Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
"Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli işçi qrupu, Moskvanın təklifi ilə öz işini bərpa etdi və bu, bölgədəki kommunikasiyaların blokdan çıxarılması, uzunmüddətli regional sabitliyin qurulması ehtiyacından irəli gəlir”.
Ovqat.com xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan Civic.am saytının yazılı sorğusuna cavabında bildirib.
Erməni rəsmisi dolayısıyla etiraf edib ki, görüşlərdə Azərbaycanla Ermənistan arasındakı nəqliyyat-komminkasiya əlaqələrinin blokdan çıxarılması məsələləri müzakirə olunur.
“Ermənistan sərhədlərinə müdaxilələr və təxribatlar təbii ki, səmərəli işin gedişatına mənfi təsir göstərir, lakin Ermənistan hökuməti dövlət maraqlarını təmin etmək üçün istənilən danışıqlar platformasından və konstruktiv dialoq imkanlarından istifadə etmək niyyətindədir.
Bölgədəki mövcud nəqliyyat əlaqələrinin açılması kontekstində beynəlxalq daşımalarla əlaqədar texniki və infrastruktur imkanları, sərhəd, gömrük və nəzarətlə əlaqədar digər məsələlər ekspertlər səviyyəsində öyrənilir. Eyni kontekstdə, bölgədəki digər ölkələrin nəqliyyat infrastrukturu ilə mümkün əlaqələrin iqtisadi və məntiqi təsirləri qiymətləndirilir.
Dəfələrlə qeyd edildiyi kimi, erməni tərəfi "dəhliz" və ya "dəhliz" kimi məsələləri müzakirə etməmişdir və müzakirə etməyəcək. İşçi qrupunun digər üzvlərinin istəklərinə münasibət bildirməyi düzgün hesab etmirik”, - Qriqoryan fikrini belə tamamlayıb.
Göründüyü kimi, rəsmi İrəvan nəyin bahasına olursa olsun, “Mustafa” yox, “mıs-mıs” deməyə qərarlıdır. Halbuki Azərbaycan tərəfi “Zəngəzur dəhlizi” deyərkən elə tərəflər arasındakı kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutur. İrəvan isə bu sözü dilə gətirməkdən çəkinir, onun sinonimini səsləndirir.
Diplomatik qaynaqlardan aldığımız məlumata görə, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə də adını “bütün kommunikasiya əlaqələrinin bərpası” qoymaqla, əslində tərəflərin bir-birinə öz ərazilərində dəhliz açmalarından söhbət gedir. Rəsmi Bakı Laçın dəhlizini rus “sülhməramlı”larının ixtiyarına verməklə əslində üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib. İrəvan isə bu sahədə ayağını yerlə sürütləyərək destruktiv mövqeyini davam etdirir.
Bildirilir ki, rəsmi İrəvan təkliflərə prinsipcə razılıq versə də, bunu açıq şəkildə ictimaiyyət qarşısında etiraf etmək istəmir və görüşlərdə də öz “narahatlığını” dilə gətirərək məsuliyyətdən yayınmağa çalışır. İrəvanın əsas qorxusu isə erməni millətçilərinin bu faktdan istifadə edərək, 1999-cu ilin sonlarında olduğu kimi, böyük təxribatlar törətmək ehtimalı ilə bağlıdır.
Xatırladaq ki, ATƏT-in İstanbul sammitindən əvvəl ABŞ-ın məşhur politoloqu Pol Qobl tərəfindən irəli sürülən ərazi mübadiləsi təklifində Laçın dəhlizinə qarşılıq Zəngəzur dəhlizi nəzərdə tutulurdu. Üstəlik, təklifdə Dağlıq Qarabağa ən yüksək statusun verilməsi öngürülürdü. Ermənistan liderlərinin qapalı qapı arxasında razılaşdığı bu təklif İstanbul sammitinə bir neçə gün qalmış ölkə parlamentinə törədilmiş terror hücumu nəticəsində gündəmdən çıxarılmışdı.
Həmin vaxt Ermənistanda baş verən sözügedən terror aktında həm problemin çözülməsini istəməyən Rusiyanın, həm də onun “5-ci kolonu” kimi tanınan Koçaryan komandasının barmağı vardı. Belə ki, 1999-cu ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərini Vazgen Sarkisyanla Karen Dəmirçiyanın islahata meyilli koalisiyası səs çoxluğu ilə qazanmış və faktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Hakimiyyəti yenidən Robert Koçaryana qaytarmaq istəyən Rusiyanın dəstəyi ilə parlamentdə terror hadisəsi törədilmiş, Sarkisyan və Dəmirçiyanla birlikdə 8 nəfər qətlə yetirilmişdi. Beləcə, ATƏT-in İstanbul sammitində Qarabağ probleminin həlli layihəsi dayandırılmış və problem indiyədək çözülməmiş qalmışdır.
Mənbələrə inansaq, Paşinyan və komandası da eyni proseslərin yenə təkrarlana biləcəyi arqumentindən çıxış edərək əldə olunan razılaşmaları adını açıq dilə gətirmədən həyata keçirmək niyyətindədir və bunun üçün bir qədər vaxt istəyir. Rəsmi Bakı isə ermənilərin yenə çözümsüzlük siyasətini davam etdirmək üçün vaxt qazandığını iddia edir və sonsuza qədər gözləmək niyyətinin olmadığını bildirir. Elə bu səbəbdən də bir neçə gün əvvəl Azərbaycan əsgərlərinin Gorus-Qafan yolunu bağladığı, Paşinyan hakimiyyətindən 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tezləşdirmək vədi alındıqdan sonra yolu yenidən müvəqqəti istismara açdığı iddia olunur. Qeyd edilir ki, Ermənistan yaxın həftələr ərzində öz vədini yerinə yetirməsə, Qafan-Gorus yolu bağlanmaqla qalmayacaq, Azərbaycan əsgəri Naxçıvanın Kərki, Qazaxın 7 kəndini də işğaldan azad edərək, ölkənin nəinki bütün xarici bağlantılarını, hətta daxili gediş-gəlişini də kəsəcək.
Görünür, bu ağır blokada şəraitinə düşməmək üçün İrəvan artıq tədrici addımlarını sürətləndirmək məcburiyyətində qalıb. Bir müddət əvvəl Nikol Paşinyan Türkiyədən müsbət siqnallar aldığını, İrəvanın da bu siqnallara müsbət cavab verəcəyini bildirməsinin əsas səbəbi bu idi.
İki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın media açıqlamasında dilə gətirdiyi bəzi fikirlər də bu ehtimalı gücləndirir. “Fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı. Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik”, - Ərdoğan bildirmişdi.
Göründüyü kimi, Türkiyə Prezidenti də Ermənistan hökumətinin “birtərəfli ittihamlar yerinə real yanaşmalara” yönəlmək istədiyindən və münasibətlərin “tədrici” normallaşdırılması ehtimalından bəhs edib. Əslində Paşinyan hakimiyyətinin də son vədində bunun nəzərdə tutulduğu vurğulanır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar