Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
14 iyun - 23 avqust 1866-cı il. Prussiya-Avstriya savaşı. 2 ay 9 gün sürdü. Halbuki hər kəs bu savaşın illərlə davam edəcəyini gözləyirdi. Savaşın bu qədər tez bitməsi və Prussiyanın tam qələbəsi ilə nəticələnməsi o dövrün şansölyesi Otto fon Bismarkın böyük hərbi-siyasi dühası ilə əlaqələndirilir. Bismarkın ən həlledici addımı isə müharibəni zamanında bitirməsi olmuşdur.
Avstriyaya 3 cəbhə boyunca ağır itkilər verdirən Prussiya qarşı tərəfdən atəşkəs təklifi alır. Prussiyanın bütün generaliteti həlledici zəfərin 1 addımlığında olduqları halda birdən-birə hücumu dayandırmaq təklifi ilə razılaşmaq istəmirlər. Yalnız Bismark sülh danışıqlarına getməyə razı idi. Şansölyenin bu sülhsevərliyi hər kəsi təəcccübləndirir. Çünki o, 1862-ci ildə Baş nazir kürsüsünə seçiləndə Almaniya parlamentindəki ilk çıxışında bütün böyük pronlemləri “qan və dəmir”lə həll edəcəyini bəyan etmiş və o zamana qədər bu vədinə sadiq qalmış, Hanover, Frankfurt kimi alman dövlətçikləri ilə yanaşı Danimarkanı ələ keçirməyə başarmış, digər qonşularına dəmir yumruğunu göstərib yerində oturtmuşdu. İndisə Avropanın ən böyük dövlətlərindən sayılan Avstriya-Macarıstan imperiyası üzərində birdən-birə tam və qəti qələbənin bir addımlığında tamamilə fərqli mövqe tutaraq, sülh müqaviləsi bağlamağa üstünlük verirdi. Məqsədini də bu cür əsaslandırırdı: Prussiyaya Avstriyanın tamamilə məhv olması yox, onun Böyük Alman Birliyinə liderlik iddiasından əl çəkdirməsi lazımdır. Avstriya sülhə razıdırsa, deməli bu iddiasından da geri çəkilir. Üstəlik, Fransa kimi əzazil düşmən, alman toplumunun bir-birini yox etməsi üçün pusquda dayanıb savaşı izləyir. Alman dövlətləri bir az da bir-birinin qanına susasa, Fransa ilə yanaşı digər dövlətlərin də tapdağı altında qalacaqlar.
Doğrudan da 1866-cı il savaşının sonunda bağlanan müqavilə Prussiyanın tam qələbəsi ilə nəticələnir, 40-a yaxın alman dərəbəyliyi bir yerə toplanıb Alman İmperatorluğunu qurur. Bismark Avstriyanı oyunbozanlıq etdiyi üçün ümumiyyətlə alman topluluğundan kənara atır. Bu ölkə bir vaxtlar almanların əsas siyasi gücü sayılmasına baxmayaraq, hələ də bu ittifaqa girə bilmir, 8 milyonluq əhalisi ilə Avropanın ortasında yetim cücə kimi başını girələyir. Dənizlə əlaqəsi olmayan ölkənin bundan sonra nə vaxtsa əvvəlki gücünə qovuşmaq ehtimalı da yox kimidir.
Bismarkın Prussiyası isə bu və 4 ildən sonra Fransa ilə apardığı savaşlardan sonra əldə etdiyi iqtisadi və hərbi böyümə nəticəsində dövrün ən böyük imperatorluğu olan Böyük Britaniya ilə yarışacaq gücə yiyələnir. İki dəfə Dünya müharibəsinə yol açacaq qədər hərbi nəhəngə çevrilir. Bu gün də ayaqdadır və dünyanın ən böyük sənaye ölkələrindən biri kimi tanınır. Alman xalqı bütün bu uğurlarını Bismarkın uzağa hesablanmış sülhpərvər mövqeyinə borcludurlar.
Amma bilirsinizmi, Bismark savaşdan daha önəmli qələbə gətirən bu sülhü necə əldə etmişdi?
Yuxarıda da qeyd etdiyim kimi, demək olar ki, Prussiyanın bütün siyasi və hərbi elitası müharibəni dayandırmağın əleyhinə idi. İddiaya görə, sözünün keçməyəcəyini görən Bismark öz əleyhdarlarını savaş bitməsə intihar edəcəyi ilə hədələyir. Baş nazirin sözünün ağası olduğunu bilən komanda yoldaşları çar-naçar onunla razılaşırlar. Yəni bu sülh Bismarkın beynin məhsulu idi və zorla Prussiyaya qəbul etdirilmişdi.
Sözümün canı odur ki, güclü və potensialı yüksək olan dövlətlər sülhdən qorxmamalı, sadəcə ona sülh sazişini incə düşünülmüş şərtlərlə bağlamalı və bunu dividentə çevirməyi bacarmalıdır. Bəzən ədalətli şərtlərlə bağlanmış sülh müqavilələri böyük savaşlardan daha çox fayda gətirir. Xüsusilə də regionun güclü dövlətlərinə.
Üstəlik, nəzərə almaq lazımdır ki, Bismark Prussiyasının olduğu kimi, bu günün Cənubi Qafqazının da marıqda durub şikarlarının zəifləməsini gözləyən fürsətcil düşmənləri var.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar