaraq məhv edilməsidir. Əgər köçürülmə (təhcir-deportasiya) zamanı digər təbəələrlə yanaşı ermənilərin də həyatını itirməsi, cənab Baydenə görə, “genosid”dirsə, bəs onda Amerika qitəsinin kəşfindən sonra Amerikada yaşayan milyonlarla qırmızı dərililərin- hinduların amansızcasına öldürülməsi; 1945-ci ilin avqust ayının 6-sı və 9-da ABŞ-ın heç bir hərbi zərurət olmadan Xirosima və Naqasakiyə atdığı atom bombasından on minlərlə insanın qətlə yetirilməsi; ABŞ-ın 1965-1973-cü illərdə Vyetnama yağdırdığı 6 milyon 727 min 84 ton bomba nəticəsində 2 milyon 122 min 744 nəfərin həyatını itirməsi (Bax: http://www.103fieldbatteryraa.net/documents/74.html); 2001- 2014-cü illərdə ABŞ-ın iştirakı ilə Əfqanıstanda, 2003-cü ildə İraqda və başqa yerlərdə aparılan hərbi əməliyyatlarda saysız miqdarda insanın həlak olması nədir?
1915-ci ildə ölmüş ermənilər üçün yas tutub göz yaşları axıdan Co Bayden, nə əcəb, 31 mart 1918-ci ildə ermənilər tərəfindən Bakıda, Qubada, Kürdəmirdə, Göyçayda, Şuşada, Naxçıvanda 30 mindən çox qətl edilmiş Azərbaycan türkləri üçün bir kəlmə də olsun söz demir, xristian havadarlarının dəstəyi ilə ermənilərin törətdiyi Xocalı soyqırımını “unudur”? Mənbələrin verdiyi məlumatlara görə, I Dünya müharibəsində iştirak etməyən Qacariyyə ( İran ) dövlətində aclıq, xəstəlik və səfalət nəticəsində milyonlarla insan məhv olmuşdur, o zaman muharibə iştirakçısı olmuş heç bir tərəf Qacariyyə dövləti qədər canlı itki verməmişdir (Bax: https://parstoday.com/ru/radio/programs-i52348 ). Nədənsə, cənab Bayden insanlıq utancı olan bu faktı da görməzdən gəlmişdir.
Baydenin imicmeykerləri, spiçrayterləri ( ona məruzə yazanlar ) ona gərək bu faktları da söyləyəydilər. Çox nüfuzlu dövlətin başçısının beynəlxalq aləmdə bitərəf görünməsi xatirinə məsləhətçiləri Baydenə bu gərçəkləri xatırlatmağı “unutmuşlar”. Amerikada hinduların kütləvi şəkildə məhv edilməsi faktı haqqında danışmaq, açığı, xatırladılması xoş görülməyən mövzudur. Helen Hant Ceksonun ( Helen Hunt Jackson 1830 - 1885 ) qələminə məxsus “Şərəfsiz əsr” (“A Century of Dishonor” ) adlı kitabda hinduların acımasız şəkildə öz yaşayış yerlərindən məcburi qaydada əlverişsiz ərazilərdə yaradılmış xüsusi düşərgələrə (rezervasiyalara ) sürgün edilməsi, onlara divan tutulması, kütləvi məhv edilməsi barədə tükürpədici faktlar var (Bax: http://hnn.us/articles/7302.html ). ABŞ-ın yeni prezidenti öz çıxışında bu məlum faktlardan bəhs etmək yerinə Osmanlı dönəminə şam tutmağa cəhd göstərir. Öz gözündə tiri görməyənin, özgə gözündə qıl axtarması ancaq təəssüf doğurur.
Görünür, Türkyənin müstəqil siyasət yürütməsi, Yaxın və Orta Şərqdə nüfuz sahibi olması, “Patriot” yerinə C-400 raketləri, F-35 əvəzinə yüksəkmanevrli Su-35 reaktiv təyyarələri almaq istəyi NATO müttəfiqinin yuxusunu ərşə çəkmiş, onu cəzalandırmaq məqsədi ilə bu tarixi yanlış addımı atmışdır. Fikrimizcə, yaxın aylarda separatçı qüvvələrə yeni göstərişlər veriləcək, onları daha fəal olmağa səsləyəcəklər.
Baydenin 24 aprel 1915-ci ildə baş vermiş hadisəni “genosid” olaraq adlandırmasının heç bir hüquqi əsası olmasa da Türkiyə və Azərbaycan ərazilərində gözü olanların əlində dəstəvuza çevriləcəyi, onları cəsarətləndirəcəyi, türklərin nəzərində Amerikanın bitərəflik və demokratik imicinə güclü zədə yerirəcəyi şübhəsizdir. Bu gərgin məqamda Azərbaycan bütünlüklə qardaş Türkiyənin yanında mövqe tutmalı, ona qarşı olan bütün hücumlara mətanətlə bərabər sinə gərməli, rəsmi məqamlarda olanlarımız, qələm sahiblərimiz, aydınlarımız, bir sözlə, hamımız ər meydanında Türkiyə ilə çiyin-çiyinə dayanmalıyıq.
Zamanında dar ayaqda “Çək qılıncın, ağam Qazan, gəldim!” deyə hayqıran qalın Oğuz bəylərinin varisləri bu gün tarix qarşısında yeni sınaqdadırlar. Qan qardaşlarının bu qutsal dayanışmasında uca Tanrı yar və yardımçımız olsun.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar