Xəbər lenti

  

 

Türkiyə tərəfindən dəstəklənən müxalif qüvvələr İdlibə bağlı Serakib qəsəbəsini geri alıblar.

Ovqat.com xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.

Qeyd edək ki, Suriya ordusu Rusiyanın hava dəstəyi ilə bu ayın əvvəllərində Serakib qəsəbəsini ələ keçirmiş və 8 Türk əsgərini şəhid etmişdi.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu hadisədən sonra Suriya ordusuna ayın axırına qədər qəsəbəni boşaltmaq möhləti vermişdi. Sabah ay tamamlanır. Dolayısıyla möhlət də bitir. Suriya rəsmiləri isə möhlət vaxtını gözləmədən Türkiyənin ultimatumunu  rədd etmişdilər. Reuters agentliyinin bu məlumatı öz təsdiqini taparsa, belə görünür ki, Rəcəb Tayib Ərdoğan verdiyi sözü yerinə yetirdi.

                                                                     




Ana səhifəyə qayıt        Baxış: 3 462          Tarix: 27-02-2020, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma