Xəbər lenti


Milliyet, Türkiyə
02.06.2021


Müəllif: Dr. Cavid Vəliyev (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi)
...Dördüncüsü, 44 günlük müharibədən sonra regionda yaranmış geosiyasi vəziyyətdən narahat olan xarici güclərin müdaxiləsi ilə bu məsələ daha da böyüməktədir.

Xüsusilə 44 günlük müharibəyə son qoymuş 10 noyabr bəyannaməsində Türkiyə və Rusiyanın iştirakından narahat olan Fransa təxribat xarakterli açıqlamalar verir. Fransa prezidenti Emmanuel Makron öz sərhədlərinə nəzarəti bərpa edən Azərbaycan Ordusunu Ermənistan ərazilərini işğal etməkdə günahlandırır. Lakin burada əsl məqsəd Ermənistanda keçiriləcək növbədənkənar seçkidən əvvəl radikal millətçi qrupların dəstəklənməsidir.

Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin 1915 hadisələri ilə bağlı açıqlamaları növbədənkənar seçki ərəfəsində Türkiyənin bölgədəki fəallığından narahat olanları bir qədər də həvəsləndirib.

Beləliklə, sərhəddəki son təxribatlar regional güclər arasında mübarizənin bir hissəsi kimi də qəbul oluna bilər.

Beşincisi, Paşinyan hökuməti hələ də Ermənistan Ordusuna tam nəzarət edə bilmir. Unutmayaq ki, müharibədən sonra Ermənistan Ordusu ilə Paşinyan arasında 10 noyabr bəyannaməsinin şərtlərinin icrası və Azərbaycanla davam edən sülh danışıqları ilə bağlı ziddiyət yaşanmışdı. Nəticədə, Paşinyan Silahlı qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı çətinliklə də olsa, istefaya göndərmiş, amma bu zaman Ermənistan prezidenti Armen Sarqsyan və bəzi siyasətçilər Qasparyanı dəstəkləmişdi.

Odur ki, indi son sərhəd təxribatlarının Ermənistan Ordusundakı bəzi qruplar tərəfindən həyata keçirildiyi də iddia edilir.
Bu mənada, Paşinyana qarşı yalnız müxalifət çıxmır. Syasi və hərbi dairələrdə də ona qarşı olanlar var. Bu mənada, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı radikal mövqeyi ilə tanınan xarici işlər naziri Ara Ayvazyanın adını çəkmək olar.

Altıncısı, gərginliklə paralel olaraq, tərəflər arasındakı sərhədlərin müəyyənləşdiriləməsi üçün diplomatik danışıqlar davam edir. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun may ayında Ermənistana və Azərbaycana etdiyi səfərdən sonra yerli mətbuatda tərəflər arasında sərhədlərin dəqiqləşdirilməsi üçün hazırlanmış yeni layihə mətni yayılıb. Sənəddən məlum olur ki, iki ölkə arasındakı sərhədin müəyyənləşdirilməsi üçün birgə komissiya yaradılacaq və bu işdə Sovet dövrünə – 1975-1976-cı illərə aid hərbi xəritə əsas götürüləcək.
Odur ki, sərhəddəki insidentlər diplomatik danışıqlara təzyiq vasitəsi də ola bilər. Məsələ ondadır ki, 1975-1976-cı illərin xəritəsinə görə, buradakı əsas yüksəkliklər Azərbaycanın nəzarətində qalmalıdır. Ermənistan bu vəziyyətin danışıqlar masasında dəyişdirmək istəyir.

Yerevan bildirir ki, Azərbaycan Ordusu 10 noyabr bəyannaməsinin 9-cu maddəsinə uyğun olaraq inşa edilməsi planlaşdırılan, lakin ermənilərin qəbul etmək istəmədikləri Zəngəzur dəhlizinin açılması üçün onlara hərbi təzyiq göstərir. Amma bu, 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış Ermənistanın sonrakı prosesi öz xeyrinə dəyişdirmək cəhdi kimi də qiymətləndirilir.

Müharibədən sonra Azərbaycan prezidenti İlham Əliyev Ermənistana konkret əməkdaşlıq təklifləri verib, hətta yekun sülh sazişinin şərtləri haqda danışmağa hazır olduğunu bildirib. Ermənistan isə Azərbaycanla müzakirələrə başlayaraq problemli məsələləri həll etməkdənsə, məsələləri beynəlxalq səviyyəyə qaldırmağa çalışır.

Lakin istər 44 günlük müharibənin gedişində, istərsə də son hadisələr zamanı Ermənistan Azərbaycana nə diplomatik, nə də hərbi bir təzyiq göstərə bilib. Odur ki, iki dövlət arasındakı fikir ayrılıqlarının yeganə həlli yollu danışıqlardır. Bundan kənarda Ermənistan rəhbərliyi və müxalifətinin bütün bəyanatları daxili ictimai rəyə hesablanıb.

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Milliyet


Ana səhifəyə qayıt        Baxış: 5 384          Tarix: 2-06-2021, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma