Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
BRASÍLIA IN FOCO, Braziliya 04.06.2021 Müəllif: Leila Bijos 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman dünyasında və Avrasiyada ilk parlamentli respublika olub. Müsəlman dünyasında qadınlara və gənclərə ilk seçki hüququnu da məhz AXC-də veriblər. Bir neçə il əvvəl – 2018-ci ildə Azərbaycan AXC-nin elan olunmasının 100-cü ildönümünü qeyd edib. Müasir və dünyəvi Azərbaycan da məhz bu ədalətli, demokratik ideyalar üzərində qurulub. Bu gün o, fərqli dinə, mədəniyyətə mənsub insanların ümumi evidir. Multikulturalizmin təşviqi Azərbaycanda sülhün, sabitliyin, cəmiyyətin inkişafının vacib elementi kimi qəbul edildiyi üçün, dövlət siyasətidir. 2014-cü ildə Azərbaycanda dünyada misilsiz təşkila – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi belə, yaradılıb. Multikulturalizm dünyamızı zənginləşdirir, həyatımızı daha maraqlı edir, bir-birimizlə münasibətlərimizi dərinləşdirir, sanki bir mənəvi məcburiyyət yaradır. Multikulturalizm təkcə iqtisadi inkişaf baxımından deyil, həm də daha dolğun intellektual, emosional və mənəvi həyat üçün hərəkətverici qüvvə olmaqla, yoxsulluğun azaldılması və davamlı inkişaf üçün əvəzolunmaz sərvətdir. Sərhəd münaqişələri Sosial-iqtisadi problemlər, Cənubi Qafqaz bölgəsinə islamın müxtəlif təsirləri Azərbaycanın qarşısında bəzi vəzifələr qoyub. Belə vəzifələrin bəziləri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan-Abxaziya və Cənubi Osetiya problemləri, Rusiya-Ukrayna münaqişəsi kimi həll olunmamış ərazi problemləri ilə əlaqədardır. Belə münaqişələr beynəlxalq terrorizm, narkotik ticarəti, silah alveri və digər problemlərin yayılması üçün ideal sayılan nəzarətsiz ərazilər və ya “boz zonalar” yaradır. Bu isə regional təhlükəsizliyə ciddi təhdiddir. 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı qətliamını, Şimali Qafqazda, xüsusən Dağıstanda bir il ərzində baş vermiş 250-dən çox terror hadisəsini insanların yaddaşından silmək çətindir. Təbii ki bu terror aktları Fransada baş verənlərdən fərqlidir. Məsələn 2008-ci ilin 29 avqustunda Dağıstanında “Şəriət” ekstremist qrupunun lideri, Dağıstanın 4-cü “əmir”i Abdul Məcidin (İlqar Mollaçıyev) neytrallaşdırılması və qruplaşmanın ləğvi üçün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən planlaşdırılmış əməliyyatı xatırlamaq olar. Bütün bunlar Azərbaycanın müttəfiqləri ilə birlikdə regionun təhlükəsizliyi üçün apardığı müdrik siyasətin təzahürü kimi dəyərləndirilə bilər. Silahlı münaqişələr, separatçı qrupların, terrorçuların və cinayətkarların qanunsuz silah dövriyyəsi bütünlükdə region üçün təhdiddir. 2020-ci ildə Azərbaycana qarşı növbəti silahlı təcavüzünü etmiş Ermənistana qanunsuz olaraq daşınan miqyaslı silah-sursata da diqqət çəkmək lazımdır. Bunun fonunda dövlətin sərhədlərinin müəyyənləşdirilməsi (müəyyən coğrafi bölgələrin daxil edilməsi və ya ləğvi), işğal olunmuş əraziləri qaytarılması milli inkişaf baxımından təhlil edilməlidir. İndi məqsəd mövcud münaqişələri və qlobal problemləri nəzərə alaraq, Azərbaycan və Ermənistanın 2021-2035-ci illər üçün siyasi strategiyalarının hazırlanması olmalıdır. Bunun üçün ilkin təhlillər artıq indi aparılmalıdır. Bu problemlərin həlli siyasi həssaslıqla sülh və təhlükəsizlik strategiyalarının aydın prioritetlərlə birləşdirilməsindən, zamanla struktur islahatlarının ardıcıllığından asılıdır. İnkişafa dair strateji düşüncə qanunun aliliyi, demokratiya, milli inkişaf layihələri və əməkdaşlıq müqavilələrini nəzərdən keçirməyi tələb edir. Ermənistanla Azərbaycan arasında münaqişə 1990-cı illərin əvvəllərində, SSRİ-nin dağılması ilə başlayıb. 2020-ci ildə müvafiq olaraq Rusiya və Türkiyənin dəstəklədiyi tərəflər arasında müharibə yenidən alovlanıb. Bu mübahisənin kökləri əslində, hər iki dövlətin Rusiya imperiyasının tərkibində olduğu illərə gedib çıxır. Sonradan Stalinin əmri ilə Dağlıq Qarabağ bölgəsinə muxtariyyət verilib və o, Azərbaycanın tərkibində saxlanılıb. Sovet İttifaqının süqutundan, Azərbaycan və Ermənistanın müstəqillik qazanmasından sonra isə Dağlıq Qarabağda yaşayan erməni əhali azərbaycanlıları buradan sıxışdırıb çıxararaq, müstəqillik tələb etmıəyə başlayıb. Onların bu istəyi rəsmi Yerevan tərəfindən dəstəklənib və bölgə işğal olunaraq, Azərbaycandan qoparılıb. Bundan sonra orada azərbaycanlıların iştirak etmədiyi səsvermədə “Dağlıq Qarabağ Respublikası”nın (dırnaq işarəsi bizə aiddir - WM) yaradılması haqda qərar qəbul edilib. İllər sonra bu ərazini “Artsax Respublikası” kimi təqdim etməyə başlayıblar. Dağlıq Qarabağ uğrunda 1991-1994-cü illərdə baş vermiş müharibədə hər iki tərəfdən 30 mindən çox insan həlak olub. Müharibə 1994-cü ilin mayında hərbi əməliyyatlarda iştirak edən hökumətlərin iştirakı ilə imzalanmış atəşkəs razılaşması ilə dayandırılıb. Lakin atəşkəs razılaşması silahlı hücumları tam dayandırmayıb və bölgədə kiçik qarşıdurmalar sonrakı illərdə də davam edib. Zaman keçdikcə qarşıdurmanın həlli ilə bağlı müxtəlif təkliflər irəli sürülüb, tərəflər arasında vasitəşilik etmsi üçün ATƏT-in Minsk qrupu adlandırılan qurumu da yaradılıb. Lakin bu təşkilat uzun illər ərzində heç bir nəticə əldə edə bilməyib. Səbəb şərtlərin tərəfləri razı salmaması idi. Bir tərəfdən rəsmi Bakı Dağlıq Qarabağ bölgəsini özünün suveren ərazisi sayır, digər tərəfdən Yerevan oranın ermənilərə məxsus olduğunu bildirirdi... Cənubi Qafqaz regionu Cənubi Qafqaz neftlə zəngin regiondur. Bu sərvət məhz Azərbaycan ərazisindədir və bu, onu bölgənin digər dövlətlərindən üstün edir. Region xüsusən qonşu dövlətlərin maraqları mərkəzindədir. Ermənistan və Azərbaycan arasındakı münaqişədə də Rusiya və Türkiyə fərqli tərəfləri dəstəkləyir. Tarixən Türkiyə Azərbaycanın əsas müttəfiqi olub. Keçmişdə Türkiyənin özü də ermənilərlə problemlər yaşayıb. Dağlıq Qarabağ münaqişəsi zamanı isə Ankara Azərbaycana dəstək olaraq, Ermənistanla sərhədlərini bağlayıb. Ermənistanın əsas müttəfiqi isə Rusiyadır. Xristian dinini bu iki dövləti birləşdirən amillərdən biri kimi nəzərdən keçirmək olar. Rusiya Federasiyası gücünü qonşu bölgəyə yönəltmək və Ermənistanla sıx münasibətləri davam etdirmək üçün buradakı problemlərdən istifadə edir. Vladimir Putin ilk növbədə, ölkə üçün maddi cəhətdən vacib olan məsələdə – təbii qaz ixracında hakim mövqeyini qorumağa çalışır. Rusiya çoxdandır ki, Avropaya təbii qaz ixracında aparıcı mövqelərdən birinə sahibdir. IBP-nin (Braziliya Neft və Qaz İnstitutu) hesablamalarına görə, 2018-ci ildə Rusiya ABŞ-dan sonra dünyanın ən böyük qaz ixracatçısı olub. Azərbaycan da öz növbəsində, enerji bazarında əsas oyunçulardandır. Bölgədəki ən böyük neft və təbii qaz istehsalçılarından biri olmaqla yanaşı, Azərbaycandan başlayaraq Türkiyədən keçən neft və qaz borularının əhəmiyyəti də çox böyükdür. Türkiyənin xarici siyasəti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan neoosmanizm prinsiplərinə əsaslanan hökumət qurmaq istəyir. Tarixi imperiyaya istinad edən bu xarici siyasət onun Azərbaycana verdiyi hərbi dəstəklə də özünü göstərib – Ankara bölgəyə təsirini artırmağa çalışır. Digər tərəfdən, Rusiya da eyni iddiadadır. Doğrudur, onun Azərbaycanla yaxşı münasibətləri var. Amma buna baxmayaraq, Moskva Ermənistanla Azərbaycan arasındakı münaqişədə Yerevanı dəstəkləyib. Yeri gəlmişkəb, Ermənistan keçmiş Sovet respublikalarının bir neçəsinin bir araya gəldiyi, Rusiyanın da yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bakı ilə Yerevan arasındakı danışıqların əsas iştirakçılarından biri Rusiyadır. Amma onun Ermənistanda hərbi bazaları da var. Bu, Rusiyanın bölgəyə təsirini artıra bilməsi üçündür. Hər bir halda, silahlı zorakılığın səbəb olduğu çoxsaylı insan itkisinin qarşısını almaq üçün davam edən münaqişələrlə bağlı həll yolları axtarılmalıdır. Bununla yanaşı, qəzet başlıqlarına zorakılıqla bağlı xəbərlərin çıxmasının qarşısını almaq, mülki şəxslərə qarşı təcavüz və istismara son qoymaq, böyük sayda qaçqın və məcburi köçkün axınını dayandırmaq, onları tarixi torpaqlarına qaytarmaq vacibdir. Sülh danışıqları durğun ola bilməz. Tərəflər arasında konsensusa nail olunmalı, BMT Təhlükəsizlik Şurasının himayəsi ilə yeni qətnamələr imzalanmalı və həyata keçirilməlidir. Sülh və təhlükəsizliyi qorumaq, təşviq etmək üçün bu iki ölkə arasında uzlaşma mexanizmlərinin yaradılması vacibdir. Gələcək nəsillər müharibə bəlasından xilas olmalıdır. (Portuqal dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar