
ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı qəbuledilməzdir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Bəyanatda Türkiyə XİN Trampa 1915-ci il hadisələri zamanı erməni silahlı dəstələri tərəfindən 500 mindən çox türk-müsəlmanın, həmçinin Osmanlı İmperiyasında yaşayan digər millətlərin nümayəndələrinin vəhşicəsinə qətlə yetirildiyini xatırladıb:
“Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün həmişə birgə komissiyanın yaradılması təklifi ilə çıxış edib. Türkiyə hər zaman 1915-ci il arxivlərinin açılmasının tərəfdarı olub”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə də “soyqırımı” sözünü işlətməyib. Bununla belə, D.Tramp ötən dəfə olduğu kimi, erməni dilində “böyük faciə” mənasını verən sözdən istifadə edib.
Paylaş: