Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
20 il əvvəl, 2001-ci ilin sentyabrında ABŞ-ın Əfqanıstanı işğal etməklə başlayan “terrorizmə qarşı müharibəsi" nəticəsində bu ölkədə, həmçinin Yaxın Şərqdə və Afrikada 1 milyondan çox insan öldürülüb. Vaşinqtonun bu qanlı müharibə üçün çəkdiyi xərc də az olmayıb – 8 trilyon dollar.
Ovqat.com xəbər verir ki, ABŞ-ın Braun Universitetinin 2 gün öncə - 1 sentyabr 2021-ci il tarixində dərc etdiyi "Müharibə xərcləri" adlı hesabat bu acı həqiqəti ortaya çıxarır.
“The Intercept” nəşrinin bildirdiyinə görə, layihənin həmtəsisçisi Neta Krauford hesabatı açıqlamaq üçün keçirdiyi mətbuat konfransında deyib: "11 sentyabr hadisələrindən bəri ABŞ-ın bütün müharibələrinin və əməliyyatlarının geniş və müxtəlif nəticələrini dəqiq analiz etməyə çalışdıq. Düzgün hesablama metodlarından istifadə etdiyimiz üçün üzə çıxardığımız nəticələr Pentaqonun rəqəmlərindən fərqlənir”.
Hesabata inansaq, 20 il ərzində “terrorizmə qarşı müharibə”də ABŞ ordusu və təhlükəsizlik qüvvələri təxminən 15.000 əsgər itirib. “ABŞ -ın dəstəklədiyi rejimlərin əsgər itkisi isə 350 mindən çox olub. ABŞ əleyhinə döyüşən qüvvələrin də canlı itkisi az deyil - təxminən 200.000 nəfər. ABŞ və müttəfiqləri tərəfindən öldürülən mülki əhalinin sayı isə 450 mini keçib.
Üstəlik, bütün bunlar ABŞ-ın “qlobal terrorizmə qarşı müharibəsinin birbaşa qurbanlarıdır. Yəni müharibə meydanında ölən və öldürülənlər. Müharibənin dolayısı ilə qurbanları (acından - susuzluqdan ölənlər, ölkədən qaçarkən dənizdə boğulanlar, müxtəlif xəstəliklərə yaxalanaraq dünyasını dəyişənlər və s.) isə hesabata daxil edilməyib.
Hərbi xərclərə gəlincə, hesabatda ABŞ-ın hansı cəbhələrə nə qədər xərclədiyi də dəqiq rəqəmlərlə öz ifadəsini tapıb:
“ABŞ hökuməti Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlara 2,3 trilyon dollar, İraq və Suriyadakı əməliyyatlara 2,1 trilyon dollar, Somalidə və Afrikanın digər regionlarında isə 355 milyard dollar xərcləyib. Bundan başqa, 2001-ci ildən Amerika Birləşmiş Ştatlarında daxili təhlükəsizlik tədbirlərinə əlavə 1,1 trilyon dollar ayrılıb ki, nəticədə ölkə daxilində və xaricdə terrorizmlə mübarizəyə birbaşa xərclər 5,8 trilyon dollar təşkil edib.
Lakin bu da müharibələrlə bağlı bütün xərcləri tam əks etdirmir. On minlərlə Amerika əsgəri xarici hərbi əməliyyatlar zonasından şikəst və yaralanmış halda geri qayıtmış, bir çoxu federal hökumətin uzunmüddətli öhdəçilərinə çevirmişdi. Həmin veteranlara əlillərə tibbi yardım göstərilməsi xərcləri, yəqin ki, 2,2 trilyon dolları keçəcək. Bu da nəticə etibarilə müharibələrin ümumi büdcəsini 8 trilyon dollara çatdıracaq”, - hesabatda vurğulanır.
ABŞ-ın “terrorla müharibəsi” nəticəsində yurd-yuvasından digərgin salınanların siyahısı daha genişdir. Suriyada ölkəni tərk edənlərin və öz ölkəsində didərgin düşənlərin sayı 10 milyonu keçib. Əfqanıstanda da vəziyyət ağırdır. BMT-nin iddiasına görə, bu ölkədən təkcə Pakistana sığınan qaçqınların sayı 3 milyondan çoxdur. İrana, Türkiyəyə, Orta Asiyaya, Qərb ölkələrinə sığınan əfqanların real sayı isə bilinmir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar