Xəbər lenti

“Həm ABŞ-da, həm də Rusiyada kompromisi qəbuledilməz sayırlar”

16 iyunda İsveçrənin Cenevrə şəhərində ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Bu iki lider bir-birilərini çox yaxşı tanıyırlar və onların arasında indiyədək bir neçə görüş olub.

Putin-Bayden sammitindən gözləntilər azdır. Çünki bu liderlər bir-birini sevmirlər və onlardan heç biri əhəmiyyətli nəticəyə nail olmaq üçün özünü rəqibin qarşısında əziyyətə salmaq fikrində deyil.

Amma hər halda, ölkələr arasındakı indiki mürəkkəb vəziyyətdə hansısa məsləhət və müzakirə atmosferinin yaranması da əhəmiyyətlidir. Bu, əsl sabitliyin təməlinə çevrilər və Rusiya ilə Qərb arasında birbaşa qarşıdurmanın önü kəsilmiş olar.


Putinin hesablamaları

Cenevrədə keçiriləcək sammitdə ehtimal ki, Putin konkret nətəcədən daha çox öz diplomatik vərdişlərinə güvənəcək. Putin bilir ki, Bayden Amerikan sanksiyalarını yaxın günlərdə aradan götürməyəcək. Tramp dövründə ABŞ və Avropa Birliyinin arasını vurmağı sevən Putin indi bu fəndlərin xeyir gətirməyəcəyini yaxşı anlayır. Çünki Bayden artıq Transatlantik alyansı dəstəkləyir və burada təbliğat vasitəsilə Putinin xal yığması mümkünsüzdür. Əslində, 2018-ci ildə Helsinkidə Trampla keçirilən sammitdə də Putin nəsə əldə edə bilməmişdi. Həmin görüşdə Amerika prezidentindən Rusiyanın seçkilərə müdaxiləsi barəsində soruşanda, o, öz kəşfiyyatını deyil, Rusiya liderini dəstəkləmişdi ki, bu da ABŞ diplomatiyasının ən aşağı həddə enməsiydi.

Putin Baydenlə keçirəcəyi görüşdə dövlət adamı rolunu oynayacaq. O, bu sammiti iki bərabər gücün görüşü kimi təqdim etməyə çalışacaq. Putin istəyəcək ki, Rusiyanın fövqəldövlət olmasını göstərsin.
Rusiya tərəfi belə bir təsəvvür yaradacaq ki, qoy dünyanın digər liderləri ABŞ-ın onlara diqqət göstərməsinə çalışsınlar, qoy avropalılar Baydeni özlərinin çoxtərəfli forumlarına dəvət edib, intriqlarını hörsünlər, qoy digərləri - hədsiz marginallar ABŞ prezidentiylə görüş üçün qapıda gözləsinlər, amma bunların əksinə olaraq, Putin Baydenlə təkbətək görüşəcək.

Lakin beynəlxalq nüfuzdan əlavə Putin də elə Baydenin istədiyinə çalışır. Putin sabitliyə nail olmaq istəyir. Bəli, Putin Rusiyası öz qonşularını çalxalamaqdan vaz keçməyib .Əlbəttə ki, o, ABŞ-ı da laxlatmaq həvəsindədir. Onun Yunanıstandan Litvaya uçan təyyarənin Minskə endirilməsi və jurnalistin həbs etdilməsi hadisəsində Belarusa kömək göstərməsi və ya bu işdə əlinin olub- olmaması vacib deyil, başlıcası odur ki, Putin Lukaşenkoya müəyyən fürsət verib.

Rusiyanın “təşftişçı-ziyanvericiliyi” barəsində deyilən bütün sözlərə baxmayaraq, bu, tam olaraq belə deyil. Məsələn, Rusiya Kiyevə doğru yürüməkdən imtina etdi. O,Yaxın Şərqdə İsrailin Suriya hava məkanına girməsinə imkan yaradıb. ABŞ-ın iqtisadiyyatına ciddi zərbə vurmaq üçün ixtiyarındakı kiberhücumlar arsenalından istifadə etməyib.

İqtisadiiyyatı sürətlə pisləşən ölkənin avtokrat lideri kimi Putin beynəlxalq münaqişələrin nəzarətsiz formada kəskinləşməsinə yol verə bilməz, xüsusən də Amerikayla. Putin problemlərin həlli üçün lazımi vasitələrə ehtiyac duyur. Baydenlə işgüzar münasibət iqtisadi cəhətdən ona qara qəpik də gətirməyəcək, lakın Rusiyanın daxili siyasətinin yırtılmış dekorasiyasını yamamaq üçün bu, ona geosiyasi məkanda nəfəs almağa imkan verəcək.

Baydenin qarşısındakı hədəflər

Bayden bu sammitə uzunmüddətli və təxirəsalınmaz problemlərin həlli yollarını nəzərə alaraq yanaşmalıdır. Cenevrədəki görüşdə əldə edilə biləcək faydalı və praktik nailiyyət ölkələr arasında qarşılıqlı konsul xidmətlərinin yaxşılaşdırılması olaradı.
ABŞ-dakı prezident seçkilərinə müdaxilə və Amerika diplomatik nümayəndələrinin izlənməsinə cavab olaraq, ABŞ rusiyalı diplomatları ölkədən çıxarıb və Sietl və San-Fransisko şəhərlərindəki Rusiya konsulluqlarını, həmçinin də Vaşinqton şəhərindəki ticarət nümayəndəliyini bağlayıb. Rusiya da öz növbəsində ABŞ diplomatlarını ölkədən çıxarıb və həmçinin də Amerikanın Vladivastokdakı, Yekaterunburqdakı və Sankt-Peterburqadakı konsulluqlarını qapadıb. Nəticədə Rusiyadakı yeganə diplomatik missiya Moskva şəhərində qalıb və indi Kreml oradakı bütün əməkdaşları ölkədən qovacağıyla hədələyir.

Hər iki tərəfdə də konsulluğun olmaması vətəndaşların səfərlərini çətinləşdirməklə yanaşı, bütün tarix boyu ABŞ və Rusiyaya fayda verən mədəni, elmi əlaqələrə də ciddi ziyan vurur. Hazırda insani münasibətlər səviyyəsindəki vəziyyət soyuq müharibə dövründənkindən də pisdir. Bunu ortadan qaldırmaq üçün Bayden gərginliyi azaldacaq bəzi təkliflər verməlidir. Məsələn, Rusiyanın ABŞ-dakı konsulluq fəaliyyətinin bərpası çox müsbət addım olar.

Cenevrə sammitinin gündəliyində strateji silahlar üzərində nəzarət də yer alacaq. Bayden öz vəzifəsnin icrasına başlayandan bir həftə sonra Strateji Hücum Silahlarının azaldılmasıyla əlaqədar yeni müqavilənin bağlanması barədə Putinlə razılığa gəlib. Strateji silahlar üzərində nəzarət nəinki pula qənaətdir, bu, həm də digər ölkələrə örnək ola bilər. Əgər iki böyük nüvə dövləti öz nüvə arsenallarının azaldılması məsələsində heç cür razılığa gələ bilməsə, onda İran və Şimalı Koreya ilə nüvə razılaşmaları uğursuzluqla nəticələnəcək.
Baydenin uzunmüddətli hədəfi ABŞ- Rusiya münasibətlərinin normallaşdırılması olmalıdır. Putin -Bayden sammiti özlüyündə Rusiya və ABŞ prezidentllərinin daha tez-tez görüşmlərinin siqnalı ola bilər. “Soyuq müharibə” zamanı hətta dünyada hər iki ölkənin əlaltıları bir-birilərilə döyüşsələr də, ABŞ və SSRİ müntəzəm şəkildə yüksək səviyyəli görüşlər keçirirdilər.

“Soyuq müharibə” qurtardıqdan sonra ABŞ və Rusiya liderləri arasındakı görüşlər əməkdaşlığın ifadəsinə çevrilmişdi. Bu, Obama hakimiyyətinin ikinci mərhələsində bitdi. İndi isə münasibətlər o qədər dolaşıq və qeyri-müəyyəndir ki, hətta Rusiya və ABŞ-ın müharibə vəziyyətində olmasını da söyləmək mümkündür. Ona görə də sammitdə müzakirə ediləcək mövzular öncədən bəllidir.

Real vəziyyət necədir?

Putin-Bayden sammmitindən gözləntilər böyük deyil. Lakin buna baxmayaraq, bu görüşə böyük ümidlər bəslənilir. Rusiya və Qərb lunatiklər( gecə yuxulu halda gəzənlər) kimi uçurumun kənarına doğru gedirlər. İndi heç bir tərəf güzəştə getməyə hazır deyil. Hər iki ölkənin daxili siyasəti sərt yanaşmaya üstünlük verir. Həm ABŞ-da, həm də Rusiyada rəqibin çöküşdə olduğuna əmindirlər, ona görə də kompromisi qəbuledilməz variant sayırlar. Axı, onlara görə rəqibin çökməsi zaman məsələsidir.
Cenevrədə çox az şeyin həlli mümkündür. Altı ildir ki, Krım işğal altındadır, Ukraynanın şərqi isə daha bir donmuş münaqişə zonasıdır. Donbasdakı münaqişə ilə əlaqədar Almaniya, Fransa, Rusiya və Ukrayna arasında bağlanmış dipolamtik müqavilə doğru-düzgün yerinə yetirilmir. Belarusu diktator Aleksandr Lukaşenko idarə edir və onun rejimi ya ölkəni Şimali Koreya kimi təcrid halına salacaq, ya da ki, bu ölkə proseslərin gedişində dağılacaq. Moskva isə Belarusu öz yedəyində saxlamaq istəyir. Suriya və onun ətrafında Amerika və Rusiya hərbiçiləri bir-birilərinə çox yaxın məsafələrdə bazalaşıblar, ancaq onların oradakı məqsədləri tamamilə fərqlidir.

Bütün bu uyğunsuzluqlar on illərlə öz yerində qalır və ona görə də problemlərin birdəfəlik həlli imkansızlaşır. Yəqin ki, məsələlərin həllinə prinsip etibarilə irəlidə də lazımi imkan yaradılmayacaq. Ancaq bu cür halların metastaz verməsinin qarşısı mütləq alınmaılıdır. Elə ona görə də Baydenin Cenevrədəki mandatı belədir: sabitlik və əminamanlığa gedən çətin yolu qət etmək.

“Foreign Affairs-ABŞ”

Tərcümə: “AzPolitika.info”




Ana səhifəyə qayıt        Baxış: 3 542          Tarix: 13-06-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma