Xəbər lenti
 
 
Türkiyə Prezidenti Rəcəb Ərdoğan getdikcə daha aqressiv davranır, Yunanıstan, Avropa Birliyi, ABŞ və hətta bütövlükdə NATO ilə qarşıdurmaya gedir. Amerikalılar isə başqalarının eyni tərzli hərəkətinə dözməyəcəyi halda niyə Türkiyəyə qarşı xeyli təmkinli davranır və və Ankaranı yerinə oturtmur?
 
Ovqat.com xəbər verir ki, Rusiyanın məşhur nəşrlərdən olan “Vzqlyad” qəzetinin köşə yazarı erməni əsilli Gevorg Mirzəyan “ABŞ Rusiyaya görə üzərindəki Türk təkəbbürünə dözür” sərlövhəli məqaləsində bu suala cavab axtarır. 
 
Türkiyə əleyhinə iddialarla zəngin olan məqalənin məhz bu səbədən tamamını vermir, həqiqət payı olduğuna inandığımız bəzi önəmli təsbitlərini diqqətinizə çatdırırıq.
 
Müəllif ABŞ-ın Ankara qarşısında boynu büküklüyü bir neçə amillə əsaslandırılır. Müəllifin fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanı özünün xeyli qürurlu aparması qarşısında Vaşinqtonun təmkinli davranışının əsas səbəbinə ən doğru aydınlığı elə Türk lideri gətirib: "Türkiyə olmasa, NATO yalnız gücünü deyil, varlığını da qoruya bilməz”.
 
Müəllifin fikrincə, ABŞ üçün Türkiyənin ən vacib əhəmiyyəti Vaşinqtonun Rusiyaya qarşı siyasəti ilə əlaqədardır: “Rusiya Federasiyasını zərərsizləşdirmək üçün Amerikanın güclü bir Türkiyəyə ehtiyacı var. Cənubi Qafqazda problemlər yaratmaqla Moskvanı Avropa ilə bağlı siyasətlərindən yayındırmaq, həmçinin Krımda, Volqa bölgəsində və Sibirdə "yumşaq güc" vasitəsi ilə təxribat işləri aparmaq üçün Türkiyənin yeni güc mərkəzi kimi ortaya çıxması lazımdır”. 
 
Müəllifin fikrincə, Amerikanın Çinə qarşı durmaq üçün də güclü bir Türkiyəyə ehtiyacı var: “Bu səbəbdən, ÇXR-in arxa bağçası olan Orta Asiyada Ankaranın ambisiyalarını və yumşaq gücünü qətiyyətlə dəstəkləyir. Bölgə nə qədər islamlaşmış və qeyri-sabit olarsa, Çinlilərin bu ərazilərlə Avropa ilə ticarət etməsi bir o qədər çətin olacaq. Bundan əlavə, özünü "bütün müsəlmanların müdafiəçisi" elan edən Türkiyənin başçılıq etdiyi Orta Asiya islamçıları, yerli uyğurların Çinlilərə qarşı yarı partizan müharibə apardığı Sincanda kömək edəcəklər”.
 
Müəllif  Türkiyənin daha bir önəmini ABŞ-ın İrana qarşı siyasəti ilə əlaqələndirir: “Amerikanın İrana qarşı güclü bir Türkiyəyə ehtiyacı var. Xeyr, onunla mübarizə aparmaq üçün deyil, Azərbaycan pantürkizmi və millətçiliyinin stimullaşdırılması yolu ilə İranı içəridən vurmaq üçün Xatırladaq ki, İslam Respublikası (xüsusən şimal əyalətlərində) əhalisinin əhəmiyyətli bir hissəsi Türkiyə və Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra çox həyəcanlanan azərbaycanlılardır”.
 
Müəllif İranın “Türk yumşaq gücünu” təhdid kimi qəbul etdiyini vurğulayır: “İran bu təhdidi çox ciddiyə alır, amma bu günə qədər türklər əleyhinə təbliğatın başlanmasının İran azərbaycanlıları arasında daha böyük separatçı hisslərə səbəb olacağından qorxaraq Ankaraya qarşı çıxmağa tələsmirlər. 
 
Müəllif fikrincə, Amerikanın Avropaya qarşı da güclü bir Türkiyəyə ehtiyacı var: “Bəli, Bayden “qoca qitə” ölkələri ilə münasibətləri dəyişdirdi və Trampdan fərqli olaraq AB-nin dağılması və nüfuzdan salınması üçün açıq şəkildə işləmir. Bununla birlikdə, Avropaya hələ də ABŞ-sız zəif və müdafiəsiz olduğunu daim xatırlatmaq lazımdır. Rus təhdidinin nağılları nə qədər azalsa da, Aİ-na Türkiyədən gələn təhdidlər Vaşinqton üçün bir o qədər vacib olacaq”.
 
Müəllif daha sonra yazır:
 
“Nəhayət, ABŞ-ın regional münaqişələr üçün bir alt podratçı olaraq Türkiyəyə ehtiyacı var. Amerika cəmiyyəti xarici müharibələrdən bezdi və Ankara isə bu yükün altına çiyin verməyə həmişə hazırdır. Məsələn, Əfqanıstanda qalaca və Amerika qoşunları geri çəkildikdən sonra orada Amerika maraqlarını müdafiə edəcək. Əlbəttə ki, pulsuz deyil. Rəcəb Tayib Ərdoğan NATO sammitində "Əfqanıstandan çıxmamağımız və orada kömək göstərməyimiz istənirsə, ABŞ-dan bizim üçün vacib olan sahələrdə diplomatik, maddi-texniki və maliyyə dəstəyini alacağımızı anlamaq vacibdir", - dedi. Onun sözlərinə görə, "əməkdaşlıq sahələrinin mübahisəli məsələlərin sayından ciddi şəkildə üstün olduğu zaman, Türk-Amerika münasibətlərində həll olunmayan heç bir problem yoxdur."
 
Müəllif qeyd edir ki, yuxarıda zikr edilən səbəblərdən dolayı Amerika Türkiyəyə dəyər verir. “Seçki kampaniyası zamanı Bayden, Türk müxalifətinə dəstək verəcəyini və ölkənin daxili işlərinə qarışacağını söyləmişdi. Lakin seçki öncəsi təzyiqlər bitən kimi Bayden Türkiyə ilə bağlı populist mövqelərini tamamilə rasional şəkildə tərk etdi”.


Ana səhifəyə qayıt        Baxış: 6 079          Tarix: 29-06-2021, 19:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma