Xəbər lenti

 
Mürvət Həsənli,
İş adamı


15 erməni əsirinə qarşılıq Ağdamın minalanmış ərazilərinin xəritəsini almışıq, bunu belə, bəyənməyənlər var. Bəziləri deyirlər ki, onlar bizim əsirlərə vəhşicəsinə davranıb, hamısını öldürüblər. Biz niyə o əclafları ətlik dana kimi kökəldib Ermənistana təhvil veririk? Bir başqası isə ümumiyyətlə onları qaytarmamağı məsləhət görür. Bəs nə etməliydik? Biz də onlarımı öldürməli idik? 
 
Əvvəla, unudulmamalıdır ki, biz o dığaları öldürmək üçün yox, qaytarmaq üçün yaxalamışdıq. Öldürmək lazım olsaydı, elə yerindəcə güllələyərdik, ruhları da inciməz, heç kim də bizim üstümüzə gəlməzdi. Biz həmin dığaları ona görə yaxalamışdıq ki, erməniləri müəyyən güzəştə məcbur edək və istədiyimizi aldıqdan sonra “əsirləri” özlərinə qaytaraq. Ağdamın minadan təmizlənməsi üçün lazım olanı aldıq və 15 ermənini ölkələrinə göndərdik. Hələ əlimizdə nə qədər erməni  dığası var, Allah bilir. Onlar bizim sövdələşmə “kapitalımızdır”, yəqin ki, sayları haqqımızı tam almağa yetəcək qədərdir. Bir az “kasıblayan” kimi, gündə sərhədlərimizi pozan səfeh ermənilərdən bir-ikisi tutub əlimizi də düzəldə bilərik.
 
İkincisi, 15 dığa müqabilində aldığımız minalanmış ərazilərin xəritəsi də pis alver deyil. Bu xəritə nəticəsində neçə əsgərimizi ölümdən xilas edəcəyik, neçə ananı gözü yaşlı qoymayacağıq. Hansı ki, o igidlərimizin hər biri, anaların gözündən düşən bir damla yaş nəinki 15 erməni dığasından, bütün Ermənistan ordusundan dəyərlidir. Sizcə, 97 min minaya 15 dığa vermək pis bazarlıqdır?
 
Üçüncüsü, erməni vəhşidirsə, biz də vəhşi olmalıyıq məntiqi doğru deyil. İstəsək belə, biz o cür ola bilmərik. Hər kəs kimi, millətlərin də öz xarakterik xüsusiyyəti var və heç bir hadisə bu keyfiyyəti dəyişdirə bilməz. Əminəm ki, siz də həmin dığalara baxanların yerinə olsaydınız, onlar yenə Ermənistana apra anbarına bağlanmış sıpa balası kimi göndəriləcəkdilər. Çünki bizim millət tarixən zalım düşmən qarşısında məğrur, məzlum qarşısında mərhəmətli olub. Bu özəlliyimiz bir çox xalqların diqqətindən yayınmayıb, hətta müqəddəs kitablara düşüb. Bir çox təfsirçilərin fikrincə, Allah Təala Quranın Əl-Maidə surəsi, 54-cü ayəsində Türkləri bu özəlliklərini öyərək, özünün sevimli qövmü adlandırıb: “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər”. 
 
Mahmud Qarşariyə inansaq, Məhəmməd peyğəmbər də üzünü bir dəfə belə görmədiyi Türklərin bu xüsusiyyətini yüksək qiymətləndirib və öz səhabələrini onlarla döyüşməməyə çağıraraq deyib: “Allahın Şərqdə bir ordusu vardır. Adını Türk qoyub. Türklər vasitəsilə özünə qarşı çıxanlardan intiqam alır”.
 
Cənabi-Allahın və peyğəmbərimizin bu tərifindən də göründüyü kimi, bizim millətin “istehsal xarakteristikası kitabçası”nda məzluma qarşı mülayimlik xüsusiyyəti yazılıb. İstəsək belə, əlimizdə əsir olan düşmənimizə qarşı sərt ola bilmərik. Çünki onlar zalımlığını itirmiş, loru dillə desək, “axtalanmış” biçarələrdir. Biçarələrlə sərt davranmaq bizə yaraşmaz.
 
Yeri gəlmişkən, tarixçilərin bildirdiyinə görə, müasir hərb qanunları, xüsusilə də əsirlərlə davranmaq prinsipləri Misir məmlukilərinin səlib yürüşü zamanı xristian cəngəvərlərinə qarşı mülayim münasibətlərindən götürülüb. Hələ 12-ci əsrdə məmlukilərin bu davranışlarını nümunə kimi qəbul edən xristianlar həmin prinsipləri qanun halına gətirib indiki hərb qanunvericiliyinin əsasını qoyublar. Məmlukilərin türk olduğuna isə şübhə yoxdur. Deməli, Azərbaycan dövlətinin erməni əsirləri ilə insancasına davranışı da millətimizin qan yaddaşından irəli gəlir. Buna görə hakimiyyəti qınayanlar həmin qan yaddaşından məhrumdurlarsa, günahı özündə axtarsınlar.
 
Biz tarixən düşməni döyüş meydanında öldürmüşük, təslim olanlara isə əsir düşərgəsində işgəncə verməmişik. Çünki biz nə almanıq, nə fransız, nə də erməni (müqayisəsi belə dilə yad gəlir). Biz hərbi şücaəti və humanist davranışları ilə tarixlərə iz salmış, müqəddəs kitablara düşmüş şərəfli bir millətin nümayəndələrik. Erməni əsirlərinə qarşı davranışımız da minillərlə formalaşmış xüsusiyyətimiz çərçivəsində olmalı idi, olub da. Əsir düşərgəmizdən yenicə çıxmış və ətlik danalara bənzəyən ermənilərin fiziki durumları da bunu təsdiqləyir.
 
Dördüncüsü, geri qaytardığımız ermənilər heç də düşündüyünüz böyük günahkarlar da deyillər. Əli insanlarımızın qanına bulaşmış, mülki şəxslərimizə min bir işgəncə vermiş böyük günahkarlar hazırda Azərbaycan məhkəmələri qarşısında cavab verir və heç vaxt geri qaytarılmayacaqlar. Geri qaytarılanlar isə həmin böyük günahkarların öz günahlarına ortaq olmağa məcbur etdikləri şəxslərdir. Hansı ki onlar da əslində bizim qədər erməni vəhşiliyinin qurbanlarıdır. Minlərlə 18-19 yaşlı erməni balası məhz bu şovinizmin qurbanı olublar və bir çoxlarının ailələrinə bədənlərinin yalnız bəzi hissələri qaytarılır. Belə bədbəxtləri böyük günahkarların yerinə mühakimə etmək isə Türkün Allah və peyğəmbər tərəfindən öyülən xüsusiyyətlərinə yaraşmaz. Odur ki, biz də onlara toxunmadan, sadəcə sövdələşmə kapitalına çevirmişik.
 
Ermənilərə təhvil verilənlərin böyük günahkar olmadığını onların İrəvan tərəfindən açıqlanan siyahısı da təsdiqləyir. Bilirsiniz ki, 10 noyabr Bəyanatından sonra Ermənistandan gəlib Qarabağda təxribat törədən, əsgərlərimizi və mülki şəxslərimizi öldürən terrorçular əsasən düşmən ölkənin Şirak vilayətindən idilər. Hətta buna görə Şirakda indiyədək etiraz aksiyaları səngimək bilmir. Bizim dünən təhvil verdiklərimizin arasında isə bir nəfər də olsa Şirak ermənisi yoxdur. 
 
İrəvanın açıqladığı siyahı
 
1. Voskanyan David (Armavir)
2. Hunanyan Argam (Armavir)
3. Stepanyan Artur (Armavir)
4. Elidekian Gegham (Artashat)
5. Sedrakyan Alexander (Armavir)
6. Gasparyan Eric (İrəvan)
7. Babayan Saşa (Masis)
8. Andreasyan Artak (Eçmiadzin)
9. Xaçatryan Eric (Masis)
10. Sirunyan Narek (Krazçı kəndi, Hrazdan bölgəsi)
11. Petrosyan Sasun (Xankəndi)
12. Sarkisyan Vrayr (Kotayk)
13. Budoyan Armen (Gegharkunik)
14. Ovannisyan Boris (Alaverdi)
15. Abgaryan Artur (Armavir)
 



Ana səhifəyə qayıt        Baxış: 5 991          Tarix: 13-06-2021, 07:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma