Xəbər lenti


Pravda.ru, Rusiya
06.05.2021


Müəllif: Aleksandr Artamonov
Rusiyanın sülhməramlı kontingentinin Böyük Vətən müharibəsinin 76-cı ildönümü ərəfəsində parad keçirməyə hazırlaşdığı Dağlıq Qarabağda Üçüncü Reyxin əlaltısı olmuş şəxsin abidəsi hələ də sökülməyib. Söhbət nasistlərlə əməkdaşlıq etdiyi üçün 1944-cü ildə bolqar polisi tərəfindən həbs edilmiş Qaregin Njdedən gedir.

Njdenin abidəsi Rusiya bayrağının dalğalandığı zonada, Martuni (Xocavənd) şəhərində 44 günlük müharibədən sonra ucaldılıb. Lakin nədənsə öndə olan Rusiya siyasətçiləri bu faktdan qətiyyən narahat olmayıb. Qeyd edək ki, Njde Ermənistanda milli qəhrəman elan edilib! Onun Yerevanda da heykəli var. Lakin bu, suveren ölkənin öz işidir.

Ümumilikdə isə nə Rusiya, nə də Azərbaycan faşist işğalçılarına qarşı vuruşmuş ata-babalarımızın canından-qanından keçdiyi torpaqlarda nasizmin əbədiləşdirilməsi cəhdləri ilə barışa bilər. Bu, onların xatirəsinə təhqirdir. Bu, mənəviyyatdan kənar və yolverilməzdir!
Nasisti tanı!
Qaregin Njde “sexakronizm”in, yəni millətin şəxsiyyətdən üstünlüyünü təbliğ edən kvazimilli ideologiyanın banilərindən biridir. Vaxilə o, məhz bu ideyaya görə “Daşnaksutyun” sıralarından belə, xaric edilib.

İkinci Dünya müharibəsinin əvvəlində “Qırmızı ordu”nun əlindən İrana qaçmış Njde, oradan Bolqarıstana köçüb və nasist Almaniyası ilə əməkdaşlığa başlayıb. 1942-ci ildə o, Vermaxtın tərkibində almanlara əsir düşmüş erməni əsgərlərindən ibarət “Erməni legionu”nu yaradıb. Qaregin Njdenin rəhbərliyi ilə Üçüncü Reyxin nəzdində yaradılmış erməni hərbi birləşmələri SS əməkdaşlarının təlimlərindən keçərək, Krımın işğalı və Qafqaza hücum əməliyyatlarında fəal iştirak ediblər.

Njde 1944-cü ildə bolqar polisi tərəfindən həbs edilin. 1945-ci il oktyabrın 12-də o, SMERŞ-ə təhvil verilib. Həmin vaxt müstəsna cəza növü olan güllələnmə tətbiq olunmadığından, ona törətdiyi bütün cinayətlərə, o cümlədən vətəndaş müharibəsi zamanı Zəngəzurda 400 “Qırmızı ordu” əsgərinin qətlinə görə 25 il həbs cəzası kəsilib. Njde 1955-ci ildə həbsxanada ölüb.   

Qafqaz incə məsələdir
Belə bir adama abidə qoyulması təbii ki, biabırçılıqdır! Erməni icmasının və bir sıra erməni rəsmilərinin israrla onu qorumağa çalışması isə... Üstəlik, indi bu, 2020-ci il Moskva bəyannaməsinə əsasən Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində baş verir.

Bütün bunlar azmış kimi, məmurlar əks reaksiya doğura biləcək başqa yöndəmsiz addımlar da atır. Məsələn, Böyük Qələbə günü münasibətilə təntənəli tədbirin Xocalı şəhəri ərazisində keçirilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, 1992-ci ildə məhz bu şəhərdə azərbaycanlı əhaliyə qarşı dəhşətli qətliam törədilib. Nəticədə 600-ə yaxın insan – qadın, uşaq və qocalar başları kəsilərək, kütləvi halda güllələnərək və işgəncələrə məruz qoyularaq şəhid edilib. Başqa sözlə, Xocalıda dinc insanlara qarşı düşünülmüş terror aktı tətbiq edilib və onlar doğma yurdlarından qaçmağa məcbur olub. Sual olunur: insanların kütləvi qətliama məruz qaldığı yerdə parad keçirmək olarmı? Məsələn, Beslanda, Mələklər Şəhərində terrorçuların qətlə yetirdiyi uşaqların xatirəsini əbədiləşdirən memorialın ərazisində belə bir hadisəni necə təsəvvür edirsiniz?

Elə isə belə bir tədbiri Xocalıda, özü də Azərbaycan hakimiyyəti ilə məsləhətləşmədən keçirmək qərarını kim və nə üçün verib?! Üstəlik, istisna deyil ki, bu tədbirdə qondarma “DQR”in siyasi xadimləri də iştirak edəcək. İnanmaq istərdik ki, bu, şayiədən başqa bir şey deyil. Halbuki, elə şayiələrin də öz çəkisi var. Bu cür işlərə razılıq vermək Rusiyaya yaraşarmı? Bəlkə hərbi komandanlıq sadəcə məsələnin tarixini bilmir və Rusiyanın aidiyyatı qurumlarından məsləhət istəməyib?

Görünən odur ki, Qərbin hansısa xüsusi xidmət orqanı (Fransanın Yerevandakı fəallığı nəzərə alınarsa, bunun məhz onlar tərəfindən edildiyi istisna deyil) rus, Azərbaycan və erməni xalqları üçün böyük bayram olan Qələbə Gününün gözdən salınması üçün məkrli aksiyaya əl atıb. Sevinc dolu br hadisə əvəinə bizə qətlə yetirilmiş günahsız azərbaycanlıların uyuduğu torpaqda hərbçi yürüşü göstərmək istəyirlər. Üstəlik, bunu Azərbaycanın qanuni hakimiyyəti ilə razılaşdırmadan edirlər. Və bütün bunlar Rusiya bayrağı altında baş verəcək!  

Hesab edirəm ki, belə addımlar Rusiyanın təhlükəsizlik xidməti tərəfindən ətraflı araşdırılmalıdır. Əks halda bunu müqəddəs hisləri təhqir edən kobud təxribatdan başqa bir şey saymaq mümkün olmayacaq.

Hələlik isə biabırçı monumentin sökülməsindən başlamaq lazımdır.

Son söz əvəzi
Ölkəmizin Cənubi Qafqaz siyasətini öyrənərkən anlayırsan ki, artıq keçmişə dönmüş Sovet İttifaqından sonra Rusiya çox vaxt prinsipial qərarlar tələb edən məsələlərdə neytrallıq saxlamaqla, eyni faciəvi səhvlərə yol verir. Nəticədə o, simasın itirir ki, bu da yolverilməzdir! Böyük siyasətdə, xüsusilə Yaxın Şərqdə bu, ölümə bərabərdir.

Buna klassik misal olaraq 80-ci illərin sonlarında Moskvanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeni göstərmək olar. Müttəfiq respublikalardan birində baş qaldırmış separatizmə prinsipial reaksiya sərgiləməyən, özünü hakimi-mütləq sayaraq hadisələrə situativ təsir göstərməyə çalışan mərkəzi hakimiyyət sonda vəziyyətə nəzarəti əldən vermiş, nəticədə 30 il əvvəl separatçılıq Dağlıq Qarabağdan Ermənistana və Azərbaycana sıçramışdı. Qərb ekspertlərinin fikrincə, SSRİ-nin dağılmasında güclü detonator rolunu məhz millətçi mərkəzdənqaçma meylləri oynayıb.

Nəhayət, ötən ilin sonunda Rusiya effektiv sulhməramlılıq mexanizmi vasitəsilə özünün Cənubi Qafqaza strateji təsirini gücləndirmək üçün son 30 ildə ikinci şansını qazanıb. Söz yox ki, bölgəyə sülhməramlı kontingentin yerləşdirilməsini Moskvanın ciddi siyasi-diplomatik uğuru hesab etmək olar. Bu, Rusiyanın ölçülüb-biçilmiş mövqeyi və əlbəttə ki, prezident Vladimir Putinin şəxsi nüfuzu sayəsində mümkün olub. Bəli, qan tökülməsinin qarşısı məhz Putinin şəxsi vasitəçiliyi ilə alınıb.

Lakin, necə deyərlər, qələbə həm də təhlükəli məqamdır. Çünki qələbədən sonra rahatlaşaraq uğurun bəhrəsini görmək istəyirsən. Bunu heç bir halda etmək olmaz! Əldə etdiyini möhkəmləndirmək üçün sadəcə, nəticə ilə kifayətlənmək yox, beynəlxalq hüquqa əsaslanan gələcək məqsədlərini dəqiq müəyyənləşdirmək lazımdır. Yalnız bu halda bütün tərəflər qaydaları aydın başa düşəcək və qeyri-müəyyənlik şəraitində “bulanlıq oyun” oynamayacaq.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Pravda.ru




Ana səhifəyə qayıt        Baxış: 4 135          Tarix: 6-05-2021, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma